Microsoft Word girish-3 cap ucun 1-16


MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə34/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

 

78

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Şagirdlərin işləri müəllimə  təqdim olunur. Müəllim onların çəkdiyi  şəkilləri müzakirə edir və Paint 

proqramında alətlərin harada yerləşdiyi barədə, iş sahəsi,  şəkillərin ölçüləri barədə müxtəlif suallar verə 

bilər.  

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim  şagirdlərin işləri ilə bağlı verilən cavabları onların fəal iştirakı ilə ümumiləşdirərək nəticələr 

çıxarır. Müəllim rəsm albomunun vərəqini şagirdlərə nümayiş etdirir.  

– Belə ölçülü vərəqlərə A4 vərəq deyilir. Bu vərəqin eni 21 sm, uzunluğu isə 29 sm-dir.  Bundan kiçik və 

böyük ölçüdə də vərəqlər olur.  

– Sizin gördüyünüz ən kiçik vərəq vizit kartının ölçüsüdür. Əgər biz A4 vərəqini iki yerə qatlasaq, onda A5 

ölçüdə vərəq alınacaq (müəllim göstərir). 

– Kompyuterdə  çəkdiyiniz  şəklin ölçülərinə baxmaq üçün menyu zolağından File-Page Setup komanda-

larını seçmək lazımdır. Açılan pəncərədə “Size” sözünün yanında səhifənin ölçüsü göstərilir. Səhifəni 

həm  şaquli (portret), həm də üfüqi (albom) istiqamətdə yerləşdirmək olar. Onun üçün siçanın 

göstəricisini Portret sözünün yanındakı düyməyə  gətirib, sol düyməni basmaq lazımdır. Səhifə çapda 

istiqamətini dəyişəcək.  

– Səhifənin ölçüsünü dəyişdirmək üçün Size (Ölçü) sözünün yanında olan düyməni 

 çıqqıldatmaq lazımdır. Açılan siyahıdan lazımi ölçünü seçmək 

olar (müəllim A5 ölçünü seçir). 

 

Müəllim dərsin əvvəlində çəkdiyi şəklin ölçü və istiqamətini dəyişir. O, tədqiqat sualına aid irəli sürülən 



fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə əldə edilən yeni biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

Müəllim mövzuda nəzərdə tutulmuş bacarıqları reallaşdırmaq məqsədilə  şagirdləri öyrədici kompyuter 

proqramı olan INFO-KO elektron vəsaitində Tux PAINT qrafik redaktoru ilə tanış edir və bu vəsaitin 

“Rənglə” bölməsində olan tapşırıqları yerinə yetirməyi tapşırır.  İş  dəftərindəki  1 və 2-ci çalışmaların 

yerinə yetirilməsi.  

  

QİYMƏTLƏNDİRMƏ 

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 



 

№ Meyarlar 

Qiymət 

(+ və ya -) 



1 Paint 

proqramın pəncərəsini aça bilir. 

 



Paint proqramda alətlərin təyinatını bilir. 



 

3 Menyu 


zolağından istifadə edib, komandaları seçir. 

 



Şəkil yerləşən vərəqin  istiqamətini dəyişdirir.  

Şəkil vərəqinin ölçüsünü dəyişdirir.  



 

Ev tapşırığı.  İş dəftərindəki  3 və 4-cü çalışmaların yerinə yetirilməsi. 

 

 




 

 

79



Dərs 

21

 / Mövzu:



 PALİTRA 

 

MOTİVASİYA 

Müəllim sinfə müraciət edir: – Palitra haqqında nə bilirsiniz? Rəssama palitra nə üçün lazımdır? 

Kompyuterdə biz palitradan necə istifadə edə bilərik? 

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

Tədqiqat sualı: 

Paint proqramında

 

palitrada olan rəngin müxtəlif çalarlarını necə yaratmaq olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı 

şərh edir. Bu zaman o, noutbukdan və proyektordan istifadə edərək, dərslikdəki 

alqoritmləri onlara izah edir. Müəllim fırçanın və fonun rənginin dəyişdirilməsini 

nümayiş etdirir. Sonra müəllim  şagirdləri cütlüklərə ayırır. Tədqiqat zamanı 

müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə böyük  həssaslıqla yanaşmalıdır. 

Müəllim  şagirdlərlə kompyuterdə  iş  və texniki təhlükəsizlik qaydalarını 

təkrarlayır. Bu zaman o, şagirdlərin diqqətini  İş  dəftərinin sonunda verilmiş 

şəkillərə cəlb edir. Onlara belə tapşırıq verilir. 

 

 



DƏRSİN MƏQSƏDİ 

•  alətlər qutusundakı alətlərdən istifadə etmək; 

•  palitradan rəsmin və fonun rənglərini seçmək; 

•  rənglərin yeni çalarlarını yaratmaq; 

•  şəkli yeri yaradılmış çalarlarla rəngləmək. 

 

 

Əsas ANLAYIŞLAR   

Palitra, rəngin çalarları, fonun rəngi 

 

 

Dərsin  TİPİ 

Empirik (praktik) 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

 

Bütün siniflə iş, cütlüklərlə iş 



 

İstifadə olunan  

ÜSULLAR 

 

Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş 



 

Fənlərarası  

İNTEQRASİYA 

 

H-b. – 4.2.1, T-i. – 2.2.1, 2.2.3, Tex. – 4.1.1 



 

 

Təchizat 

Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri 



 

 

Proqram təminatı 

Paint qrafik redaktoru, öyrədici kompyuter proqramları 

Tapşırıq: Verilmiş alqoritmi yerinə yetirməklə, yaşıl rəngin müxtəlif çalarlarını yarat. Bu çalarlardan 

istifadə etməklə şəkli rənglə. 

1.  Fırça alətini seç. 

2.  Verilmiş şəklin konturlarını çək. 

3.  Yolkanı rəngləmək üçün tünd-yaşıl rəngi seç. 

4.  Həmin rənglə yolkanın içini boya. 

5.  Yaşıl rəngin digər çalarlarını almaq üçün rəngin üstündə sol düyməni qoşa çıqqıldat. 

6.  Açılan Edit pəncərəsindən “Define Custom Colors” düyməsini çıqqıldat. 

7.  Açılmış pəncərədən sağ tərəfdə olan balaca üçbucağı hərəkət etdir (sol düyməni basılı saxlamaqla).  

8.  Lazımi rəngi aldıqdan sonra, OK düyməsini çıqqıldat. 

9.  Yeni yaradılmış rənglərdən istifadə etməklə şəkilləri rənglə. 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə