Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   37   38   39   40   41   42   43   44   ...   94

 123
azsaylı xalqların və etnik qrupların haqlarının qorunmasında 
qarant rolu oynayır və buna təminat verir.  
Fikrimizcə, belə  tərifi “Azərbaycan xalqı” anlayışına 
vermək daha doğru olardı. Çünki, “xalq” anlayışı qeyri-etnik 
mənada da (bax, səh. 150) işlədilə bilər. “Türk milləti” ifadəsi 
isə birbaşa etnik məna kəsb etdiyindən onu müxtəlif etnosların 
siyasi, ərazi, şüur və s. əsasında birliyi mənasında işlətmək ol-
maz. Bu, məramnamənin ziddiyyətli məqamlarındandır. 
“Başlıca görüşlər” bölməsində daha sonra deyilir: 
...BAB Bütöv Azərbaycan dövlətini müstəqil, demokratik, 
milli, dünyəvi (laik) və sosial bir hüquq dövləti kimi görür. 
Milli dövlət dedikdə ali hakimiyyətin hər hansı bir şəxsə, 
xanədana, klana, partiyaya, zümrəyə  və ya sinfə yox, qeyd-
şərtsiz yalnız millətə  məxsus olduğu və yalnız millətin 
iradəsinin üstün tutulduğu bir dövlət anlayırıq. 
Dünyəvi dövlət dedikdə dinin dövlətdən ayrılmasını, dinin 
və şəriətin dövlət işlərinə qarışmamasını başa düşürük. Heç bir 
toplum dinsiz ola bilməz, ancaq din toplumun dövlət işlərinə 
qarışmamalı, heç bir siyasətə alət olmamalı  və toplum 
düzəyində öz varlığını sürdürməlidir. 
Sosial dövlət dedikdə sosial ədalətin gözlənilməsi, bütün 
vətəndaşlar üçün fürsət bərabərliyi, milli gəlirin  ədalətli 
bölünməsi, hər kəs üçün iş, təhsil, səhiyyə  və s. kimi sosial, 
iqtisadi, mədəni imkanların yaradılması və hamının insan kimi 
yaşayıb rifaha qovuşa bilməsi məqsədiylə demokratik sistemi 
zədələmədən dövlətin sosial və iqtisadi həyatda müəyyən 
nizamlayıcı rol oynamasının gərəkliliyini nəzərdə tuturuq. 
Hüquq dövlətini yalnız hüququn hakim olduğu dövlət kimi 
başa düşür, Anayasada təsbit olunmuş və Azərbaycanın qəbul 
etdiyi uluslararası  sənədlərə uyğun insan haqları, vətəndaş 
hüquqları  və azadlıqlarının qanunla qorunmasını, hakimiyyət 
bölgüsünün gerçəkləşməsini və  məhkəmə hakimiyyətinin 
müstəqilliyini əsas götürürük. 
...BAB-ın inancına görə: 


 124
- yaşanılan sistemlər içərisində çağdaş bir toplum üçün ən 
uyğun və ideal bir düzən demokratiyadır; 
- milli iradənin üstünlüyü və ali hakimiyyətin gerçəkdən 
millətə məxsusluğu demokratiyasız mümkün deyil
- çoxpartiyalı bir sistemin, açıq toplumun varlığı  və 
millətin azad, sərbəst səsvermə ilə öz nümayəndələrini 
hakimiyyətə seçə bilməsi yalnız demokratik düzəndə müm-
kündür; 
- dövlətin cümhuriyyət idarə  şəkli ancaq demokratik 
düzəndə öz gerçək mahiyyətini göstərə bilər; 
- dövlətin millətə xidmət üçün bir vasitə sayılması daha 
çox demokratik düzəndə ola bilər; 
- insan haqlarının aliliyinə, vətəndaş hüquqlarının və 
azadlıqlarının ən yaxşı şəkildə qorunmasına, azsaylı xalqların 
öz varlıqlarını  sərbəst  şəkildə davam etdirmələrinə yalnız 
demokratik düzən güvəniləsi təminat verə bilər və s. 
BAB-ın fikrincə Bütöv Azərbaycanda demokratiya mədə-
niyyətinin bərpa edilərək oturuşub gündəlik həyat tərzinə 
çevrilə bilməsi üçün çağdaş dünya təcrübəsi ilə yanaşı türk 
etnosunun tarixi təcrübəsindən və demokratiya ənənəsindən də 
geniş istifadə edilməlidir... 
Məramnamədə aşağıdakı özəl prinsiplər qəbul olunur: 
1. Hürriyyətçilik  – insan haqlarının, vətəndaş hüquqları-
nın və azadlıqlarının qorunmasını, toxunulmazlığını  və hüqu-
qun üstünlüyünü əsas götürür; 
2. Çoxfikirlilik və xoşgörü  – toplumda inanc və düşüncə 
müxtəlifliyinin yanaşı mövcudluğunu, biri-birinə zidd və  əks 
fikirlərin yanaşı yaşamasını, çoxfikirliliyə (plüralizmə) 
dözümlülüyü və ona xoşgörü (tolerantlıq) ilə yanaşılmasını 
tələb edir;   
3. Təsanüdçülük sosial ədalətin, milli həmrəyliyin, birlik 
və  bərabərliyin mövcudluğu naminə ümumi ilə xüsusinin, 
toplumla fərdin mənafeyinin ahəngdar vəhdətinə nail olmağı, 
bütün vətəndaşların maddi və  mənəvi inkişafına, rifaha 
qovuşmasına, xoşbəxt yaşamasına yetməyi nəzərdə tutur;  


 125
4. İstiqlalçılıq – Bütöv Azərbaycanın dövlət müstəqilliyinin 
yaranmasını, bu müstəqilliyin qorunmasını  və möhkəmlənib 
qüdrətlənməsini irəli sürür;  
5. Millətçilik  – irqçiliyi və  şovinizmi rədd edib, dünya 
türklüyünün ayrılmaz tərkib  hissəsi olan Azərbaycan türk milli 
kimliyini dərk etməyi, əlli milyonluq Azərbaycan türk millətini 
ürəkdən sevməyi, onu qorumağa və yüksəltməyə çalışmağı 
bildirir;     
6. Vətənçilik  – Bütöv Azərbaycanın milli və tarixi əra-
zilərini müqəddəs vətən saymağı, sevməyi, onun bütövlüyünün 
yaranması, qorunması və gəlişməsi uğrunda fədakarlığa hazır 
olmağı ifadə edir; 
7. Öncüllük və yöncüllük – çağdaş dünya elminin və 
texnologiyasının uğurlarına, milli mentalitetimizə, intellektual 
və fiziki sərvətlərimizə söykənərək Vətənimizi siyasi, iqtisadi, 
mədəni, elmi və s. sahələr üzrə dünyanın öncül və yöncül 
ölkələri sırasına çıxartmağı,  əhalimizi inkişaf etmiş, yüksək 
savadlı, bacarıqlı, firavan və zəngin bir millətə çevirməyi, bir 
sözlə  Vətənimizi, Millətimizi, Dövlətimizi və  İnsanımızı 
yüksəltməyi hədəf alır. 
Məramnamənin “Başlıca vəzifələr” bölməsində deyilir: 
BAB ...hesab edir ki, Müstəqil, Bütöv Demokratik 
Azərbaycanın yaranması üçün gərəkən əlverişli daxili və xarici 
şərtlər yetişməkdədir. ...BAB hazırlıq dövrünün başlıca 
vəzifələri kimi aşağıdakı işlərin görülməsini önəmli bilir: 
1.  Əlli milyonluq Azərbaycan türklüyü içərisində eyni bir 
milli kimlik şüurunun biçimləndirilməsi və xalqımızın eyni 
milli-siyasi ideallar ətrafında bütövləşdirilməsi... 
2.  Əlli milyonluq Azərbaycan türklüyü içərisində milli 
təşkilatlanmanın gücləndirilməsi və kütləviləşdirilməsi... 
3. Parçalanmış Azərbaycan Vətəni və bölünmüş Azərbay-
can türk milləti gerçəkliyinin dünyaya duyurulması... 
4. Azərbaycanın bütün problemlərinin  əlli milyonluq 
xalqımızın ümummilli işinə çevrilməsi...   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə