101
4. Əsərdəki ana, qadın obrazını digər qadınlara nümunə saymaq olarmı? Nə üçün?
5. Aşağıdakı nümunələrdə hansı bədii təsvir və ifadə vasitələri işlənib? Fikrin təsir
gücünün artmasında onların rolunu aydınlaşdırın.
Əsərdən nümunələr Bədii
təsvir və
ya ifadə
vasitəsinin
növü
Fikrin təsir
gücünün
artmasında
rolu
Şahin kimi qanadlanıb sən uçmusan havalarda,
Vətən üçün aslan kimi vuruşmusan davalarda.
...Bir quş kimi paraşütlə atılmısan göydən yerə.
Ana yurdun xilaskarı, o tunc, polad qollu ərlər
Həyat səni alqışlayır, tarix səni təqdir edir
Göz dikmişdir qarı düşmən sənin isti ocağına
O heç geri qalardımı üç istəkli qardaşından?
6. Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin.
II qrup
N.Rəfibəylinin “Vətən qızları” şeiri üzrə araşdırma aparın.
1. Ananın nişan üzüyünü döyüşən ordu üçün verməsi onu necə səciyyələndirir?
Fikrinizi əsaslandırın.
2. Müxtəlif peşələrdə fəaliyyətinə əsaslanmaqla ana, qadın surətini səciyyələndirin.
3. “Həyat səni alqışlayır, tarix səni təqdir edir” misrasında ifadə olunmuş fikri ay-
dınlaşdırın.
4. Ananın hansı keyfiyyətləri düşmənə qalib gəlməkdə orduya kömək edir?
5. “Viran qoyub obaları, tikir zülmün qalasını, Mələr qoyub ayrı salır analardan
balasını” misralarında hansı bədii ifadə vasitəsi işlənilib? Fikrin təsir gücünün
artmasında onun rolunu izah edin.
6. Əsərdəki başlıca fikri – ideyanı necə izah edərsiniz? Cədvəldən istifadə edin.
№ Əsərin başlıca ideyası
Nə üçün belə
düşünürsünüz?
III qrup
M.Dilbazinin “Rahat yatardımı körpələrimiz” şeiri üzrə araşdırma
aparın.
1. Əsərin lirik qəhrəmanı döyüşən ordudakı əsgərə necə münasibət bəsləyir?
Fikrinizi əsərdən nümunələrlə əsaslandırın.
2. Əsərdəki ananı vətənpərvər saymaq olarmı? Nə üçün? Fikrinizi əsərdən
nümunələrlə əsaslandırın.
3. Şeirdə hansı fikirlər diqqəti daha çox cəlb edir? Nə üçün?
102
4. “Könlümə, nədənsə, bir sevinc gəlir, Sanki fırtınadan sular dincəlir” misraları
ananın hansı hislərini ifadə edir? Fikrinizi əsaslandırın.
5. Aşağıdakı nümunələrdə hansı bədii təsvir və ifadə vasitələri işlənib? Fikrin təsir
gücünün artmasında onların rolunu aydınlaşdın.
Əsərdən nümunələr Bədii təsvir və ya
ifadə vasitəsinin
növü
Fikrin təsir
gücünün
artmasında rolu
Gecədir, yatmıram axşamdan bəri
Döyür soyuq yellər pəncərələri.
Otağım işıqlı, istiykən, nədən
Bilmirəm, könüldən üşüyürəm mən?
Dağların boranlı yelləri əsir,
Böyük bir ordutək qarşımı kəsir.
Qafqazın qəzəbli, iti çovğunu
Saxlaya bilməyir yollarda onu.
Düşmən gülləsindən üfüqlər yanır,
Səhər yaxınlaşır, göy işıqlanır.
6. Əsərdəki başlıca fikri – ideyanı necə izah edərsiniz? Cədvəldən istifadə edin.
№ Əsərin başlıca ideyası
Nə üçün belə düşünürsünüz?
IV qrup
M.Dilbazinin “Rahat yatardımı körpələrimiz” şeiri üzrə araşdırma
aparın.
1. “Rahat yatardımı körpələrimiz” şeiri hansı mövzuda yazılıb?
2. Əsərdəki ana obrazına necə münasibət bəsləyirsiniz? Onun övlad məhəbbəti
hansı misralarda daha qabarıq ifadə olunub?
3. “Otağım işıqlı, istiykən, nədən Bilmirəm, könüldən üşüyürəm mən” misralarında
ananın xarakterindəki hansı cəhət keyfiyyəti üzə çıxır?
4. Əsərdəki ana obrazı ədəbiyyat dərslərində öyrəndiyiniz hansı əsərdəki ana
obrazını xatırladır? Nə üçün?
5. “Ana qucağında azad, bəxtiyar, Mənim körpəm kimi azmı körpə var?”
misralarında hansı bədii ifadə vasitəsi işlənib? Fikrin təsir gücünün artmasında
onun rolunu izah edin.
6. “Düşmənlə üz-üzə durmasanız siz, Rahat yatardımı körpələrimiz?” misraları
ananın əsgərlərimizə münasibətini necə əks etdirir?
V qrup
Aşağıdakı tapşırıqlar üzrə araşdırma aparın.
1. “Vətən qızları” və “Rahat yatardımı körpələrimiz” əsərlərini müqayisə edin.
Cədvəldən istifadə edin.
103
Əsərlərin adı
Hansı cəhətlərə
görə müqayisə
olunurlar?
“Vətən qızları”
“Rahat yatardımı
körpələrimiz”
Mövzu
Problem
Obrazlar
İdeya
Bədii xüsusiyyətlər
2. Bu mövzuda əsərlərin müasirlərimiz üçün əhəmiyyəti nədir?
3. Hər iki şeirdən seçdiyiniz parçanın ifadəli oxusunu hazırlayın. Şərti işarələrdən
istifadə edin.
Məlumat mübadiləsi və müzakirəsi. Tədqiqatın aparılmasına ayrılmış vaxt
başa çatdıqdan sonra təqdimatlar dinlənilir. Müzakirədə ana, qadın obrazlarının
səciyyələndirilməsi, onlara münasibətin aşkara çıxarılması, əsərlərin bədii xüsusiy-
yətlərinin aydınlaşdırılması ön plana çəkilir. Şagirdlərin bu mövzuda əsərlərin mü-
asir dövrdə əhəmiyyəti barədə fikirləri dinlənilir və münasibət bildirilir. Diskussiya
zamanı fərqli fikirlərə dözümlü münasibət, mülahizələrin əsaslandırılması, müstə-
qillik və fəallıq, müasir həyatla əlaqələndirmə diqqət mərkəzində saxlanılır.
Nəticənin çıxarılması, ümumiləşdirmə aparılması mərhələsində müəllimin
istiqamətləndirici sualları əsasında şagirdlərdə belə bir qənaət möhkəmlənir ki,
qadın yazıçılarımızın əsərlərində ananın, qadının müharibə illərində çəkdikləri
acılar çox təbii, inandırıcı və səmimi şəkildə ifadə edilir. Onların yaratdıqları
əsərlərdə qadınlar həm ön cəbhədə, həm də arxa cəbhədə fədakarlıq göstərir,
döyüşən orduya etibarlı dayaq olur, ləyaqətli övlad tərbiyə edirlər.
Çıxarılmış nəticənin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisəsinə vaxt ayrılır.
Formativ qiymətləndirmədə şagirdlərin fəallığı, özünüqiymətləndirmə və
qarşılıqlı qiymətləndirməsi təmin olunur. Bu istiqamətdə işin ardıcıl və səmərəli
təşkili şagirdlərin meyarlara əsaslanmaqla özünüqiymətləndirmə bacarığını inkişaf
etdirmələrinə əhəmiyyətli təsir göstərə bilər.
Evdə iş. Kitabxanadan və ya internetdəki mənbələrdən (google.az, You Tube)
istifadə etməklə “Azərbaycan qadını Vətənin müdafiəsində” mövzusunda şifahi
təqdimat hazırlayın.
Dostları ilə paylaş: |