Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə30/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   88

 69
həyatı yaşayır. Belə  vətəndaşın üzü gülməz,  əli işə yatmaz, “əcnəbi işğalından 
təhqir olunmuş şərəfi” ona dinclik verməz... 
Tapşırıqdakı altıncı sual da (Əsərdəki konflikti müəyyənləşdirin. O, təbiidir-
mi?) digər suallar kimi tədqiqat sualının aydınlaşdırılmasında  əhəmiyyətli rol 
oynayır. Əsərin konflikti azad yaşamaq istəyən xalqla işğalçı qüvvələr arasında baş 
verən münaqişə üzərində qurulmuş, tarixi həqiqəti  əks etdirmiş, oxucular 
tərəfindən təbii qəbul edilmişdir. 
Məlumat mübadiləsi  mərhələsində qrupların bir-birinin işinin məzmunu ilə 
ətraflı tanış olmalarına imkan yaradılır. Çıxış edənlərin tapşırığın tələblərinə uyğun 
olaraq,  əsərdən nümunələr göstərmələrinə, daha əhəmiyyətli məsələlərin üzərində 
dayanmalarına istiqamət verilir.  
Deyilmiş fikirlərin  əlaqələndirilməsinə, müqayisəsinə, sistemə salınmasına 
məlumatın müzakirəsi və  təşkili  mərhələsində xüsusi diqqət yetirilir. Yanlış, 
birtərəfli fikirlərin üstündən keçilmir, onlara diskussiya zəminində düzəlişlər və 
əlavələr edilir. Hansı qrupun yerinə yetirməsindən asılı olmayaraq, müzakirədə 
bütün suallara eyni münasibət, eyni yanaşma müşahidə olunur. Bu, təhlil dərsinin 
uğuru, tədqiqatın səmərəliliyinin göstəricisi kimi dəyərləndirilir.  
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.  Ümumiləşdirmənin 
aparılması, deyilmiş fikirlərin vahid ideya şəklinə salınması bu mərhələdə ön plana 
keçir. Şagirdlər əvvəlcədən hazırlanmış suallar vasitəsi ilə son nəticələrə istiqamət-
ləndirilirlər. Onlarda belə qənaət möhkəmlənir ki, hər bir vətəndaş üçün xoşbəxtli-
yin və  səadətin mənbəyi vətənin müstəqil, xalqın azad olmasıdır. Müstəqilliyi, 
azadlığı  əlindən alınmış ölkənin övladı olmaq doğma vətənində  əsir, kölə 
vəziyyətində yaşamaq deməkdir. Belə ölkənin vətəndaşına nə xoşbəxtlik, nə  də 
səadət nəsib olar.  
Doğma yurdda yadelli kimi yaşamağı  qəbul etməyən Midhəd  əfəndi kimi 
minlərlə  gənc milli azadlıq uğrunda mübarizənin ön sıralarında getmiş, bu yolda 
canlarından belə keçmişlər.    
Çıxarılmış nəticələrin tədqiqat sualı və fərziyyələrlə müqayisə edilməsinə diq-
qət yetirilir.  
“Tətbiq. Müzakirə. Yaradıcı  iş” başlığı atında verilmiş müzakirə mövzusu 
(“Zeybək qızı” hekayəsini milli azadlıq mövzusunda oxuduğunuz bir əsərlə 
müqayisə əsasında müzakirə aparın) bilik və bacarıqların tətbiqi baxımından fayda-
lıdır. Müqayisə üçün əsərin müəyyənləşdirilməsində şagirdlərin rəyi nəzərə alınma-
lıdır. Bu məqsədlə sinifdə öyrənilmiş, yaxud müstəqil oxunmuş əsər seçilə bilər. 
Müzakirədən  əvvəl müqayisənin xüsusiyyətləri, tətbiqi qaydaları üzrə 
mənimsənilmiş bilik və bacarıqların yığcam müsahibə ilə xatırladılması faydalıdır. 
Müqayisənin nəticələri “Zeybək qızı” əsərinin yaratdığı təəssüratın zənginləş-
məsinə  səbəb olur. Şagirdlər belə  qənaətə  gəlirlər ki, növündən, janrından asılı 
olmayaraq, milli azadlıq mövzusunda yazılmış əsərlərdə vətənin müstəqilliyi, xal-
qın azadlığı ideyaları hər şeydən uca tutulur, taleyüklü məsələ kimi dəyərləndirilir.   
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 


 70
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzü: Almas İldırım. “Əsir Azərbaycanım” – 2 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
 
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.5.  
  Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilib müzakirə 
edilməsi ilə müəyyənləşdirilir. Müvafiq qiymətləndirmə meyarlarına müraciət 
edilir. 
Motivasiya, problemin qoyuluşu.  Bu mərhələdə  təşkil olunan iş  fərqli 
məzmunda ola bilər. Dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında müsahibə 
aparmaq və  tədqiqat sualını müəyyənləşdirmək vaxta qənaət baxımından 
məqsədəuyğundur.
 
Tədqiqat sualı:  Vətən mövzusunda yazılmış  əsərdə  kədərli, bədbin hislərin 
ifadə edilməsinə səbəb, sizcə, nə ola bilər?  
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd edilir.  
Tədqiqatın aparılması. Əsərin oxusu fərqli şəkildə həyata keçirilə bilər. Şeirin 
yığcam həcmi, dil-üslub aydınlığı  fərdi səssiz oxunu tətbiq etməyə imkan verir. 
Oxunun hansı formada həyata keçirilməsindən asılı olmayaraq, şagirdlərə ilkin 
təəssüratlarını bölüşmək imkanı yaradılır. Tanış olmayan sözlərin mənasının aydın-
laşdırılması, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi həmin mərhələ-
də reallaşdırılır. Fikirlərini ikihissəli gündəlikdə qeyd etmək təklifini alan şagirdlər 
mətnə daha diqqətlə yanaşır, müstəqil fəaliyyətlərini genişləndirirlər.   
Fikirləri üst-üstə düşən, yaxud oxşar olan şagirdlərin kiçik qruplarda birləşərək 
cavablarında dəqiqləşdirmələr, ümumiləşdirmələr aparmalarına imkan yaradılır. 
Yalnız bundan sonra qrup sözçülərinin təqdimatı  əsasında  əldə olunmuş  nəticələr 
barədə fikir mübadiləsi və müzakirə aparılır.  
Məlumatın mübadiləsi və müzakirəsi mərhələlərində  qrupların bir-birinin 
işi ilə ətraflı tanış olmalarına imkan yaradılır. Ayrı-ayrı misralarda ifadə olunmuş 
fikirlərin şərhi, mətnaltı mənaların açıqlanması diqqət mərkəzinə çəkilir. Şeirdə ək-
sini tapmış mətləblərə məhz bu mərhələdə əsaslı aydınlıq gətirilir.
 
Bu mətləblər isə 
az deyildir; vətən həsrəti, vətəndən kənarda xoşbəxt yaşamağın mümkün olmaması, 
eyni zamanda doğma yurdun acı taleyi, bədbinlik,  ələm, dərd, “sərsəm gediş”... 
Bütün bunların nümunələr əsasında şərh edilməsi və mənimsənilməsi təkcə növbəti 
mərhələnin deyil, həm də təhlilin uğurlu olmasına əhəmiyyətli təsir edir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə