Microsoft Word girish-3 cap ucun 1-16


MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

 

76

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

 

Şagirdlər işlərini təqdim edirlər. Müəllim  şagirdlərdən alqoritmin hansı addımında çətinlik çəkdiyini 



soruşub izahat verir:   

– Nə üçün uşaqların bəziləri qovluq yarada bildi, bəziləri isə çətinlik çəkdi? (Çünki hamı alqoritmi düzgün 

yerinə yetirmədi.) Qovluqda nələri saxlamaq olar? “My documents” qovluğunda hansı qovluqlar var? Bu 

qovluqda nələri saxlamaq olar?  



 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib, onların fəal iştirakı ilə nəticələr çıxarır: 

1.  Kompyuterdə lazım olan informasiyanı rahat tapmaq üçün qovluqlardan istifadə olunur. 

2.  Kompyuterdə saxlanılan müəyyən informasiyalar qovluqlarda qruplaşdırılır.  

3.  Qovluqlarda mətnləri, şəkilləri, musiqi və videomaterialları, oyunları, proqramları və başqa obyekt-

ləri saxlamaq olar. 

4.  Qovluğu iş masasında və başqa qovluqların içində də yaratmaq olar (bunun üçün boş yerdə siçanın 

sağ düyməsini basıb, açılan siyahıdan New-Folder komandasını seçmək lazımdır).  

5.  Hər bir qrupun adı olduğu kimi, qovluğun da adı olur.  

6.  Qovluğun adı, adətən, onun tərkibini  əks etdirir. Məsələn, “Şəkillər”, “Musiqi”, “Oyunlar”, 

“Yazılarım”.  Qovluqları yaranma tarixi ilə də adlandırmaq olar. Məsələn, “10-03-2010” və s. 

7.  Belə qovluqlarda saxlanılan informasiyanı asanlıqla tapmaq olur. 

Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə 

əldə edilən yeni biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

İş dəftərindəki  1-3-cü çalışmaların yerinə yetirilməsi.



 

 

 



QİYMƏTLƏNDİRMƏ 

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 



 

№ Meyarlar 

Yaxşı Orta  Zəif 

İş masasında yeni qovluq yaradır.  



 

 

2 Qovluğu adlandırır.  



 

 

3 Qovluğu açır, qapadır.  



 

 



İş masasında qovluğun yerini dəyişir.  

 

 



İş masasında xüsusi qovluqları tanıyır.  

 

 

 



 

Ev tapşırığı.  İş dəftərindəki  4, 5-ci çalışmaların yerinə yetirilməsi. 

 



 

 

77



Dərs 

20

 / Mövzu:



 PAINT PROQRAMI 

 

MOTİVASİYA 

Müəllim: – Kompyuterdə hansı  işləri görmək olar? Siz keçən il kompyuterdə hansı proqramda şəkil 

çəkmisiniz? Paint proqramın pəncərəsi hansı hissələrdən ibarətdir? 

Müəllim proyektordan (və ya dərslikdən) istifadə edərək, Paint proqramının pəncərə hissələrini şagirdlərə 

xatırladır. Müəllim kompyuterdə kiçik ölçüdə şəkil  çəkir. Onu çapda necə görünəcəyini göstərmək üçün 

File-Print Preview komandalarını verir. O sual verir: – Bu şəkildə  nə 

xoşunuza gəlmir? (Ağ yerlər çox qalıb,  şəkil çox kiçik görünür.) Şəklin 

yaxşı görünməsi üçün nə etmək olar? 

Şagirdlərin cavabları dinlənilir. Lövhədə tədqiqat sualı və şagirdlərin fərziy-

yələri yazılır. 



Tədqiqat sualı: 

Qrafik redaktorda çəkilmiş səhifənin ölçülərini və istiqamətini necə müəyyən etmək 

olar? Onu dəyişdirmək üçün nə etmək lazımdır? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. Bu zaman o, noutbukdan və proyektordan 

istifadə edərək, dərslikdəki alqoritmləri onlara izah edir. Şagirdlər kompyuterdə iş və təhlükəsizlik texnikası 

qaydalarını bir daha təkrarlayırlar. Bunun üçün müəllim şagirdlərin diqqətini İş dəftərinin sonunda verilmiş 

şəkillərə yönəldir. Tədqiqat zamanı o, xüsusi qayğıya ehtiyacı olan şagirdlərə böyük həssaslıqla 

yanaşmalıdır. Şagirdlər cütlüklərə ayrılaraq, kompyuterdə verilmiş tapşırığı yerinə yetirirlər.  



1.  Paint proqramında kiçik şəkil çək. 

2.  Onun vərəqdə yerləşməsinə baxmaq üçün File menyusundan Print Preview bəndini seç. 

3.  Close düyməsini basıb proqramın iş sahəsinə qayıt. 

4.  Səhifənin ölçüsünü və istiqamətini müəyyən et. 

5.  File menyusundan Page Setup bəndini seç. 

6.  Açılan pəncərədən səhifənin ölçüsünü A5-ə dəyiş. 

7.  Səhifənin istiqamətini “portret”- ə dəyiş.  

8.  OK düyməsini bas. 

9.  Yenə File-Print Preview komandaları vasitəsilə səhifəyə bax. 

 

Şagirdlər kompyuterdə  işi bitirdikdən sonra müəllimin göstərişi ilə  İş  dəftərinin axırınсı  səhifəsində 



yerləşdirilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər. 

DƏRSİN MƏQSƏDİ 

•  kompyuterdə qrafik redaktorun təyinatını izah etmək; 

•  Paint proqram pəncərəsinin əsas hissələrini izah etmək; 

•  alətlərin hansı işi gördüyünü izah etmək; 

•  şəkli çəkmək üçün lazım olan aləti seçmək

•  Menyu zolağında lazım olan bəndləri seçmək; 

•  kağız vərəqin istiqamətini və ölçülərini əyani olaraq müəyyən etmək ; 

•  şəkil çəkilən səhifənin ölçü və istiqamətini dəyişmək. 



 

 

Əsas ANLAYIŞLAR   

Paint proqramı, pəncərə, menyu zolağı, alətlər qutusu, rənglər qutusu, səhifənin ölçüsü, 

səhifənin istiqaməti 



 

 

Dərsin  TİPİ 

Empirik (praktik) 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

 

Bütün siniflə iş, cütlərlə iş 



 

İstifadə olunan  

ÜSULLAR 

 

Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş 



 

Fənlərarası  

İNTEQRASİYA 

H-b. – 4.2.1, T-i. – 2.2.1, 2.2.3, Tex. – 4.1.1 



 

 

Təchizat 

Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri 



 

 

Proqram təminatı 

Paint qrafik redaktoru 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə