Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

 

 

ALT STANDARTLAR ÜZRƏ 



REALLAŞDIRILACAQ BACARIQLAR 

 

2.1.3.   Sadə hərəkət və sadə sxemlərlə təsvir edilmiş hərəkət fəaliyyətini (xətti və dövri) icra edir. 



2.2.1.     “Hamısı”, “heç biri”, “bəzisi” sözləri daxil olan mülahizələr söyləyir.  

2.2.2.     Məqsədəuyğun yolu müəyyənləşdirmək üçün müxtəlif variantlar seçir. 

 

3.1.1.  Kompyuterin əsas qurğularının (klaviatura, maus, monitor, sistem bloku) funksiyalarını  ümumi şəkildə  



şərh edir. 

3.1.2.   Kompyuterin  əsas qurğuları ilə  iş zamanı    tələb olunan ümumi qaydaları  və texniki təhlükəsizlik 

qaydalarını izah edir. 

3.2.1.   Klaviatura və mausla işləmək bacarıqlarını nümayiş etdirir.  

3.2.2.   Kompyuterdə  zəruri  əməliyyatları (proqram pəncərəsinin elementləri ilə  iş,  iş masasında qovluq 

yaratmaq, hesablamalar aparmaq) icra  edir.  

3.2.3.   Əlavə  məlumatlar almaq üçün kompyuterdəki sadə proqramların (kalkulyator, bloknot, sadə qrafik və 

mətn redaktorları, sadə oyunlar) arayış menyusundan istifadə edir. 

3.2.5.   Kompyuterdə sadə öyrədici tipli proqramlarla işləyir. 

3.2.6.   Müvafiq mərhələdə  iş zamanı  texniki təhlükəsizlik qaydalarına riayət edir. 

3.3.1.   Alətlər qutusundakı alətlərdən istifadə bacarığını nümayiş etdirir. 

3.3.2       Rənglər palitrasında rənglərin yeni çalarlarını yaradır. 

3.3.3.   Şəkil çəkilən səhifənin müvafiq parametrlərini müəyyənləşdirir. 

3.3.4.   Müxtəlif  şəkillərin (mozaikalar, naxışlar) çəkilməsində  müvafiq əməliyyatları (fraqmentlər kəsib 

götürmək və ya surətini çıxarmaq) yerinə yetirir. 

3.3.5       Çəkilmiş şəkilləri kompyuterin yaddaşında saxlayır. 

3.3.6       Kompyuterin yaddaşında saxlanılan şəkilləri monitorun ekranına çıxarır və yenidən redaktə edir. 

3.4.1. Yığdığı  və ya hazır mətnlər üzərində müvafiq əməliyyatları (mətnin bir hissəsini  kəsib götürmək, 

surətini çıxarmaq, mətnə  şəkillər daxil etmək, zəruri hallarda müəyyən sözləri tapıb yenisi ilə  əvəz 

etmək) yerinə yetirir. 

3.4.2.   Müxtəlif  mətnlərdən istifadə etməklə yeni mətn (mətnlər) yaradır. 

3.4.3.   Mətn yığılan səhifənin müvafiq parametrlərini müəyyənləşdirir. 

3.4.4.   Sadə formatlaşdırma bacarıqları nümayiş etdirir. 

3.4.5      Hazır olan  mətnləri  kompyuterin yaddaşında saxlayır. 

3.4.6.     Yaddaşdakı hazır mətnləri ekrana çıxarır və yenidən redaktə edir.  

4.1.2. Müvafiq 

mərhələdə istifadə etdiyi kompyuter proqramlarının əhəmiyyətini izah edir. 

TƏDRİS VAHİDİ –



3

KOMPYUTER

 

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ  



SAATLARIN MİQDARI: 

11 saat 

 

QİYMƏTLƏNDİRMƏ: 



2 saat 


 

 

73



Dərs 

18

 / Mövzu:



 KOMPYUTERİN İŞ MASASI

 

 

MOTİVASİYA 

Müəllim 2-ci sinifdə keçilmiş materialları yada salmaq üçün müxtəlif suallar verir: – Proqram nədir? 

(Proqram kompyuter üçün yazılmış alqoritmdir.) Kompyuteri işə salarkən ilkin olaraq monitorun ekranında 

əks olunan təsvir necə adlanır? Nə üçün o, “iş masası” adlanır? İş masasında olan proqramları bir-birindən 

necə fərqləndirmək olar? Onları necə başlatmaq olar? Proqramı başladarkən ilk olaraq nə açılır? (proqram 

pəncərəsi) 

Müəllim şagirdlərlə bu suallar üzrə fikir mübadiləsi aparır. O, növbəti sualla sinfə müraciət edir:  – Proqram 

pəncərəsinin yuxarı sağ küncündə olan üç düymə nə üçündür?  

Müəllim şagirdlərlə birgə proqram pəncərəsinin əsas hissələrinin adını yada salırlar: 

– Pəncərəni böyüdüb-kiçiltmək üçün 

  və ya 


 düymələrindən istifadə olunur. Pəncərəni tapşırıqlar 

zolağına endirmək üçün isə 

 düyməsindən istifadə edilir. Pəncərəni qapatmaq üçün 

 düyməsi 

nəzərdə tutulub. Bəzən proqramda rahat işləmək üçün proqram pəncərəsinin ölçüsünü dəyişmək lazım gəlir.  

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

 

Tədqiqat sualı: 

Proqram pəncərəsinin ölçüsünü və yerini necə dəyişmək olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə, yeni informasiyanı şərh edir. Bu zaman o, 

noutbukdan və proyektordan istifadə edərək,  şagirdlərə  iş masasında bəzi  əməliyyatları nümayiş etdirir. 

Bunun üçün Paint və ya WordPad proqramlarından biri başladıla bilər. Müəllim  şagirdlərə  dərslikdə 

verilmiş  İş masasında pəncərənin yerinin dəyişdirilməsi alqoritmini icra edərək şərh edir. Sonra müəllim 

Pəncərənin ölçüsünün dəyişdirilməsi alqoritmini  proyektor vasitəsilə şərh edir.  

Tədqiqat işinə başlamazdan  əvvəl müəllim  şagirdlərlə kompyuterdə  iş  və  təhlükəsizlik  qaydalarını 

təkrarlayır. Bu zaman o, şagirdlərin diqqətini İş dəftərinin sonunda verilmiş şəkillərə cəlb edir.  

Müəllim  şagirdləri cütlüklərə ayırır. Tədqiqat zamanı müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə 

böyük həssaslıqla yanaşmalıdır. Hər cütlük bir kompyuter qarşısında  əyləşib aşağıdakı tapşırıqları yerinə 

yetirir. 



Tapşırıq: 

1.  İş masasında hər hansı proqram simgəsini seçdir. 

2.  Siçanı qoşa çıqqıldatmaqla proqramı başlat. 

3.  Dərslikdəki alqoritmdən istifadə edib, pəncərənin ölçüsünü kiçilt. 

4.  Proqram pəncərəsini iş masasının aşağı sağ küncündə yerləşdir.  

DƏRSİN MƏQSƏDİ 

•  iş masasında lazım olan obyekti müəyyən etmək; 

•  siçanın  göstəricisi ilə iş masasında obyekti seçdirmək; 

•  siçanın göstəricisi ilə proqram pəncərəsini açmaq

•  proqram pəncərəsi elementlərinin funksiyalarını izah etmək; 

•  proqram pəncərəsinin ölçülərini dəyişmək. 



 

 

Əsas ANLAYIŞLAR   

Proqram, iş masası, START düyməsi, tapşırıqlar zolağı, proqram pəncərəsi, menyu, baş 

menyu 


 

 

Dərsin TİPİ 

Empirik (praktik) 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

 

Bütün siniflə iş, cütlərlə iş 



 

İstifadə olunan  

ÜSULLAR 

 

Müsahibə, kompyuterdə praktik iş 



 

Fənlərarası  

İNTEQRASİYA 

H-b. – 4.2.3, Tex. – 3.1.4 



 

 

Təchizat 

Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri 



 

 

Proqram təminatı 

Windows əməliyyat sistemi 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə