Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə39/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   32   33   34   35   36   37   38   39   40

 

88

YARADICI TƏTBİQETMƏ  

İş dəftərindəki  2 və 3-cü çalışmaların yerinə yetirilməsi. 

 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 

 

№ Meyarlar 



Qiymət (+ və ya –) 

1 Mətnin hissələrini seçdirir 

 

2 Yığılmış mətni tam seçdirir 



 

3 Copy-Paste 

komandalarının mənasını izah edir 

 

4 Mətnin hissəsinin surətini ala bilir 



 

5 Mətnin hissəsini bir yerdən digər yerə aparır  

 Ümumi: 

 

Ev tapşırığı. İş dəftərindəki  4 və 5-ci çalışmaların yerinə yetirilməsi. 

 

 

Dərs 


26

 / Mövzu:

 MƏTNƏ ŞƏKLİN ƏLAVƏ EDİLMƏSİ 

 

MOTİVASİYA 

Müəllim sinfə suallarla müraciət edir:  

– Hansı kitablara baxmaq daha maraqlıdır: şəkilli, yoxsa şəkilsiz?  

– Kitabda şəkillər bizə nə üçün lazımdır?   

– Kitablar, jurnallar və digər çap məhsulları nədə hazırlanır? (kompyuterdə) 

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

Tədqiqat sualı: 

Kompyuterdə yığılmış mətnə şəkli necə əlavə etmək olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək,  şagirdlərin fəal iştirakı ilə “Mətnə  şəklin daxil edilməsi” alqoritmini 

şərh edir. Tədqiqatı aparmaq üçün şagirdlər cütlüklərə ayrılırlar və kompyuterin qarşısında  əyləşirlər. 

Müəllim  şagirdlərlə kompyuterdə  iş  və texniki təhlükəsizlik qaydalarını  təkrarlayır. Tədqiqat zamanı 

müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə böyük  həssaslıqla yanaşmalıdır.  

Şagirdlərin kompyuterdə azərbaycanca mətn yığa bilmələri üçün müəllim qabaqcadan klaviaturanı Azər-

baycan əlifbasına keçirməlidir. 

DƏRSİN MƏQSƏDİ 

•  yazılmış sadə mətni formatlaşdırmaq; 

•  müxtəlif proqram pəncərələrini iş masasında yanaşı qoymaq; 

•  bir proqram pəncərəsindən digərinə keçmək

•  Copy-Paste komandalarının köməyi ilə mətnə şəkil əlavə etmək. 

 

 

Əsas ANLAYIŞLAR   

Mətn redaktoru, şriftin ölçüsü, rəngi, yazının üslubu, menyu sətri   

 

 

Dərsin TİPİ 

Empirik (praktik) 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

 

Bütün siniflə iş, cütlüklərlə iş 



 

İstifadə olunan  

ÜSULLAR 

 

Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş 



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, H-b. – 4.2.1, X-d. – 4.1.1, 4.1.2 



 

 

Təchizat 

Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri 



 

 

Proqram təminatı 

WordPad mətn redaktoru 



 

 

89



 

Şagirdlər kompyuterdə  işi bitirdikdən sonra müəllimin göstərişi ilə  İş  dəftərinin axırıncı  səhifəsində 

verilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər.

 

 



 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim tədqiqat zamanı şagirdlərin işlərinə baxış keçirir və işin sonunda suallar verir:  – Hansı mətn daha 

yaxşı görünür: şəkilli, yoxsa şəkilsiz? Mətnin sözlərinə necə bəzək vermək olar? Şəkli necə çəkdiniz? Şəkli 

mətnə necə daxil etdiniz? Şəkli mətnə əlavə edəndə nəyi nəzərə almaq lazımdır? (mövzuya uyğunluğunu) 

Bu mətnə daha hansı  şəkilləri  əlavə etmək olardı? (ananızın sevdiyi şəkli, ona hədiyyə etmək istədiyin 

əşyanın şəkli və s.) Şəklin ölçülərini necə dəyişdirdiniz? 



 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim sinfə suallar verir: – Kompyuterdə  yığılmış  mətnə  şəkli nə üçün daxil edirlər? WordPad 

proqramında yığılmış mətnə şəkli necə daxil edirlər? 

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib onların fəal iştirakı ilə nəticələr çıxarır: 

– Ancaq mətndən ibarət olan səhifələri oxumaq darıxdırıcıdır. Mətni daha anlaşıqlı etmək üçün mətnlərə 

şəkillər daxil edilir. Paint proqramında çəkilmiş  şəkli WordPad proqramında yığılmış  mətnə  əlavə etmək 

üçün dərslikdəki alqoritmi icra etmək lazımdır.  

Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə 

əldə edilən yeni biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

İş dəftərindəki  1 və 4-cü çalışmaların yerinə yetirilməsi.



  

 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 

 

№ Meyarlar 



Qiymət  (+ və ya –) 

1 Mətndə hərflərin ölçülərini, rəngini dəyişə bilir 

 

2 Paint 


proqramında alətlərdən istifadə edib, şəkli çəkə bilir 

 



Alətlər zolağında 

 düyməsini tanıyır 

 



Şəklin surətini ala bilir 



 

Şəkli mətnə daxil edə bilir 



 

6 Copy-Paste 

komandalarından istifadə edə bilir 

 

 Ümumi: 



 

Ev tapşırığı. İş dəftərindəki  2 və 3-cü çalışmaların yerinə yetirilməsi.

 

 



 

Tapşırıq:  

Dərslikdə verilmiş açıqcanı öz adından yaz. Paint proqramında çiçək şəkli çəkib, mətnə əlavə et.  




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə