Microsoft Word girish-3 cap ucun 1-16


MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə36/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   32   33   34   35   36   37   38   39   40

 

82

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim tədqiqat zamanı şagirdlərin işlərinə baxış keçirir və işin sonunda suallar verir: 

– Birinci çevrəni hansı alətlə  çəkdiniz?  İçini hansı alətlə  rənglədiniz? Onun yerini necə  dəyişdiniz? Onu 

necə sildiniz? Dairənin içinin rəngini başqa rəngə necə dəyişmək olar? Şəklin fraqmentini pozan aləti ilə

yoxsa seçdirmə aləti ilə pozmaq daha rahatdır? Hansı halda pozandan istifadə etmək daha münasibdir? 

(daha kiçik hissələri pozmaq üçün)  

Şagirdlərin cavabları dinlənilir. 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim şagirdlərə suallar verir:  

– Şəklin bir hissəsini necə seçdirmək olar? Seçilmiş hissə ilə hansı işlər görmək olar? 

Müəllim  şagirdlərin cavablarını ümumiləşdirib, onların fəal iştirakı ilə  nəticələr çıxarır. Bu zaman o

proyektordan istifadə edə bilər.  

– Paint proqramında şəklin özünün və ya fraqmentinin yerini dəyişmək, onu silmək və ya çoxaltmaq üçün 

seçdirmə alətindən istifadə olunur. Seçdirmə alətindən istifadə etmək üçün siçanın göstəricisini 

 

alətinin üzərinə aparıb, sol düyməni çıqqıldatmaq lazımdır.  İş sahəsində lazımi fraqmenti tapıb, sol 



düyməni basılı saxlayaraq, onu çərçivəyə almaq və düyməni buraxmaq lazımdır. Seçilmiş fraqmenti 

istədiyiniz yerə aparıb qoymaq, silmək, çoxaltmaq olar. Bu aləti sazlamaq üçün alətlər qutusunun 

aşağısında iki şəkildən birini seçmək lazımdır. Birinci variantda fraqment fon ilə kəsiləcək, ikincisində isə 

fonsuz. 


       

    


 

    


  

 

Seçdirmə alətindən istifadə etməklə, maraqlı  şəkillər və mozaikalar çəkmək olar. Bunun üçün  



klavişindən istifadə etmək işi çox asanlaşdırır. Müəllim dərslikdəki uyğun alqoritmi izah edə bilər.  

Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə 

əldə edilən yeni biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

İş dəftərindəki  1

3-cü çalışmaların yerinə yetirilməsi. 



 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 

 

№ Meyarlar 



Qiymət 

(+ və ya –) 

1 Seçdirmə alətini tanıyır  

Şəklin fraqmentini  seçir 



 

Şəkil fraqmentinin yerini dəyişir  



Şəkil fraqmentini silə bilir 

 



Şəkil fraqmentini çoxalda bilir 



 

 Ümumi: 


 

Ev tapşırığı.  İş dəftərindəki  4 və 5-ci çalışmaların yerinə yetirilməsi.

 

 

 



 

Şəklin fraqmentini fon qarışıq kəsmək 

Şəklin fraqmentini fonsuz kəsmək 



 

 

83



Dərs 

23

 / Mövzu:



 ŞƏKİLLƏRİN KOMPYUTERDƏ SAXLANILMASI 

 

MOTİVASİYA 

Müəllim sinfə  aşağıdakı suallarla müraciət edir: – Təsviri incəsənət dərslərində  çəkilmiş  rəsmləri harada 

saxlayırsınız? Nə üçün şəkilləri ayrı-ayrı vərəqlərdə deyil, rəsm albomlarında çəkirsiniz? İnsanlar nə üçün 

şəkilləri, fotoşəkilləri bir yerdə saxlayırlar? Kompyuterdə şəkillər harada saxlanıla bilər?  Lövhədə tədqiqat 

sualı və şagirdlərin fərziyyələri yazılır. 



Tədqiqat sualı: 

1.

 

Kompyuterdə şəkilləri nə üçün saxlayırlar?  

                           2. Şəkillərin saxlanmasının hansı üstünlükləri var?  

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək,  şagirdlərin fəal iştirakı ilə, “Şəklin kompyuterdə saxlanılması”, 

“Saxlanılmış şəklin açılması”, “Şəklin iş masasında yerləşdirilməsi” alqoritmlərini şərh edir. Bu zaman o, 

proyektordan istifadə etməklə, şəklin açılması, dəyişdirilməsi, saxlanması və iş masasında yerləşdirilməsini 

şagirdlərə izah edir. Müəllim şagirdləri cütlüklərə ayırır. Tədqiqat zamanı müəllim xüsusi qayğıya ehtiyacı 

olan  şagirdlərə  həssaslıqla yanaşmalıdır. Sonra müəllim  şagirdlərlə kompyuterdə  iş  və  təhlükəsizlik qay-

dalarını təkrarlayır. Bu zaman o, şagirdlərin diqqətini İş dəftərinin sonunda verilmiş şəkillərə cəlb edir. 

Hər cütlük bir kompyuter qarşısında əyləşib, İş dəftərindəki 1-ci tapşırığı yerinə yetirir.  

Sonda hamının ekranlarında kompyuterin yaddaşında saxlanmış şəkil əks olunmalıdır. 

Şagirdlər kompyuterdə  işi bitirdikdən sonra müəllimin göstərişi ilə  İş  dəftərinin axırınсı  səhifəsində ve-

rilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər.  

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim tədqiqat zamanı şagirdlərin işlərinə baxış keçirir və işin sonunda suallar verir: 

– Şəkli çəkmək üçün hansı alətlərdən istifadə etmək lazımdır? Eyni gülləri, evləri necə çəkdiniz? Bu gün 

kompyuterdə  çəkdiyiniz  şəklə sabah baxa bilərsinizmi?  Şəkli kompyuterdə necə saxladınız?  Şəkli 

kompyuterdə saxlayarkən niyə qovluqdan istifadə etdiniz? 

 

DƏRSİN MƏQSƏDİ   

•  şəkli kompyuterin yaddaşında saxlamaq 

•  saxlanılmış şəkli açmaq 

•  yaddaşda saxlanılmış şəkildə dəyişikliklər etmək 

•  şəkli iş masasında yerləşdirmək 

•  Paint proqramında arayış menyusunun məqsədini izah etmək 

 

 

Əsas ANLAYIŞLAR   

Menyu zolağı, File-Save komandası, File-Open komandası, qovluq, My pictures 

qovluğu 


 

 

Dərsin TİPİ 

Empirik (praktik) 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

 

Bütün siniflə iş, cütlüklərlə iş 



 

İstifadə olunan  

ÜSULLAR 

 

Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş 



 

Fənlərarası  

İNTEQRASİYA 

 

H-b. – 4.2.1, T-i. – 2.2.1, 2.2.2,  2.2.3, Tex. – 4.1.1, 4.1.2 



 

 

Təchizat 

Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri 



 

 

Proqram təminatı 

Paint qrafik redaktoru 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə