Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə26/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

 

 

59



Dərs 

14

 / Mövzu:



 XƏTTİ  ALQORİTM 

 

MOTİVASİYA 

Müəllim  hər hansı bir şagirddən “Uşaq və buz”  şeirini söyləməyi xahiş edir. O, sinfə müraciət edir:  

 Gəlin bu şeirdə baş verən hadisələri ardıcıl olaraq göstərək.  

O, oğlanın hərəkətlərini söyləməyi xahiş edir və lövhədə aşağıdakı kimi yazır: 

Başlanğıc 

1.  Çıxdı buz üstə 

2.  Sürüşdü 

3.  Dəydi yerə 

4.  Durdu 

5.  Buza söylədi 

Son  


İstənilən alqoritmi söz, işarə, yaxud müxtəlif sxemlərlə göstərmək olar. Əgər alqoritmdə addımlar yazıldığı 

ardıcıllıqla yerinə yetirilirsə, onda ona xətti alqoritm deyilir.  

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

Tədqiqat sualı: 

Xətti alqoritm necə icra olunur və onun addımlarını necə göstərmək olar? 

 

TƏDQİQATIN APARILMASI 

Tədqiqat işi fərdi aparılır. Şagirdlər İş dəftərində 1 və 2-ci tapşırıqların hər ikisinin a və b bəndlərini yerinə 

yetirirlər. 2-ci tapşırığın c bəndini isə dərsin sonrakı mərhələsində istifadə olunacaqdır.  

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim tədqiqat işi ilə bağlı şagirdlərə suallar verir:  



 1-ci tapşırığın a bəndində sxemlə hansı komandaları yerinə yetirmək tələb olunur? Dairələr arasındakı 

oxlar nəyi göstərir? (növbəti addımı) Bu alqoritmdə  nəticə  əldə etmək üçün komandalar necə yerinə 

yetirilir? (yazıldığı ardıcıllıqla) Dairədəki ədədlərdən asılı olaraq, alqoritmin icra ardıcıllığı dəyişirmi? Bəs 

nəticəsi? 

Müəllim 1-ci tapşırığın b bəndində bir neçə şagirdin nəticələrini müqayisə edir.  



 1-ci tapşırığın b bəndində boş dairələrdə hansı  ədədlər ola bilər? Bu alqoritmin icrası  ədədlərdən asılı 

olaraq dəyişirmi?  



2-ci tapşırıqla bağlı: 

DƏRSİN MƏQSƏDİ 

•  baş verən sadə hadisələri addımlarla izah etmək

•  sxem və işarələrlə təqdim olunan alqoritmi sözlə ifadə etmək; 

•  sözlə ifadə olunan hərəkətlər ardıcıllığını sxem və işarələrlə təqdim etmək; 

•  xətti alqoritmlərin xüsusiyyətlərini izah etmək; 

•  xətti alqoritmlərə misal gətirmək; 

•  sadə xətti alqoritmləri yerinə yetirmək

•  xətti alqoritmi sözlərlə təqdim etmək; 

•  xətti alqoritmi blok-sxemlə göstərmək. 

 

 

Əsas ANLAYIŞLAR   

Xətti alqoritm, alqoritmin təqdimolunma forması, blok-sxem, alqoritmin oxlarla təsviri 

 

 

Dərsin TİPİ 

İnduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş, fərdi iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Mini mühazirə, müzakirə, beyin həmləsi 



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 2.2.3, Riy. – 1.2.4, 1.2.5, 2.1.2, H-b. – 4.2.1, 4.2.4, Tex. – 1.2.3, 2.1.4,  

F-t. – 1.2.1, 2.1.1, 2.1.3 

 

 

Təchizat 

Rəngli karandaşlar, təmiz vərəqlər – A4. 



Proqram təminatı

 

Oyun tipli kompyuter proqramları

 



 

60

 2-ci tapşırıqda alqoritmin icraçısı kimdir? Alqoritmi yerinə yetirəndən sonra hansı söz alındı? Alqoritmin 

addımlarının yerini dəyişdirsək, cırcırama hərəkəti nəticəsində alınan söz dəyişərmi?  



  Cırcıramanı başlanğıc “O” nöqtəsindən “D” hərfinin üzərinə  gətirmək üçün hansı komandanı vermək 

lazımdır? 2-ci tapşırığın b bəndində hamıda eyni alqoritm alındımı? (Müəllim bir neçə şagirddən öz işini 

nümayiş etdirmələrini xahiş edir.) Bu alqoritmi başqa cür necə yazmaq olar? 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim suallar verir: 



 Alqoritmləri necə yazmaq olar? 



 Xətti alqoritmin addımlarını necə göstərmək olar? 

Müəllim şagirdlərlə birlikdə bütün fikirləri ümumiləşdirərək aşağıdakı nəticələri çıxarır: 

 Əgər alqoritmdə bütün komandalar ardıcıl olaraq və bir dəfə yerinə yetirilərsə, belə alqoritmlərə ardıcıl 

və ya  xətti alqoritm deyilir. 

Alqoritmi sxemlə göstərməyin öz üstünlüyü var: sxemdə alqoritmin yerinə yetirilmə ardıcıllığını bütünlüklə 

görmək olur.  

Tədqiqat sualı ilə əlaqədar irəli sürülmüş fərziyyələr nəticələrlə müqayisə edilir. Bu proses şagirdlərin fəal 

iştirakı ilə həyata keçirilir.  

 

YARADICI TƏTBİQETMƏ  

Müəllim alqoritmin icrasına aid nümunə olaraq gimnastika hərəkətlərini göstərə bilər. Bütün uşaqlar ayağa 

qalxır və müəllimin verdiyi komandaları yerinə yetirirlər.  

Müəllim  şagirdlərlə birlikdə kompyuter otağında iş qaydalarını  təkrarlayır.  Şagirdlər kompyuterin 

qarşısında  əyləşirlər. Müəllim mövzuda nəzərdə tutulmuş bacarıqları reallaşdırmaq məqsədilə  şagirdləri 

öyrədici kompyuter proqramı olan İNFO-KO elektron vəsaitində “Hadisələr və  hərəkətlər ardıcıllığı” 

bölməsindəki tapşırıqları yerinə yetirməyi tapşırır.  

İş dəftərində 2-ci çalışmanın c bəndi  və 3-cü çalışmanı yerinə yetirilməsi.  

 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim  metodik vəsaitin  əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-

yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.  

Müəllim öz müşahidəsinə əsasən dərsin məqsədlərinə uyğun meyarlarla aşağıdakı qiymətləndirmə cədvəli 

üzrə formativ qiymətləndirmə aparır. 

 

№ Meyarlar 



“+” və ya “-”  

1 Sxem 


və işarələrlə təqdim olunan alqoritmi sözlərlə ifadə edə bilir 

 

2 Sözlə ifadə olunan sadə hərəkətlər ardıcıllığını sxem və işarələrlə təqdim edə bilir 



 

3 Xətti alqoritmləri fərqləndirə bilir 

 

4 Sadə xətti alqoritmi yerinə yetirə bilir 



 

5 Sadə xətti alqoritmi tərtib edə bilir 

 

6 Sadə xətti alqoritmləri sxem və işarələr vasitəsilə tərtib edə bilir 



 

 Yekun 


 

Ev tapşırığı. 

İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi.



 

 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə