__________________________________________
421
lika Komitəsinin sədri, 1996-cı ildən «Azərbaycan Hava Yolları» Dövlət
Konserninin Baş direktorudur. - 14-15.
25. Ataxan Paşayev (d. 1938) - tarix elmləri namizədi. 1962-ci ildən
arxiv işi sahəsində çalışır. 1984-cü ildən Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Baş Arxiv İdarəsinin rəisidir. - 16.
26. Polad Bülbüloğlu (d.l945) - bəstəkar, müğənni, ictimai və dövlət
xadimi. Azərbaycan Respublikasının xalq artisti. Mahnıları 1960-70-ci illərdə
SSRİ məkanında məşhur estrada müğənnilərinin ifasında səslənmişdir. 1988-
2005-ci illər Azərbaycan Respublikasının mədəniyyət naziri olmuşdur.
Hazırda Azərbaycan Respublikasının Rusiyada fövqəladə və səlahiyyətli
səfiridir. - 16,120.
27. Ziya Məmmədov, Ziya Arzuman oğlu (d.l952) -dəmiryolçu
mühəndis. 1996-2005-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi,
2005-ci ildən isə Azərbaycan Respubluikasının Nəqliyyat naziridir. - 16, 17.
28. Nizami Xudiyev, Nizami Manafoğ1u (d.l949) - filologiya elmləri
doktoru, professor. 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri Şirkətinin sədri olmuşdur. Azərbaycan Respubükası Milli
Məclisinin deputatıdır. - 17.
29. Dağlıq Qarabağ Muxtar Vilayəti - Azərbaycan Respublikası
ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Dağlıq
Qarabağda 1988-ci ilə qədər 170 min əhali yaşayırdı (70% erməni, 30%
azərbaycanlı). Ərazisi 4 min km
2
dir. Mərkəzi Xankəndidir.
1988-ci ildə Qarabağ separatçıları və millətçiləri Ermənistan silahlı
qüvvələri ilə birlikdə bu ərazidə yaşayan azərbaycanlıları doğma
torpaqlarından çıxararaq Dağlıq Qarabağı işğal etdilər. BMT-nin 822, 853,
874, 884 qətnamələrinə görə erməni işğalçıları Azərbaycan torpaqlarının
qeyri-şərtsiz tərk etməlidirlər. Ancaq Azərbaycan torpaqları hələ də erməni
tapdağı altındadır.-17, 31, 33, 35, 37, 55, 83, 84, 85, 95, 96, 98, 103, 175,
268, 271, 272, 281, 282, 287, 288, 289, 290, 306, 307, 331, 332, 333, 335,
336, 341, 342, 343, 356, 371, 379, 381, 385, 390, 396, 398, 400, 402, 405,
406.
__________________________________________
422
30. Şuşa - Azərbaycan Respublikasında şəhər. Eyni ədəbiyyatda
Şuşanın əsasının 1750-ci illərin əvvəllərində Qarabağ xanı Pənahəli xan
Cavanşir tərəfindən qoyulması göstərilsə də, tədqiqatlar Şuşanın qədim
yaşayış məntəqəsi olduğunu qeyd edirlər. Qarabağ xanlığının mərkəzi olan
Şuşa bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlanmışdır.
Şuşa 1813-cü il Gülüstan müqaviləsinə əsasən Qarabağ xanlığı tərkibində
Rusiyaya birləşdirildi. 1920-ci ilin martında erməni daşnaklarının Qarabağda
törətdikləri qırğın nəticəsində Şuşanın bir hissəsi tamamilə yandırıldı və
minlərlə günahsız insan qətlə yetirildi. Lakin iyun ayının əvvəlində
müsavatçılar və türk generalı Nuru Paşa Şuşanı erməni qəsbkarlarından xilas
etdi. 1923-cü il Azərbaycan MİK-nin dekretinə əsasən Daglıq Qarabağ
Muxtar Vilayəti təşkil olunduqda Şuşa muxtar vilayətin tərkibinə daxil edildi.
1992-ci ildə erməni işğalçıları Azərbaycanın basılmaz qalası Şuşanı işğal
etdilər. Hazırda Şuşa yadellilərin tapdağı altındadır. - 18, 175.
31. Qubadlı - Azərbaycan Respublikasında inzibati rayon. 1933-cü ildə
təşkil edilmişdir. Sahəsi 802 km
2
, əhalisi 27,2 min nəfər idi. 1993-cü ildə
erməni işğalçıları tərəfindən işğal olunmuşdur. - 18, 19, 123, 175, 179.
32. Molla Pənah Vaqif, Vaqif (1717-1797) - görkəmli Azərbaycan
şairi, dövlət xadimi. Vaqif qəzəl, müxəmməs, müstəzad və s. formalarda
şerlər yazmışdır. Gözəllərin vəsfi Vaqif lirikasının əsas qayəsidir. Vaqif
şerindəki realizmə meyl Azərbaycan poeziyasının inkişafına güclü təsir
göstərmişdir. O, Qarabağ hakimi İbrahim xanın (1769-cu il) Baş vəziri
olmuşdur. - 18.
33. Bastiliyanın alınması - Parisdə qala, 1370-82-ci illərdə tikilmişdir.
XV əsrdən həm də dövlət həbsxanası idi. Bastiliyada əsasən siyasi dustaqlar
saxlanılırdı. 1789-cu il iyulun 14-də Paris üsyançıları Bastilyanı hücumla
aldılar. Bu, Böyük Fransa inqilabının başlanğıcı idi. Bastiliyanın alındığı gün
Fransanın milli bayramı (1880) kimi qeyd olunur. - 21-23.
34. ATƏT-in Minsk qrupu - 1992-ci il martın 24-də yaradılmışdi-1997-
ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlətlər daxil olmuşdur;
Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya,
__________________________________________
423
ABŞ, Fransa, Türkiyə, Danimarka və İsveç. 1994-cü ilin dekabrından İvlinsk
qrupuna iki sədr - Rusiya və İtaliya rəhbərlik edirdi. 1996-cı ilin dekabrından
onun üç - Rusiya, ABŞ və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və
Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə
kömək etməkdir. - 22, 36, 37, 45, 156, 199, 267, 270-279, 286, 288, 289,
290, 291, 292, 293, 294, 302, 304, 306, 334, 336, 344, 346, 357, 371, 372,
380, 381, 382, 385, 390, 393, 395, 396, 397, 398, 399, 402, 403, 406, 407.
35. «Elf Agiten» - Fransada ən böyük neft korporasiyası. 80 ölkədə
fəaliyyət göstərən 833 şirkətdən ibarətdir. Karbohidrogenlərin kəşfiyyatı,
hasilatı və satışı, kimya və neft-kimya sənayesi, farmokologiya və
kosmetologiya sahələri şirkətin əsas fəaliyyət istiqamətləridir. Elmi-tədqiqat
fəaliyyətində 8 min elmi işçi çalışır. - 22, 53, 54, 379.
36. «Total» - məşhur fransız neft şirkəti. 1954-cü ildə təşkil
olunmuşdur. Bir çox ölkələrdə neftin kəşfiyyatı, emalı və satışı ilə məşğul
olur. -22, 53, 54, 379.
37. Jak Şirak (d.l932) - Fransanın görkəmli siyasi və dövlət xadimi.
1974-76 və 1986-88-ci illərdə Fransanın Baş naziri, 1977-95-ci illərdə Paris
şəhərinin meri, 1995-2007-ci illərdə Fransa Respublikasının prezdenti.
«Heydər Əliyev» ordeni ilə təltif olunmuşdur. - 22, 46, 48, 54, 58, 334.
38. «Xolokost» (yəhudilərin ikinci dünya müharibəsində kütləvi surətdə
soyqırımı) - xatirə muzeyi. 1963-cü ildə Vaşinqtonda yaradılmışdır. Muzeyin
məqsədi İkinci dünya müharibəsi illərində və əvvəllər yəhudi xalqına qarşı
soyqırımın tarixini sənədləşdirmək, öyrənmək və informasiya yaymaqdır.
Muzeyin divarındakı saxsı lövhədə soyqırıma məruz qalmış milyon yarım
yəhudi uşağının xatirəsi anılır. - 24.
39. Amerika Konqresi, Amerika Birləşmiş Ştatları Konqresi - ali
qanunverici hakimiyyət orqanı. İki palatadan - Senatdan və Nümayəndələr
palatasından ibarətdir.
Dostları ilə paylaş: |