Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə35/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   32   33   34   35   36   37   38   39   40

 

80

Şagirdlər kompyuterdə  işi bitirdikdən sonra, müəllimin göstərişi ilə,  İş  dəftərinin axırınсı  səhifəsində 



verilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər. 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim tədqiqat zamanı  şagirdlərin işlərinə baxış keçirir və  işin sonunda suallar verir: – Fon ilə  şəklin 

rəngləri nə üçün müxtəlif olmalıdır?  Şəkli çəkmək üçün hansı alətdən istifadə etdiniz? Şəkli rəngləmək 

üçün hansı alətdən istifadə etdiniz? 



 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ

  

Müəllim sinfə müraciət edir: – Rənglər palitrası  nə üçündür? Rəngi seçmək üçün nə etdiniz? Rəsm 

çəkərkən neçə  rəngdən istifadə etmək olar? Bir rəngin neçə çaları ola bilər? Rəngin özünəməxsus  

çalarlarını necə yaratmaq olar? 

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib, onların fəal iştirakı ilə nəticələr çıxarır: – Bizi əhatə edən 

hər bir obyektin özünəməxsus rəngi var. Hər  əsas rəngin müxtəlif çalarları olur. Paint proqramında  əsas 

rəngin çalarlarını yaratmaq üçün siçanı  həmin rəngin üstündə qoşa çıqqıldatmaq lazımdır. Açılan 

pəncərədən həmin rəngin çalarlarını seçmək olar. 

Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə 

əldə edilən yeni biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

Müəllim mövzuda nəzərdə tutulmuş bacarıqları reallaşdırmaq məqsədilə  şagirdləri öyrədici kompyuter 

proqramı olan INFO-KO elektron vəsaitində “Rənglə” bölməsində olan tapşırıqları yerinə yetirməyi 

tapşırır. Bu zaman müəllim şagirdlərin diqqətini palitradakı rənglərin seçiminə yönəldir.  

İş dəftərindəki  1

3-cü çalışmaların yerinə yetirilməsi. 



 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 

 

№ Meyarlar 



Qiymət 

(+ və ya –) 

1 Rənglər palitrasını tanıyır 

 

2 Alətin rəngini seçir 



 

3 Fonun 


rəngini dəyişir 

 

4 Alətlərdən istifadə edir 



 

5 Müəyyən rəngin çalarlarını yaradır 

 

 Ümumi: 


 

Ev tapşırığı.  İş dəftərindəki  4-cü çalışmanın yerinə yetirilməsi. 

 

 




 

 

81



Dərs 

22

 / Mövzu:



 ŞƏKLİN FRAQMENTİ İLƏ İŞ 

 

MOTİVASİYA 

Müəllim sinfə müraciət edir: – Siz “Təsviri incəsənət” dərslərində  şəkil çəkərkən karandaş  və pozandan 

necə istifadə edirsiniz? “Texnologiya” dərslərində applikasiyanı necə düzəldirsiniz? Kağızdan müxtəlif 

fiqurlar kəsib, müəyyən formada yapışdırırsınız. Elə  də olur ki, eyni fiquru bir neçə  dəfə  kəsmək lazım 

gəlir. Bəs şəklin bir hissəsini başqa yerə necə köçürmək olar? (pozub çəkmək, yaxud kəsib yapışdırmaq)  

Müəllim şagirdlərin cavablarını dinləyir.  Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

Tədqiqat sualı: 

Paint proqramında şəkil üzərində hansı əməliyyatları etmək olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə “Şəklin fraqmentinin seçdirilməsi”, “Şəklin 

fraqmentinin yerinin dəyişdirilməsi”, “Şəklin fraqmentinin çoxaldılması” alqoritmlərini  şərh edir. Bu 

zaman o, proyektordan istifadə etməklə, seçdirmə aləti vasitəsilə fraqmentin seçdirilməsini, silinməsini, 

yerinin dəyişdirilməsini, surətinin çoxaldılmasını  şagirdlərə nümayiş etdirir. Müəllim  şagirdlərlə 

kompyuterdə  iş  və  təhlükəsizlik texnikası qaydalarını  təkrar edir. Bu zaman o, şagirdlərin diqqətini  İş 

dəftərinin sonunda verilmiş  şəkillərə  cəlb edir. Tədqiqat zamanı müəllim xüsusi qayğıya ehtiyacı olan 

şagirdlərə böyük  həssaslıqla yanaşmalıdır.  

Şagirdlər cütlüklərə ayrılır. Hər cütlük bir kompyuterin qarşısında əyləşib tapşırığı yerinə yetirirlər. 

 

 



Şagirdlər kompyuterdə  işi bitirdikdən sonra müəllimin göstərişi ilə  İş  dəftərinin axırınсı  səhifəsində 

verilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər.



 

 

 



DƏRSİN MƏQSƏDİ 

•  seçdirmə alətinin təyinatını izah etmək; 

•  şəklin müxtəlif fraqmentini seçdirmək; 

•  şəklin müxtəlif fraqmentlərini kəsib götürmək

•  şəklin özünün və müxtəlif fraqmentlərinin yerini dəyişmək; 

•  şəklin müxtəlif fraqmentinin surətini çıxarmaq. 



 

 

Əsas ANLAYIŞLAR   

Alətlər qutusu, şəklin fraqmenti, seçdirmə aləti, mozaika 

 

 

Dərsin TİPİ 

Empirik (praktik) 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

 

Bütün siniflə iş, cütlüklərlə iş 



 

İstifadə olunan  

ÜSULLAR 

 

Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş  



 

Fənlərarası  

İNTEQRASİYA 

 

H-b. – 4.2.1, T-i. – 2.2.1, 2.2.3, Tex. – 4.1.1, 4.1.2 



 

 

Təchizat 

Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri 



 

 

Proqram təminatı 

Paint qrafik redaktoru 

Tapşırıq: Verilmiş alqoritmi yerinə yetirin. 

1. İxtiyari ölçüdə dairə çəkin. 

2. Onun içini istədiyiniz rənglə boyayın.  

3. Seçdirmə aləti vasitəsilə onun yerini dəyişin. 

4. Seçdirmə aləti vasitəsilə dairənin bir hissəsini kəsin. 

5. Bu hissənin yerini dəyişin. 

6. Onu silin. 

7. Seçdirmə aləti vasitəsilə iş sahəsini təmizləyin. 

8. İş sahəsinin yuxarı sağ küncündə kiçik kvadrat çəkin. 

9. Onu iş sahəsinin çərçivəsi boyunca çoxaldın.




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə