__________________________________________
390
ATƏT-in HAZIRKI SƏDRİ, NORVEÇİN
XARİCİ İŞLƏR NAZİRİ KNUT
VOLLEBEK İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
18 sentyabr 1999-cu il
Heydər Əliyev: Hörmətli
cənab nazir, hörmətli cənab sədr!
Mən sizi və sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə
heyətinizi səmimi-qəlbdən salamlayıram və deyirəm ki,
Azərbaycana xoş gəlmisiniz!
Biz sizi qəbul edərkən bir neçə hisslər keçiririk. Birincisi, biz
ATƏT ilə artıq çox illərdir ki, əməkdaşlıq edirik və ATƏT-in
nümayəndələri, xüsusən bu beynəlxalq təşkilatın sədri ilə
görüşməyimiz həmişə bizim üçün əlamətdar hadisə olubdur.
Məlumdur ki, Azərbaycan üçün ən ağır, böyük, çətin problem
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həll edilməsi ATƏT-in və ATƏT tərəfindən
yaradılmış Minsk qrupunun üzərinə qoyulmuşdur. Ona görə də
biz ATƏT-in indi fəaliyyətdə olan sədri kimi sizi bölgədə və
xüsusən Azərbaycanda səbirsizliklə gözləyirdik. Təşəkkür
edirəm ki, gəlmisiniz.
Siz eyni zamanda Norveçin xarici işlər nazirisiniz. Bilirəm ki,
nümayəndə heyətinizdə Norveç ölkəsinin iş adamları və başqa
rəsmi nümayəndələri də vardır. Norveç ilə Azərbaycan arasında
çox geniş əməkdaşlıq mövcuddur. Biz sentyabrın 20-də 5 il
bundan əvvəl imzalanmış böyük neft müqaviləsinin -
__________________________________________
391
«Əsrin müqaviləsi»nin 5 illiyini qeyd edəcəyəyik. Bu
müqavilənin əsasını qoyanlardan biri də Norveçin «Statoyl»
şirkətidir. Məmnuniyyətlə deyə bilərəm ki, müqavilənin həyata
keçirilməsində Norveçin başqa şirkətləri də çox fəal iştirak
ediblər. Buna görə biz sizi Norveçin xarici işlər naziri kimi də
qəbul edirik və hesab edirəm ki, bu sahədə də bizim danışılası
sözlərimiz vardır.
Beləliklə, indi biz çox geniş danışıqlar apara bilərik. Hansı
məsələlərin müzakirəsinə başlamaq imkanını mən sizə verirəm.
Buyurun.
Knut Vollebek: Cənab
prezident,
çox sağ olun ki, məni və
məni müşayiət edən böyük nümayəndə heyətini belə nəvazişlə
qarşılayırsınız.
Mən çox şadam ki, bu, ATƏT sədrinin bu bölgəyə birinci
səfəridir. Üzr istəyirəm ki, bu səfəri bir qədər əvvəl həyata
keçirməyə imkanım olmadı, buna vaxt imkan vermədi. İndi isə
imkan olduğuna görə buradayam.
Lakin bir halda ki, Siz məni həm də Norveçin xarici işlər
naziri kimi qarşılayırsınız, ölkələrimizin ikitərəfli münasibətləri
haqqında da bir neçə kəlmə demək istəyirəm. Hər şeydən əvvəl,
Norveç kralının Sizə böyük salamları vardır. O, Sizin Norveçə
1996-cı ildəki rəsmi səfərinizi yaxşı xatırlayır. Ümumiyyətlə,
Norveçin son illər əlaqələrini bu cür inkişaf etdirdiyi ölkələrin
sayı azdır.
Cənab prezident, Siz doğru dediniz ki, bu əməkdaşlığın
əsasını Norveçin dövlət neft şirkəti olan «Statoyl» qoymuşdur.
Bu əməkdaşlığı Norveçin digər şirkətləri davam etdirmişlər.
Lakin xoşbəxtlikdən, neft sahəsində başlanmış bu əməkdaşlıq
digər sahələri də əhatə edir.
Cənab prezident, yəqin Siz Norveçin Baş nazirinin
məktubunu almısınız. O, «Əsrin müqaviləsi»nin 5-ci ildönümü
münasibətilə sentyabrın 20-də keçirəcəyiniz təntənəli mərasimlə
əlaqədar Sizə məktub göndərmişdir.
__________________________________________
392
Bu gün mən qaçqınların məskunlaşdığı düşərgədə oldum.
Gördüm ki, Norveçin Qaçqınlar şurası orada çox fəal işləyir və
sizin ölkənin rəsmi şəxsləri ilə sıx əməkdaşlıq edir. Bu da
Norveçin qeyri-dövlət təşkilatları ilə sizin ölkənin rəsmi
dairələri arasındakı yaxşı münasibətlərin nümunəsidir.
Cənab prezident, mən Azərbaycanın xarici işlər naziri ilə də
görüşmüşəm. Biz onunla birlikdə nahar da etmişik. Biz günorta
vaxtı kukla teatrına da getdik, bir tamaşaya da baxdıq. Orada
Azərbaycan və Norveç müsiqisinə qulaq asdıq. Qaçqın uşaqları
xorla mahnılar oxuyurdular. Bu, teatrlaşdırılmış çox möhtəşəm
bir tamaşa idi. Tamaşanın ortasında «Vikinq» gəmisi səhnəyə
çıxarıldı. Gəminin üzərində həm Norveç, həm də Azərbaycan
bayraqları var idi.
Mənə elə gəlir ki, biz yaranmış bu cür ikitərəfli münasibətləri
gələcəkdə də davam etdirməliyik. Azərbaycanın Baş naziri
bizim dəvətimizi qəbul etmişdir. Elə bilirəm ki, o, lap yaxın
vaxtlarda Norveçə səfər edəcəkdir. Biz sizin ölkənin xarici işlər
nazirini gələn il Norveçdə gözləyəcəyik.
Məlumdur ki, mən buraya ilk növbədə ATƏT-in hazırkı sədri
kimi gəlmişəm. Əlbəttə ki, bir sədr kimi məni Qafqazda olan
vəziyyət çox narahat edir. Ermənistan ilə Azərbaycan arasında
hazırda müharibə getməməsinə baxmayaraq, müharibənin
qalıqları kimi hər iki tərəfdən qaçqınlar vardır. Bu, eyni
zamanda qaçqınların çətin şəraitdə yaşaması və münaqişənin
törətdiyi problemlər bizi narahat edir. Müharibədən sonra
yaranmış vəziyyət adi adamların da həyatım çətinləşdirmişdir.
Ona görə də elə bilirəm ki, ümumiyyətlə, bu bölgədə sülh
prosesinə təhlükə vardır.
Cənab prezident, Sizinlə Vaşinqtondakı görüşümüzü çox
böyük məmnuniyyətlə xatırlayıram. Həmin görüş çox gözəl
şəraitdə keçdi. Bu görüşdə xarici işlər nazirləri ilə yanaşı,
Gürcüstanın və Ermənistanın prezidentləri də iştirak edırdilər.
Həmin görüşdə ümumiyyətlə, münaqişənin həlli istiqa-