Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə39/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   88

 91
Motivasiyanın yaradılmasının bir variantı da dərslikdəki “Yada salın” başlıqlı 
sualların  əsasında
 
müsahibə aparılmasıdır. Yığcam müsahibə  tədqiqat sualının 
müəyyənləşdirilməsi ilə yekunlaşır. 
Tədqiqat sualı: Cənubi Azərbaycana, Təbrizə həsr olunan lirik şeirlərdə, sizcə, 
hansı məsələlərə önəm verilər?  
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir. 
Tədqiqatın aparılması.  İlk növbədə,  şeirin oxusu və  məzmununun mənim-
sənilməsi həyata keçirilir. Youtube saytından S.Rüstəmin “Təbrizim” şeirinin bədii 
oxusundan bir parçanın (https://www.youtube.com/watch?v=ftLtpe8bv3g) səslən-
dirilməsi sinifdə xüsusi bir ovqatın yaranmasına səbəb olur. Oxu fərqli variantlarda 
təşkil edilə bilər. Oxu prosesində tanış olmayan sözlərin mənasının aydınlaş-
dırılmasına, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsinə diqqət 
yetirilir. Oxuya ayrılmış vaxt başa çatdıqdan sonra məzmunla bağlı qaranlıq qalmış 
mətləblərə aydınlıq gətirilir. Bu, bütün sinfin iştirakı  və  fəallığı  şəraitində  həyata 
keçirilir. Məzmunun daha dərindən qavranılması, mənimsənilənlərin möhkəmlən-
dirilməsi məqsədilə  şagirdlər onlara təklif edilmiş suallara cütlük şəklində cavab 
hazırlayırlar. Kiçik qruplarda birləşən  şagirdlər onlar üçün ayrılmış  bəndlərin 
üzərində işləməklə məzmun üzrə suallar və onlara cavab hazırlayırlar. 
Seçilmiş  bədii təsvir və ifadə vasitələrinin növünün müəyyənləşdirilməsi də 
məzmunun mənimsənilməsində əhəmiyyətli rol oynayır. 
Şeirin məzmunu üzrə iş zamanı “İkihissəli gündəlik”dən istifadə də faydalıdır. 
Lakin bu halda da məzmunla bağlı qazanılmış  məlumata aydınlıq gətirilməsi, 
dəqiqləşdirmə və dərinləşdirmə istiqamətində iş aparılması vacibdir.  
Sonrakı mərhələdə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparılır.  
Bu mərhələdə  şagirdlərin  əsərin məzmunu ilə bağlı müstəqil fikir söyləmələri, 
mülahizələrin  əsaslandırılması, fərqli fikirlərə dözümlü münasibət nümayiş 
etdirilməsi diqqət mərkəzində saxlanılır. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində 
şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, Cənubla bağlı əsərlərdə soydaşlarımıza 
sevgi, Vətən torpağını azad görmək arzusu ön plana çəkilir.  
Əldə olunmuş  nəticənin tədqiqat sualı ilə  əlaqəsinə, fərziyyələrlə müqayisə 
edilməsinə diqqət yetirilir.   
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
 


 92
Mövzu: Süleyman Rüstəm. “Təbrizim” – 3 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.3.  
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitə-
lərinin rolunu aydınlaşdırır. 
1.2.4.   
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir
onlara əsaslandırılmış münasibət bildirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük nüma-
yiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və mü-
zakirəsi zəminində müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiya yaratmaq məqsədilə “Təbrizim” 
şeirinə yazılmış mahnının dinlənilməsi (https://www.youtube. com/ watch? 
v=ahPtstmbVvc) faydalıdır. Digər vasitə şairin bu mövzuya müraciətinin səbəbləri 
üzrə diskussiya ola bilər. Müəllim hər iki halda bu şeirin məşhur olmasının 
səbəbləri barədə  şagirdlərin mülahizələrini dinləməli, müzakirəyə imkan 
yaratmalıdır. Bu istiqamətdə aparılan müsahibənin sonunda tədqiqat sualı 
müəyyənləşdirilmiş olur. 
Tədqiqat sualı: Bu şeiri yazmaqda şairin başlıca niyyəti, sizcə, nə olmuşdur? 
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeydlər edilir. 
Tədqiqatın aparılması.  Hansı təlim metodu və iş formalarının seçilməsindən 
asılı olmayaraq, dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə  və “Araşdırın. 
Fikirləşin. Cavab verin” başlıqlı suallara müraciət edilməsi məqsədəuyğundur. 
Kiçik qruplarda işin təşkilinə üstünlük verən müəllim hər qrupa bir sual 
ayırmaqla iş  vərəqlərini  şagirdlərə  təqdim edir. İşin icrasına ayrılan vaxt elan 
olunur. 
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığı üzrə  iş zamanı müxtəlif təlim 
metod və priyomların (əqli hücum, qrupdaxili diskussiya, müqayisə, tədqiqat və s.) 
qarşılıqlı  əlaqədə  tətbiqi mümkün və faydalıdır. Nəzərə almaq lazımdır ki, 
tapşırıqdakı sualların hamısı əsərin ideya-bədii xüsusiyyətlərinin, nəticədə müəllif 
niyyətinin aşkara çıxarılmasına xidmət edir.  
Məlumat mübadiləsi və müzakirəsi  mərhələləri kiçik qrupların bir-birinin 
tədqiqatının nəticələri ilə  ətraflı tanış olmalarına, münasibət bildirmələrinə imkan 
yaradır. Müzakirənin diskussiya səciyyəli olması, iştirakçıların məsələnin mahiyyə-
tindən yayınmamaları, xüsusilə  əhəmiyyətlidir.  Nəticənin çıxarılması, 
ümumiləşdirmənin aparılması  mərhələsində  tədqiqat və müzakirə zamanı 
söylənilən fikirlərin  ümumiləşdirilməsi, vahid ideya halına salınması  zəruridir. 
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, Təbrizi tərənnüm edən bu şeirdə
əslində, şairin Vətənin bütövlüyü ilə bağlı arzuları əksini tapmışdır. Bu baxımdan 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə