Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   32   33   34   35   36   37   38   39   40

 

86

QİYMƏTLƏNDİRMƏ 

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 

№ Meyarlar 

Qiymət 

(+ və ya –) 



1 Klaviaturanın klavişlərinin təyinatını bilir 

 

2 Səhifənin parametrlərini müəyyən edə bilir 



 

3 Sənədi kompyuterin yaddaşında saxlayır  

4 Sənədi kompyuterin yaddaşından aça bilir 

 

5 Sənəddə aparılan dəyişiklikləri yaddaşda saxlayır 



 

 Ümumi: 


 

Ev tapşırığı. İş dəftərindəki  5-ci çalışmanın yerinə yetirilməsi. 

 

 



Dərs 

25

 / Mövzu:



 MƏTNLƏRLƏ İŞ 

 

MOTİVASİYA 

Müəllim lövhədə Abdulla Şaiqin “Can, gülüm, can, can” şeirini aşağıdakı kimi yazır:  

 

Can, gülüm, can, can! 



 

Doğdu günəş qırmızı,  

 

Topladı oğlan, qızı, 



 

Hər birimiz bir çiçək, 

 

Bir bağçanın ulduzu, 



 

Qaçdı ayaz, qar-boran,  

 

Bizə qaldı çöl, orman,  



 

O, sinfə müraciət edir: – Siz 2-ci sinifdə Abdulla Şaiqin “Can, gülüm, can, can” şeirini keçmisiniz. Lövhədə 

yazılmış  şeiri olduğu kimi necə  bərpa etmək olar? (1-ci sətri pozub, həmin sətri hər sətirdən sonra əlavə 

DƏRSİN MƏQSƏDİ 

•  mətn redaktorunun əsas menyusunu tanımaq; 

•  mətnin fraqmentinin nə üçün seçdirilməsini izah etmək; 

•  mətnin fraqmentini seçdirmək; 

•  mətnin fraqmentini kəsib götürmək

•  mətnin fraqmentinin surətini çıxarmaq; 

•  Copy-Paste komandalarının mənasını izah etmək.  

 

 

Əsas ANLAYIŞLAR   

Mətnin tam seçilməsi, mətnin fraqmenti, mətnin surəti 

 

 

Dərsin TİPİ 

Empirik (praktik) 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

 

Bütün siniflə iş, cütlüklərlə iş 



 

İstifadə olunan  

ÜSULLAR 

 

Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş 



 

Fənlərarası  

İNTEQRASİYA 

 

A-d. – 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, H-b. – 4.2.1, X-d. – 4.1.1, 4.1.2 



 

 

Təchizat 

Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri 



 

 

Proqram təminatı 

WordPad mətn redaktoru 



 

 

87



etmək lazımdır.) Biz eyni hərəkəti neçə dəfə təkrarlamalıyıq? (Hər sətrin sonuna “Can, gülüm, can, can” 

sözləri 6 dəfə artırılmalıdır.)  

 

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 



 

Tədqiqat sualı: 

Kompyuterdə  mətnin bir hissəsinin surətini necə almaq olar? Mətnin hissəsini bir 

yerdən başqa yerə necə köçürmək olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək,  şagirdlərin fəal iştirakı ilə “Mətn fraqmentinin seçdirilməsi”, “Mətn 

fraqmentinin yerinin dəyişdirilməsi”, “Mətn fraqmentinin çoxaldılması” alqoritmlərini şərh edir. Bu zaman 

o, proyektordan istifadə etməklə fraqmentin seçdirilməsini, kəsilməsini, surətinin çıxarılmasını, yerinin 

dəyişdirilməsini  şagirdlərə izah edir. Tədqiqatı aparmaq üçün şagirdlər cütlüklərə ayrılır və kompyuterin 

qarşısında  əyləşirlər. Müəllim  şagirdlərlə kompyuterdə  iş  və texniki təhlükəsizlik qaydalarını  təkrarlayır. 

Tədqiqat zamanı müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə  həssaslıqla yanaşmalıdır.  

Şagirdlərin kompyuterdə azərbaycanca mətn yığa bilmələri üçün müəllim qabaqcadan klaviaturanı 

Azərbaycan əlifbasına keçirməlidir.  

 

 

 



Şagirdlər kompyuterdə  işi bitirdikdən sonra müəllimin göstərişi ilə  İş  dəftərinin axırınсı  səhifəsində 

verilmiş “Gözlər üçün gimnastika”  təmrinlərini yerinə yetirirlər.

 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim tədqiqat zamanı şagirdlərin işlərinə baxış keçirir və işin sonunda suallar verir: 

– Növbəti sətrə keçmək üçün nə etmək lazımdır? “Deyir” sözünü hər dəfə yığmamaq üçün asan yolla onu 

mətnə necə daxil etmək olar? Hansı daha tez alınar: bu sözü hər dəfə yazanda, yoxsa surətini çıxarıb lazımi 

yerə köçürəndə? Mətni kompyuterin yaddaşında necə saxladınız? 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim sinfə növbəti suallar verir: 

– Mətnin bir hissəsinin surətini necə çıxarmaq olar? O nə zaman lazım ola bilər? Bəs mətnin bir hissəsini 

başqa yerə necə köçürmək olar?  

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib onların fəal iştirakı ilə nəticələr çıxarır: 

– Mətni kompyuterdə yığarkən çox vaxt onun bir hissəsini çoxaldıb bir neçə dəfə təkrarlamaq, yaxud bu 

hissəni başqa bir yerə köçürmək lazım gəlir. Bunun üçün dərslikdəki alqoritmləri yerinə yetirmək lazımdır.  

Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə 

əldə edilən yeni biliklərlə müqayisə edir. 

 

Tapşırıq:  

 

1. Dərslikdə verilmiş mətndəki hansı sözlərin yerini dəyişmək lazımdır ki, fikirlər doğru alın-



sın?  

Əkinçi deyir: – Qızıl  göldədir. 

Balıqçı deyir: – Qızıl çöldədir. 

2. Bu mətni kompyuterdə yığın. 

3. “Mətn fraqmentinin seçdirilməsi” və “Mətn fraqmentinin yerinin dəyişdirilməsi” alqo-

ritmlərindən istifadə etməklə mətni elə dəyişdir ki,  fikirlər doğru olsun.  

4. Mətni kompyuterdə saxlayın. 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə