Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

 

74

Şagirdlər kompyuterdə  işi bitirdikdən sonra müəllimin göstərişi ilə  İş  dəftərinin axırınсı  səhifəsində 



verilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər. 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Şagirdlər işlərini təqdim edirlər. Müəllim müxtəlif suallar verə bilər: – Proqramı necə başlatdınız?  Əgər 

proqramın simgəsi  İş masasında yoxdursa, onda proqramı necə başlatmaq olar? (start düyməsindən) 

Pəncərənin ölçüsünü dəyişmək üçün siçanın göstəricisini hara gətirdiniz? Bu zaman göstərici öz formasını 

necə  dəyişir? Pəncərənin çərçivəsinin sağ, sol, aşağı, yuxarı  sərhədlərində siçanın göstəricisinin forması 

necə  fərqlənir? Pəncərənin yuxarı sağ küncündə hansı düymələr var? Onlardan hansı hallarda istifadə 

olunur? Pəncərənin yerini dəyişmək üçün siçanın göstəricisini hara aparmaq lazımdır?  

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim suallar verir: – İş masasında hansı obyektlər olur? Onları başlatmaq üçün nə etmək lazımdır? 

Müəllim şagirdlərin fəal iştirakı ilə bütün fikirləri ümumiləşdirərək aşağıdakı nəticələri çıxarır:  

– Hər bir proqram öz pəncərəsində açılır. Proqram pəncərəsini bütün ekranda, yaxud onun bir hissəsində 

açmaq olar. Pəncərənin ölçülərini dəyişmək üçün pəncərənin yuxarı sağ küncündə olan düymələrdən 

istifadə etmək lazımdır. Pəncərənin ölçünü dəyişdirmək üçün siçanın göstəricisini onun istənilən küncünə 

gətirib, sol düyməsini basıb saxlamaqla, onu hərəkət etdirmək lazımdır (bu zaman siçanın göstəricisi 

formasını dəyişərək ikiuclu ox şəklini alır). Pəncərəni endən sıxmaq üçün göstəricini çərçivənin sol və ya 

sağ  sərhədinə, hündürlüyünü dəyişmək üçün isə yuxarı  və ya aşağı  sərhədinə  gətirmək lazımdır. Eyni 

vaxtda həm enini, həm də hündürlüyünü dəyişmək üçün göstəricini hər hansı küncə  gətirmək lazımdır. 

Pəncərənin yerini dəyişmək üçün göstəricini pəncərənin başlığına gətirib, sol düyməni basılı saxlayaraq 

siçanı hərəkət etdirmək lazımdır. 

Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə 

əldə edilən yeni biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

İş dəftərindəki 1



3-cü çalışmaların yerinə yetirilməsi. 

 

QİYMƏTLƏNDİRMƏ 

 

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 



 

№ Meyarlar 

Yaxşı Orta 

Zəif 


1 Siçanın göstəricisini lazımi obyektin üzərinə aparır 

 

 



 

İş masasında lazımi obyekti seçdirir 



 

 

 



İş masasında lazımi proqramı başladır  

 

 

4 Proqram 



pəncərəsinin ölçüsünü müxtəlif istiqamətlərdə dəyişir  

 

 



İş masasında proqram pəncərəsinin yerini dəyişir  

 

 

Ev tapşırığı.  İş dəftərindəki  4, 5-ci çalışmaların yerinə yetirilməsi. 



 


 

 

75



Dərs 

19

 / Mövzu:



 QOVLUQ 

 

MOTİVASİYA 

Müəllim sinfə müraciət edir: – Ümumi əlaməti olan obyektləri asan tapmaq üçün nə etmək lazımdır? 

(qruplaşdırmaq). Siz kağızda olan fotoşəkillərinizi harada saxlayırsınız? (albomda, qovluqda). 

Qovluqlardan istifadə etmisinizmi? Qovluqlarda daha nə saxlamaq olar?  

Şagirdlərin cavabları dinlənilir. Müəllim növbəti sualı verir: – Kompyuterdə hansı obyektlər var? (şəkillər, 

musiqi, proqramlar və s.)  

– Sizcə, kompyuterdə qovluq yaratmaq olarmı? Ondan hansı məqsədlə istifadə olunur? 

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

 

Tədqiqat sualı: 

Kompyuterin iş masasında yeni qovluğu necə yaratmaq olar və onun əhəmiyyəti 

nədən ibarətdir? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə, yeni informasiyanı şərh edir. Bu zaman o, 

noutbukdan və proyektordan istifadə edərək, dərslikdəki alqoritmləri icra edir və onları şagirdlərə başa salır. 

Tədqiqatı aparmazdan əvvəl müəllim  şagirdlərlə birlikdə kompyuterdə  iş  və  təhlükəsizlik texnikası 

qaydalarını  təkrarlayır. Bunun üçün o, şagirdlərin diqqətini  İş  dəftərinin sonunda verilmiş  şəkillərə  cəlb 

edir. 

Tədqiqat zamanı müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə böyük həssaslıqla yanaşmalıdır. Şagirdlər 



cütlüklərə ayrılıb, kompyuterdə tapşırığı yerinə yetirirlər.  

 

 



Şagirdlər kompyuterdə  işi bitirdikdən sonra müəllimin göstərişi ilə  İş  dəftərinin axırınсı  səhifəsində 

verilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər.  

  

 

DƏRSİN MƏQSƏDİ 

•  iş masasında əsas qovluqları tanımaq; 

•  qovluğun təyinatını sadə nümunələrlə izah etmək; 

•  iş masasında yeni qovluq yaratmaq

•  qovluğu adlandırmaq; 

•  kompyuterdə qovluğu açmaq, onun yerini dəyişmək. 



 

 

Əsas ANLAYIŞLAR   

Qovluq, qovluğun adı, qovluq pəncərəsi, My documents qovluğu 

 

 

Dərsin TİPİ 

Empirik (praktik) 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

 

Bütün siniflə iş, cütlərlə iş 



 

İstifadə olunan  

ÜSULLAR 

 

Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş 



 

Fənlərarası  

İNTEQRASİYA 

 

H-b. – 4.2.3, Tex. – 3.1.4 



 

 

Təchizat 

Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri 



 

 

Proqram təminatı 

Windows əməliyyat sistemi 

Tapşırıq. Aşağıdakı alqoritmləri  yerinə yetirin: 

I.  Dərslikdə “İş masasında qovluq yaratmaq alqoritmi”ndən istifadə edib, yeni qovluq yarat. 

II.  Dərslikdə “İş masasında qovluğun yerinin dəyişdirilməsi alqoritmi”ndən istifadə edərək, 

yaratdığın qovluğu yuxarıdan birinci yerləşdir. 

III.  Yaratdığın qovluğu aç. 

1. Siçanın göstəricisini qovluq simgəsinin üzərinə apar. 

2. Siçanın düyməsini qoşa çıqqıldat. 

IV.  Qovluq pəncərəsini qapat. 

Siçanın göstəricisini pəncərənin sağ yuxarı küncündə  

 düyməsinin üzərinə apar və bas. 

V. 


 “My documents” qovluğunu aç və içində olan qovluqlarla tanış ol.

 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə