Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə35/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   88

 80
– Sonra bəndin oxusunda səsinizin aldığı çalarları qeyd edin. Unutmayın ki, 
məzmundan asılı olaraq, misraların hər birinin oxusunda da fərqli səs çalarları 
yarana bilər. 
Fasilələrin yerini, məntiqi vurğulu sözləri müəyyənləşdirib  şərti işarələrlə 
göstərin. 
 
V qrup 
A.İldırımın “A dağlar” şeirini Ə.Cavadın “Göy göl” şeiri ilə müqayisə edin.  
Məlumat mübadiləsi və müzakirəsi mərhələlərində  təqdimatlar dinlənilir, 
fikir mübadiləsi və müzakirə aparılır. Hər iki sənətkarın Azərbaycanın istiqlalı 
ideyasına bağlılığı, ölkəmizdə baş verən mürəkkəb ictimai-siyasi hadisələr fonunda 
fəal vətəndaş  və  sənətkar mövqeyi tutmaları, işğalçılara barışmaz münasibəti 
əsərlərindən gətirilən nümunələr  əsasında  şərh edilir. Şagirdlərin  şifahi təqdimat 
bacarığına, fərqli fikirlərə dözümlü münasibət bəsləmələrinə, ifadəli oxu 
bacarıqlarına diqqət yetirilir. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində qeyd 
edilir ki, xalqımızın yüzlərlə ziyalısı, sərbəst düşüncə sahibi olan insanlar öz 
vətəndaş mövqeyinə görə repressiyaya məruz qalmış, təqib olunmuş, həbs edilmiş
güllələnmişdir. Azərbaycanın ən istedadlı sənətkarları qələmi silaha çevirmiş, xalqa 
həqiqəti çatdırmışlar. Bu cəsarətli sənətkarların repressiyaya məruz qalması 
xalqımıza, mədəniyyətimizə, ədəbiyyatımıza ağır zərbə vurmuşdur. 
Formativ qiymətləndirmədə  şagirdlərin fəallığı, özünüqiymətləndirmə  və 
qarşılıqlı qiymətləndirməsi təmin olunur. Bu istiqamətdə  işin ardıcıl və  səmərəli 
təşkili şagirdlərin meyarlara əsaslanmaqla özünüqiymətləndirmə bacarığını inkişaf 
etdirmələrinə əhəmiyyətli təsir göstərə bilər. 
 
Evdə iş 
Kitabxanadan, internetdəki mənbələrdən (google.az, YouTube, Vikipediya və 
s.) topladığınız məlumat  əsasında “Repressiya qurbanı olmuş  sənətkarlarımız” 
mövzusunda təqdimat hazırlayın.  
 
 
 
“A dağlar”  
“Göy göl” 
Mövzu  
 
 
Problem   
 
İdeya  
 
 


 81
BİRİNCİ VƏ İKİNCİ BÖLMƏLƏR 
ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
Qiymətləndirmə Seyid Hüseynin “İki həyat arasında” hekayəsi üzrə aparıla bilər. 
 
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN 
SUAL VƏ TAPŞIRIQLAR 
 
1. Digər obrazların və müəllifin mühakimələrinə  əsaslanmaqla  Ənisə surətini 
səciyyələndirin. 
 
 Atasının münasibəti Müəllifin bu obrazla bağlı
 
mühakimələri 
Sizin münasibətiniz 
 
 
 
2. Digər obrazların və müəllifin mühakimələrinə  əsaslanmaqla Məşədi  Əhməd 
surətini səciyyələndirin. 
 
Ənisənin  
münasibəti 
Müəllifin bu obrazla bağlı 
mühakimələri 
Sizin münasibətiniz 
 
 
 
  
3. Davranışından, başqalarına münasibətindən çıxış etməklə Muxtar surətini 
səciyyələndirin. 
___________________________________________________________________
___________________________________________________________________ 
___________________________________________________________________ 
 
 
4. Hekayənin mövzusunu və onda təsvir edilən hadisənin nə vaxt baş verdiyini 
müəyyənləşdirib qısaca yazın. 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
__________________________________________________________________ 
 
5. Hekayədə  işlənmiş  aşağıdakı “müsaidə”, “təşəbbüs”, “tənəzzül” sözlərinin 
mənasını müəyyənləşdirin. 
 
Müsaidə – _________________________________________________________ 
Təşəbbüs –_________________________________________________________ 
Tənəzzül – _________________________________________________________ 


 82
 
6. Əsərdəki bədii ifadə vasitələrinin növünü müəyyənləşdirib cədvəldə qeyd edin. 
 
 
7. Fikrin təsir gücünün artmasında bədii ifadə vasitələrinin rolunu nümunələrlə 
əsaslandırıb qısaca yazın. 
__________________________________________________________________ 
__________________________________________________________________ 
 
8. Hansı fikri Ənisəyə aid etmək olmaz? 
A) İşləmək, atasına kömək etmək arzusundadır. 
B) Düşdüyü vəziyyəti düzgün qiymətləndirir. 
C) Ailə qurmaqla maddi vəziyyətlərinin düzələcəyinə ümid edir. 
D) Mübarizdir, cəmiyyətin fəal üzvü olmaq istəyir. 
E) Elmə-təhsilə yüksək qiymət verir. 
 
9. Əsərdəki konflikti, onun necə həll olunduğunu müəyyənləşdirib qısaca yazın.
 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________ 
 
10. Əsərin ideyasını və onda qaldırılmış başlıca problemi müəyyənləşdirib qısaca 
yazın.  
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________ 
 
 
Əsərdən nümunələr  
 
Bədii ifadə vasitəsinin növü 
Başqasının qazancına göz dikməkdən 
nə çıxar? 
 
Ənisə düşündü, düşündü. 
Yeni həyat onu öz tərəfinə  çəkirdi, 
əski həyatın izləri onu tutub 
buraxmırdı. 
 


 83
3. İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ 
ƏDƏBİYYAT (1941–1945) 
 
Mövzu: Müqayisə xarakterli mətni – inşa, esse və  
məruzəni necə yazmalı? – 2 saat 
Birinci saat: Müqayisə xarakterli yazıya hazırlıq 
 
 
Standartlar 
Təlim nəticələri 
2.2.1. 
  Müzakirələrdə mövzuya, problemə  tənqidi münasibətini 
əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi ilə müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına 
müraciət etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Müəllim yığcam müsahibə aparır, 
şagirdlərin müxtəlif xarakterli inşa, esse, məruzə ilə bağlı  mənimsəmiş olduqları 
bilik və bacarıqları xatırlamalarına nail olur. Müsahibə:  Müqayisə  nə deməkdir, 
onun hansı xüsusiyyətləri var? Müqayisə necə aparılır?  Ədəbiyyat dərslərində 
müqayisənin tətbiqi üçün hansı imkanlar var? sualları ilə davam etdirilir və 
tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekunlaşdırılır. 
Tədqiqat sualı:  Müqayisə xarakterli inşa, esse və  məruzə, sizcə, necə 
yazılmalıdır? 
Şagird fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir. 
Tədqiqatın aparılması.  İlk növbədə, dərslikdəki mətnin – “Müqayisə 
xarakterli mətni – inşa, esse və məruzəni necə yazmalı?” oxusu həyata keçirilir.  
Oxunun necə reallaşdırılması sinfin səviyyəsindən, müəllimin məqsədindən 
asılıdır. Sinfin yaxşı  mənimsədiyi metod, iş forması, iş növlərindən istifadə 
etməklə vaxta qənaət edilir. Məsələn, mətnin fərdi səssiz oxusunu təşkil etmək, 
sonda müsahibə aparmaqla qazanılmış  məlumatı  dərinləşdirmək, qaranlıq 
mətləblərə aydınlıq gətirmək olar. Yaxud sinif İNSERT metodu ilə tanışdırsa, 
ondan istifadə faydalıdır. Eləcə də ziqzaq (zəncirvarı oxu) metodunu tətbiq etmək 
mümkündür. 
Oxu formalarının çoxu sonda kiçik qrupların yaradılmasına, təqdimatlar 
əsasında fikir mübadiləsi və müzakirə aparılmasına zəmin yaradır. Müəllim 
şagirdlərin aşağıdakı  məsələlər barədə aydın təsəvvür qazandıqlarına  məlumat 
mübadiləsi  müzakirə mərhələlərində əmin olmalıdır: 
– “tutuşdurma”, “qarşılaşdırma”, “müqayisə” anlayışlarının mahiyyəti;  
– müqayisənin xüsusiyyətləri (müqayisə obyektlərinin doğru seçilməsi, 
obyektlərin mühüm əlamətlərinin üzərində dayanılması, müqayisənin eyni (vahid) 
əsaslar üzrə aparılması);  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə