Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   32   33   34   35   36   37   38   39   40

 

84

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim sual verir: – Kompyuterdə şəkillərin saxlamasının nə kimi üstünlükləri var? Müəllim şagirdlərin 

cavablarını ümumiləşdirib onların fəal iştirakı ilə nəticələr çıxarır: – Paint proqramında hazırlanmış şəkilləri 

kompyuterin yaddaşında saxlamaq olar. Əgər  şəkil tamamlanmayıbsa, onu yenidən həmin proqramda 

açaraq dəyişiklik etmək lazım gələrsə, onda şəkli kompyuterdə saxlamaq çox əhəmiyyətlidir.  İkincisi, öz 

şəklinizi başqalarına göstərmək üçün, çap etmək üçün, kiməsə göndərmək üçün onu kompyuterdə mütləq 

saxlamaq lazımdır. Bunun üçün dərslikdəki alqoritmdən istifadə etmək lazımdır. Müəllim dərsin əvvəlində 

tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə əldə edilən yeni biliklərlə 

müqayisə edir. 



 

YARADICI TƏTBİQETMƏ  

İş dəftərindəki  2-ci çalışmanın yerinə yetirilməsi. 



  

QİYMƏTLƏNDİRMƏ 

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 

 

№ Meyarlar 



Qiymət 

(+ və ya –) 

Şəklin fraqmentinin çoxaldılması 



 

2 Rənglər qutusundan lazımi rənglərin seçilməsi  

Şəklin kompyuterin yaddaşında saxlanması 



 

Şəklin monitorun ekranına çıxardılması 



 

Şəklin Paint proqramında yenidən açılması 



 

 Ümumi: 


 

Ev tapşırığı.  İş dəftərindəki  2-ci çalışmanın yerinə yetirilməsi. 

 

 



Dərs 

24

 / Mövzu:



 WORDPAD PROQRAMI 

 

MOTİVASİYA 

Müəllim lövhədə hər hansı bir səhv cümlə yazır. Məsələn:  

 

Men kompyuteldə işləqirəm. 

 

DƏRSİN MƏQSƏDİ 

•  mətn redaktorunun təyinatını izah etmək; 

•  istənilən kağız vərəqin istiqamətini və ölçülərini əyani olaraq müəyyən etmək;  

•  Mətn redaktorunda səhifənin ölçü və istiqamətini dəyişmək; 

•  mətni kompyuterin yaddaşında saxlamaq; 

•  Saxlanılmış mətni kompyuterin ekranına çıxarmaq. 

 

 

Əsas ANLAYIŞLAR   

Mətn redaktoru, səhifənin parametrləri, səhifənin istiqaməti, səhifənin ölçüsü, Save, 

Save as,  Open düymələri. 



 

 

Dərsin TİPİ 

Empirik (praktik) 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

 

Bütün siniflə iş, cütlüklərlə iş 



 

İstifadə olunan  

ÜSULLAR 

 

Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş 



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, H-b. – 4.2.1, X-d. – 4.1.1, 4.1.2 



 

 

Təchizat 

Kompyuter otağı, noutbuk, proyektor, kompyuter  



 

 

Proqram təminatı 

WordPad mətn redaktoru, öyrədici kompyuter proqramları,  klaviatura trenajoru 



 

 

85



Şagirdlərdən birini lövhəyə çağırıb səhvləri pozmadan, yəni yazının üstündə  xətt çəkməklə düzəltməyi 

tapşırır.  

Müəllim sinfə müraciət edir: – Bu mətni dəftərinizdə yazsaydınız, buraxdığınız səhvləri necə düzəldərsiniz? 

(üstündən xətt çəkməklə, mötərizəyə almaqla, qaralamaqla) Bəs lövhədə iz qoymadan necə düzəltmək olar? 

(silgi ilə silib hərfi düzəltməklə) Bəs yeni söz artırmaq lazım gələrsə, məsələn, “Mən kompyuterdə yaxşı 

işləyirəm” (sonuncu sözü silib əlavə sözlə birlikdə təzədən yazmaq lazımdır). Kağızda yazılmış hər hansı 

bir yazı sizin üçün vacibdirsə, onu itirməmək üçün nə edirsiniz? 

Müəllim şagirdlərin cavablarını dinləyib sinfə müraciət edir: 

– Kompyuterdə xüsusi proqramların köməyi ilə  mətnləri yığıb, onlarda iz qoymadan düzəlişlər etmək və 

kompyuterdə saxlamaq olar.  

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

Tədqiqat sualı: 

Yığılmış mətnləri kompyuterin yaddaşında necə saxlamaq olar?  

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək,  şagirdlərin fəal iştirakı ilə “Mətnin parametrlərinin təyin edilməsi”, 

“Mətnin kompyuterdə saxlanılması”, “Kompyuterdə saxlanılmış mətnin açılması” alqoritmlərini şərh edir. 

Bu zaman o, proyektordan istifadə etməklə, mətn sənədinin yönünü (potrait və ya lanscape), mətn sənədinin 

açılması və saxlanmasını şagirdlərə izah edir.  

Tədqiqatı aparmaq üçün şagirdlər cütlüklərə ayrılır və kompyuterin qarşısında  əyləşirlər.  Müəllim 

şagirdlərlə kompyuterdə iş və texniki təhlükəsizlik qaydalarını təkrarlayır. Tədqiqat zamanı müəllim xüsusi 

qayğıya ehtiyacı olan şagirdlərə xüsusi həssaslıqla yanaşmalıdır.  Şagirdlərin kompyuterdə azərbaycanca 

mətn yığa bilmələri üçün müəllim qabaqcadan klaviaturanı Azərbaycan  əlifbasına keçirməlidir. Müəllim 

cütlüklərə İş dəftərindəki 1-ci tapşırığı yerinə yetirməyi tapşırır. Tapşırıqda verilmiş şeirin hamısını yazmaq 

çox vaxt tələb edərsə, iki sətri yazmaqla da kifayətlənmək olar.  

Şagirdlər kompyuterdə  işi bitirdikdən sonra müəllimin göstərişi ilə  İş  dəftərinin axırıncı  səhifəsində 

verilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər. 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim tədqiqat zamanı şagirdlərin işlərinə baxış keçirir və işin sonunda suallar verir: 

– Növbəti sətrə keçmək üçün hansı klavişi basmaq lazımdır? Bu mətnə hansı adı verdiniz? Nə üçün bu 

mətni “Qatar” adlandırdınız?  

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim sinfə müraciət edir

– Yığılmış mətnləri  nə üçün kompyuterin yaddaşında saxlayırlar? Yığılmış 



mətnləri kompyuterin yaddaşında necə saxlamaq və yenidən açıb dəyişikliklər aparmaq olar? Nə zaman 

sənədi yenidən açmaq lazım gələ bilər? (səhvləri düzəltmək,  əlavələr etmək, çapa vermək və digər 

məqsədlər üçün)  

Müəllim  şagirdlərin cavablarını ümumiləşdirib onların fəal iştirakı ilə  nəticələr çıxarır: – Mətn redaktoru 

vasitəsilə kompyuterdə  mətn yığmaq və onlarla müxtəlif işlər görmək olar. Mətni yaddaşda saxlamadan  

kompyuteri elektrik şəbəkəsindən ayırsanız, bu sənəd itə bilər. Sənədi kompyuterin yaddaşında saxlamaq və 

saxlanılmış sənədi açmaq üçün dərslikdəki alqoritmdən istifadə etmək lazımdır.  

Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə 

əldə edilən yeni biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

Müəllim siçan və klaviaturada iş 

vərdişlərini formalaşdırmaq məqsədilə                   

http://softfree.ru/content/view/1845/118/

  ünvanından klaviatura trenajorunu (pulsuz) yükləyə bilər. 

Uşaqların kompyuterdə  mətn yazmaq texnikasını inkişaf etdirmək məqsədilə  3



5 dəqiqə bu trenajorda 

işləmələri faydalı olardı.  

İş dəftərindəki  2



4-cü çalışmaların yerinə yetirilməsi.



  

 

 

 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə