__________________________________________
386
edir. Məsələn, mən Tbilisidə olarkən prezident Şevardnadze ilə
görüşdüm və gördüm ki, o da bu məsələdən olduqca narahatdır
O, belə bir fikir söylədi ki, bu cür işlərə, terror aktlarına əl
atanlar buna yenidən qayıda bilərlər, bu işi sonsuz davam etdirə
bilərlər. Bir halda ki, bu hadisəbr sizin qonşuluğunuzda olan
ölkədə baş verir, xahiş edirəm, öz fıkrinizi, münasibətinizi
bildirəsiniz.
Heydər Əliyev: Şimali Qafqazda və konkret olaraq indi
Dağıstanın ərazisində gedən prosesbr, yəni terror aktları,
Dağıstanın ərazisinə soxulmuş quldurlar bizi çox narahat edir.
Bizim Rusiya ilə sərhədimiz Dağıstandan keçir. Dağıstan isə
Rusiyanın tərkibində bir respublikadır, yəni Rusiya
Federasiyasının bir subyektidir. Biz həmişə hər bir ölkənin ərazi
bütövlüyünün təmin edilməsinin tərəfdarı olmuşuq və bu gün də
Rusiyanın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarı kimi
çıxış edirik. Ona görə də biz hesab edirik ki, Dağıstan Rusiyanın
ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olmalıdır. Rusiyanın
hakimiyyəti Dağıstanda bundan sonra da davam etməlidir.
Belə döyüşlər, terror aktları, bu cür çox qorxulu partlayışlar
və sairə hər bir ölkə üçün təhlükəlidir. Biz məsafəcə Dağıstana
çox yaxın olduğumuza görə bundan çox narahatıq.
Bir də bilməlisiniz ki, Dağıstanda təxminən 120-130 min
azərbaycanlı yaşayır. Dağıstanla Azərbaycan arasında belə bir
vəziyyət var ki, Dağıstanda olan ləzgilərdən Azərbaycanda da
yaşayanlar çoxdur. Azərbaycanda avarlar da çoxdur və
Dağıstanın başqa etnik qruplarından da Azərbaycanda var. Ona
görə də bunlar hamısı tarixən həmişə bizi bır-birimizə
bağlayıbdır.
Dağıstan bizim üçün dost ölkədir. Şübhəsiz ki, Rusiyanın
ayrılmaz bir hissəsi olaraq. Bir arzu edirik ki, tezliklə Rusiya
federal qüvvələri və Dağıstanın öz qüvvələri Dağıstanda
__________________________________________
387
gedən bu proseslərə son qoysunlar, orada sabitliyi, əmin-
amanlığı təmin etsinlər.
Mətbuatda verilən məlumatlardan demək istəyirəm ki, orada
guya islam ekstremistləri, guya mürtəcə siyasət həyata keçirmək
istəyənlər, başqaları - onlar şübhəsiz ki, Dağıstana heç vaxt
xeyir gətirə bilməzlər. Dağıstan xalqiarının hamısı islam dininə
itaət edirlər. Amma islam dini heç vaxt nə terrorizmin, nə də
ekstremizmin tərəfdarı olmayıbdır. Hesab edirəm ki, o
terroristlər sadəcə, insanların hissiyyatlarından istifadə edirlər.
Rusiyadakı partlayışlar, şübhəsiz ki, çox qeyri-adi bir haldır.
Rusiyanın, yaxud keçmiş Sovet İttifaqının tarixinə nəzər
salsanız mən belə şeybr xatırlaya bilmirəm. Mən bunu xatırlaya
bilmirəm. Çünki hər-halda o dövrün böyük bir hissəsi mənim
gözümün qarşısında olubdur. Bir də biz kitabları da oxuyuruq,
tarixi oxuyuruq. 20-ci illərdən bu tərəfə mən Rusiyanın
ərazisində belə partlayışlar olduğunu görməmişdim,
eşitməmişdim. Bizim arzumuz odur ki, Rusiyanın hökuməti,
Rusiyanın hakimiyyəti tezliklə bu hadisələrə son qoysun, onların
qarşısını alsın. Cinayətkarlar yaxalansın, cəzalansın və
ümumiyyətlə, Rusiyada ictimai-siyasi sabitlik təmin olunsun.
Rusiya bizim üçün dost ölkədir. Rusiya ilə bizim geniş
əlaqələrimiz vardır və istəyirik ki, Rusiyada, o cümlədən
Rusiyanın böyük bir hissəsi olan Şimali Qafqazda sülh olsun,
əmin-amanlıq olsun, sabitlik olsun.
Görürəm, daha sualınız yoxdur. Sağ olun.
__________________________________________
388
«MUSİQİNİN BÖYÜK İPƏK YOLU»
BİRİNCİ BAKI KLASSİK
MUSİQİ FESTİVALINA
Hörmətli festival iştirakçıları! Sizi - müstəqil Azərbaycanın
paytaxtı Bakı şəhərində təşkil olunmuş klassik musiqi
festivalının iştirakçılarını səmimi-qəlbdən salamlayıram.
Musiqi ayrı-ayrı dillərdə danışan, müxtəlif inkişaf yolları
keçmiş, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik
xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsidir. O,
hər bir ölkədə xalqın mənəvi aləminin parlaq ifadəsi olmaqla
onun dünyada tanınmasında, beynəlxalq
əiaqələrinin
genişlənməsində mühüm rol oynayır. Sizin festivalınız da bu ali
məqsədə xidmət edir.
Sevindirici haldır ki, siyasətçilərin və iqtisadçıların üçüncü
minillik üçün xüsusi əhəmiyyət kəsb edən tarixi İpək yolunun
bərpası ilə bağlı səylərinə bu gün sənət adamları da qoşulurlar.
Böyük Britaniyadan Yaponiyaya qədər tarixi İpək yolu
ölkələrini təmsil edən görkəmli müsiqiçilərin birgə səyləri ilə
qədim Azərbaycan torpağında həyata keçirilən bu tədbir
mədəniyyətin yüksək humanist ideallarının təntənəsini,
Azərbaycanın sülhə, dostluğa və əməkdaşlığa həmişə hazır
olduğunu nümayiş etdirir.
Festivalınızın keçirilməsi respublikamızda artıq ənənəyə
çevrilmiş Üzeyir musiqi gününə təsadüf edir. Bu gün musiqi
mədəniyyətimizin ən görkəmli simalarından biri Üzeyir bəy
Hacıbəyovun xatirəsini anma günüdür. XX əsrin əvvəllərində
Azərbaycan milli musiqisinin dünya professional musiqı sənəti
ilə qovuşması yolunda misilsiz xidmətlər göstərmiş bu dahi
Azərbaycan bəstəkarının nə dərəcədə uzaqgörən, onun
__________________________________________
389
sənət aləmində seçdiyi yolun nə dərəcədə doğru olduğunun əsrin
sonunda bir daha şahidi oluruq. Bu, Uzeyir dühasının
təntənəsidir. Bu günlərdə biz müstəqil Azərbaycan
Respublikasının öz neft sərvətlərindən səmərəli istifadə edilməsi
yolunda müstəsna əhəmiyyəti olan «Əsrin müqaviləsi»nin
imzalanmasının beşinci ildönümünü də təntənəli surətdə qeyd
edirik. Bu iki hadisənin bir-biri ilə rəmzi bağlılığı vardır.
Azərbaycanda XX əsrin əvvəlində neft sənayesinin sürətlə
inkişaf etməsi bütün sahələrdə olduğu kimi, musiqi mədəniyyəti
sahəsində də böyük irəliləyişə səbəb olmuşdur. Əslində, ilk
nəzərdən bir-biri ilə heç bir əlaqəsi olmayan «neft» və «musiqi»
məfhumlarının belə qarşılıqlı təsiri ölkəmizin iqti-sadi, elmi və
mədəni inkişafında böyük rol oynamışdır.
İnanıram ki, XXI əsrin astanasında keçirilən bu əsl musiqi
bayramı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə ifaçılıq
sənətinin sürətlə inkişafına təkan verəcək, xalqlarımızın daha da
yaxınlaşmasına xidmət edəcəkdir.
Festivalımza böyük uğurlar arzulayıram, hər birinizə
möhkəm cansağlığı, xoşbəxtlik və sənət yollarında yeni-yeni
nailiyyətlər diləyirəm.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 sentyabr 1999-cu il
Dostları ilə paylaş: |