Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə46/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   88

 110
əsaslandırılmışdır. Onların hər birinin mövcudluğu, hər birinin həyatı digəri üçün 
önəmlidir. Onlar bir-birindən yararlanaraq mövcud olmaq imkanı qazanır və həyat 
davam edir. İnsan ağlı, zəkası, əzmi, tükənməz qüdrəti ilə ucadır. Yer üzünün əşrəfi 
olan insan öz əməyi, polad iradəsi ilə bütün mövcud olanların fövqündə durmaq 
haqqını qazanmışdır. 
 
Çıxarılmış başlıca nəticənin  şagirdlərin irəli sürmüş olduqları  fərziyyələrlə 
müqayisəsinə, tədqiqat sualı ilə əlaqəsinə diqqət yetirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır.  
 
Mövzu: Ernest Heminquey. “Qoca və dəniz” – 4 saat 
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.4 
  Povestin janr xüsusiyyətlərini müəyyənləşdirir. 
1.2.1.
  
 
  Povesti janr və növ  baxımından hekayə ilə müqayisə edir. 
2.2.1. 
  Povestlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi əsasında müəyyənləşdirilir, müvafiq qiymətləndirmə meyarına müraciət 
olunur.  
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılmasına müxtəlif 
yollarla nail olmaq mümkündür. Məsələn, qoca balıqçının düşüncələri ilə bağlı 
müsahibə  təşkil etməklə  tədqiqat sualını formalaşdırmaq olar. Yaxud məşhur 
alimlərin, yazıçıların povest haqqındakı fikirləri əsasında müsahibə təşkil etməklə 
tədqiqat sualını müəyyənləşdirmək mümkündür. 
Tədqiqat sualı:  “Qoca və  dəniz” povesti hansı keyfiyyətlərinə görə bugünkü 
oxucu üçün əhəmiyyətli sayıla bilər? 
Fərziyyələr dinlənilir və qeyd edilir. Fərziyyələrin fərqli olduğuna diqqəti 
çəkən müəllim onların yoxlanılmasının – tədqiqatın aparılmasının zəruri olduğunu 
qeyd edir. 
Tədqiqatın aparılması. Dərslikdəki “Tətbiq. Müzakirə. Yaradıcı  iş” başlıqlı 
tapşırıqların yerinə yetirilməsi üzrə  işi fərqli formalarda təşkil etmək olar. 
Dərslikdə, ilk növbədə, müzakirə üçün mövzular təklif edilmişdir.  Şagirdlərin 
hamısının (cütlük şəklində, yaxud kiçik qruplarda) həmin mövzuların hər birinin 
üzərində  işləməsi və müzakirəyə hazırlaşması vacibdir. Müəllim  əsərdən 
nümunələrin seçilməsinə, tapşırıqların ardıcıl yerinə yetirilməsinə diqqət edir. 


 111
Müəllim  müzakirəni necə  təşkil edəcəyini  əvvəlcədən planlaşdırmalıdır. Bu 
dərsdə məlumat mübadiləsi önəmli deyildir; mövzuların ardıcıl müzakirəsi birbaşa 
müəllimin təşkilatçılığı, istiqamətləndirici sualları ilə həyata keçirilir.  
Dərslikdə  təklif olunmuş debat (“İnsan övladı  məğlubiyyət üçün yaranmayıb. 
Onu məhv etmək olar, məğlub eləmək olmaz”) bu mərhələ ilə qovuşur. Debat üzrə 
aparılan iş, eləcə də müzakirə “povest mövzusuna, qaldırdığı problemə, bütövlükdə 
ideya-məzmununa görə dünya ədəbiyyatını  zənginləşdirən gözəl sənət  əsəridir” 
fikrinin üzərində köklənir.  
Dərslikdəki növbəti tapşırıq fərdi olaraq yerinə yetirilir. Bir neçə  təqdimatın 
dinlənilib müzakirə edilməsi faydalıdır.  
Nəticə və ümumiləşdirmə mərhələsində şagirdlərdə belə bir qənaət möhkəm-
lənir ki, əsərdə bədii həllini tapmış məsələlər – insan mənəviyyatı, onun ətraf mü-
hitə münasibəti, gerçəkliklə əlaqəsi, yenilməzliyi, qüdrəti sənəti və cəmiyyəti bütün 
zamanlarda düşündürən aktual problem olmuşdur. Həyatın mənası, onun fəlsəfəsi 
həcmcə heç də böyük olmayan bu povestdə təkrarolunmaz müdrikliklə araşdırılmış 
və əvəzolunmaz sənətkarlıqla ifadə edilmişdir.  
Çıxarılmış nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisəsi, 
tədqiqat sualı ilə necə səsləşməsi diqqət mərkəzində saxlanılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Məhəmmədhüseyn Şəhriyar.  
“Heydərbabaya salam” – 4 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1. 
  Poemada tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.3.  
  Poemanı hissələrə ayırır, seçdiyi hissənin məzmununu 
hazırladığı plan əsasında yaradıcı nağıl edir. 
1.1.5.  
  Poemada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi  əsasında müəyyənləşdirilir. Həmin prosesdə müəllimin müvafiq qiymət-
ləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla 
nail olmaq mümkündür.  Məsələn, Rübabə Muradovanın ifasında  əsərin mətninə 
bəstələnmiş mahnını səsləndirməklə müsahibə təşkil etmək olar. Yaxud dərslikdəki 
“Yada salın” başlıqlı suallar əsasında yığcam müsahibə aparmaq mümkündür. Hər 
iki halda tədqiqat sualı tədricən formalaşdırılır.
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə