__________________________________________
415
Mən
bəyan edirəm ki, biz Ermənistan-Azərbaycan
münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olacağıq,
yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz doğma
torpaqlarına, evlərinə qayıdacaq, Azərbaycanın ərazi bütövlüyü
təmin olunacaqdır.
Beləliklə, Azərbaycan dövlətinin neft strategiyası artıq öz
müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə
Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil
edən amillərdən biridir.
Mən qeyd etdim ki, bizim gördüyümüz işlər gələcəyə
yönəlıbdir. Biz bu işlərin gözəl nəticələrini ilbəil əldə edəcəyik
və xalqımız bunu hiss edəcəkdir. Ancaq bizim bugünkü
nəsillərin borcu, o cümlədən Azərbaycan prezidenti kimi mənim
borcum ondan ibarətdir ki, Azərbaycanda dövlət quruculuğu o
qədər möhkəmlənsin, Azərbaycan dövləti o qədər qüdrətlənsin
ki, ölkəmiz daim müstəqil ola bilsin. Bizim borcumuz ondan
ibarətdir ki, gələcək nəsillərin azad, sərbəst, firavan həyat
yaratmasının əsasını qoyaq. Biz bunları edirik və «Əsrin
müqaviləsi»ndən, digər müqavilələrdən əldə olunan böyük
gəlirlər, sərvətlər Azərbaycan xalqının gələcək nəsillərinin
firavan yaşaması üçün əsas yaradır. Bu, bizim onların qarşısında
olan borcumuzun yerinə yetirilməsidir.
Azərbaycan sülhsevər dövlətdir. Azərbaycan həm ölkədə,
həm bölgədə, həm də dünyada sülh istəyir. Ona görə də biz
Qafqazda, dünyada sülh istəyirik. Əminəm ki, biz sülhə, əmin-
amanlığa nail olacağıq. Hamımızın arzusu ondan ibarətdir ki,
Azərbaycan bundan sonra da sülh, əmin-amanlıq, rahatlıq
şəraitində yaşasın.
Mən Azərbaycan dövlətinə, xalqına, millətinə gələcək uğurlar
arzulayıram. Tam əminəm ki, bizim bu gün gördüyümüz işlər
Azərbaycanı günü-gündən irəliyə aparacaq, Azərbaycanın
bayrağını yüksəldəcək, yüksəldəcək, yüksəldəcək!
__________________________________________
416
QEYDLƏR
1. Süleyman Dəmirəl (d.l924) - Türkiyənin görkəmli siyasi, ictimai və
dövlət xadimi. Yeddi dəfə hökumətə başçılıq etmiş, 1993-2000-ci illərdə
Türkiyə Respublikasının prezidenti olmuşdur. Süleyman Dəmirəlin siyasi
fəaliyyətinin mənasını Türkiyəni iqtisadi cəhətdən dinamik inkişaf edən,
demokratik dəyərlərə əsaslanan, Avropa ilə qovuşan bir dövlətə çevirmək
əzmi təşkil etmişdir. Yeni türk dövlətləri ilə münasibətlərin, xüsusilə
Azərbaycanla əlaqələrin genişlənməsi və möhkəmlənməsi Süleyman
Dəmirəlin diqqət mərkəzində olmuşdur. Süleyman Dəmirəl: “Türkiyə həmişə
Azərbaycanın yanındadır, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir,
onun inkişaf etməsi üçün əlindən gələn hər bir yardımı göstərmişdir və
göstərməkdə də davam edəcəkdir” kəlamına əbədi sadiq dövlət xadimidir.
S.Dəmirəl Türkiyə-Azərbaycan, xalqlarımız və dövlətlərimiz arasında
sarsılmaz dostluq münasibətlərinə xüsusi diqqət göstərdiyinə görə
Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilmişdir. - 6, 31,
190, 192, 218, 220, 372, 410.
2. Azərbaycan Xalq Cəbhəsi (AXC) - ictimai-siyasi təşkilat. 1989-cu
ildə təsis konfransı keçirilmiş, Proqram və Nizamnaməsi qəbul olunmuşdur.
1999-cu il iyulun 25-də keçirilmiş qurultayının qərarı ilə Azərbaycan Xalq
Cəbhəsi Partiyası adlandırılmışdır. - 6.
3. Naxçıvan - Azərbaycan Respublikasında şəhər. Naxçıvan Muxtar
Respublikasının paytaxtı. Ərazisi 0,013 min km
2
, əhalisi 67 min nəfərdən
çoxdur. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan
qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir.
Naxçıvan e.ə. IX-VI əsrlərdə qədim Manna və Midiyanın, eramızın
əvvəllərində isə Albaniyanın tərkibində, IV əsrdən Sasanilərin tərkibində
olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işğal edirlər. 1828-ci il
Türkmənçay müqaviləsinə qədər Naxçıvan müxtəlif dövlətlərin nüfuz
dairəsində olur. Məhz bu ildən Naxçıvan Rusiya
__________________________________________
417
imperiyasına birləşdirildi və qəza mərkəzinə çevrildi. Naxçıvan 1924-cü il
fevralın 9-da Naxçıvan MSSR təşkil edilərkən respublikanın paytaxtı oldu. -
6, 17, 83, 113, 118, 119, 123, 124, 125, 126, 131, 132, 133, 134, 135, 136,
167, 168, 169, 172, 173, 174, 177, 229, 230, 266, 367.
4. Müsavat
partiyası - 1911-ci ildə Bakıda yaranıb. 1920-ci ildə
Bakıda fəaliyyəti qadağan edilib. 1992-ci ildən yenidən fəaliyyətə başlayıb.-
6, 87.
5. Fransa,
Fransa Respublikası - Qərbi Avropada dövlət. Sahəsi 551
min km
2
, əhalisi 58,4 milyon nəfərdir. İnzibati cəhətdən 95 departamentə
bölünür. Qanunverici hakimiyyəti iki palatadan (Milli Məclis və Senat)
ibarət
parlament həyata keçirir. İcra hakimiyyəti prezident və Nazirlər Şurasına
məxsusdur. Paytaxtı Paris şəhəridir. - 21-23, 36, 44-58, 99, 156, 271, 273,
288, 290, 294, 295, 306, 334, 357, 361, 369, 370, 371, 379, 380, 381, 383,
395, 402.
6. Amerika
Birləşmiş Ştatları (ABŞ) - Şimali Amerikada dövlət.
Şimaldan Kanada, cənubdan Meksika, şərqdən Atlantik okeanı və qərbdən
Sakit okeanla əhatə olunur. Ərazisi 9,14 milyon km
2
, əhalisi 280 milyon
nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştata bölünür. Ali qanunvericilik orqanı
iki palatalı (Nümayəndələr palatası və Senat) ABŞ Konqresidir. Dövlət
başçısı prezidentdir. Paytaxtı Vaşinqton şəhəridir. - 6, 24-27, 34-37, 46, 51,
55, 72, 79, 80, 81, 91, 93, 95, 96, 98, 100, 140, 141, 156, 180, 193-198, 270-
279, 288, 290, 291, 294, 295, 306, 336, 357, 360-373, 380, 381, 395, 402,
404.
7. Böyük
Britaniya,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı - Qərbi Avropada dövlət.
B.Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi, Anqlsi, Uayt,
Normand, Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik adalardan
ibarətdir. Sahəsi 244,1 min km
2
, əhalisi 58,8 milyon nəfərdir. İnzibati
cəhətdən qraflıqlara və qraflıq hüququnda olan şəhərlərə bölünür. Böyük
London xüsusi inzibati vahiddir.
B.Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəridir. - 6, 50,
143, 181, 230, 361, 388, 410.