__________________________________________
412
alimlərin, geoloqların böyük xidmətləridir. Biz bu gün bunu
minnətdarlıq hissi ilə yad etməliyik və keçmiş nəsillərə bütün bu
xidmətlərinə görə daim minnətdarlığımızı bildirməliyik.
Azərbaycan beş il bundan əvvəl «Əsrin müqaviləsi»ni
imzalayandan sonra başqa Xəzəryanı ölkələr də Xəzər
dənizindəki öz sektorlarında, sahələrində neft və qaz
yataqlarının işlənilməsinə başlayıblar. Beləliklə, Azərbaycan
Xəzər dənizinin zəngin neft və qaz yataqlarını aşkar edib,
Azərbaycan Xəzər dənizində neft və qaz hasilatının təmin
olunmasında böyük rol oynayıbdır. Azərbaycan indi, XX əsrin
sonunda, XXI əsrə gedərək Xəzər dənizinin bütün enerji
sərvətlərindən, ehtiyatlarından təkcə Azərbaycan üçün yox,
bütün dünya üçün, o cümlədən bütün Xəzəryanı dövlətlər üçün
istifadə edilməsinin əsasını qoyubdur. Biz bu gün bununla fəxr
edirik.
Bütün bunlara görə «Əsrin müqaviləsi» və bizim
gördüyümüz işlər böyük tarixi əhəmiyyət kəsb edir. Bütün
bunlara görə «Əsrin müqaviləsi» beynəlxalq əhəmiyyət kəsb
edir. Bütün bunlara görə də beş il bundan əvvəl imzalanmış
müqavilə məhz «Əsrin müqaviləsi» adlandırılıbdır.
Bu gün burada İlham Əliyevin məruzəsində, başqa çıxışlarda
beş il müddətində görülən işlər haqqında ətraflı məlumat verildi.
Artıq biz neft müqaviləsinin bəhrələrini gördük. Azərbaycan
gəlirlər əldə edibdir. Artıq biz neft hasil edirik, neft ixrac edirik
və neftin ixracı üçün iki neft kəməri yaratmışıq, əsas neft
kəmərini də yaratmağa çalışırıq. Mən bu gün bəyan edirəm ki,
Azərbaycan neftinin, Xəzər neftinin dünya bazarlarına
çıxarılması üçün çox böyük əhəmiyyət daşıyan Bakı-Ceyhan
neft kəməri tikilməlidir, istifadəyə verilməlidir.
Biz gələn illərdə, onilliklərdə «Əsrin müqaviləsi»nin və
imzalanmış başqa müqavilələrin Azərbaycana nə qədər mənfəət
verəcəyini bilirik və bu barədə konkret rəqəmlər gətirildi. «Əsrin
müqaviləsi» imzalanarkən bəziləri bizə inanmırdı, ehtiyat edirdi,
bəziləri təxribat edirdi. Hər halda onun
__________________________________________
413
imzalanma, həyata keçirilmə prosesi də Azərbaycan üçün çox
çətin olubdur, çox ağır olubdur. Ancaq biz bütün sınaqlardan
çıxdıq, bütün çətinlikləri aradan qaldırdıq, bizə göstərilən bütün
müqavimətlərə sinə gərdik və verdiyimiz sözə əməl etdik, 1997-
ci ildə ilkin nefti hasil etdik.
Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft
şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın
nəticəsində «Əsrin müqaviləsi» imzalanmışdır. Ondan sonra isə
tərəfdaşlarımızla, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan
şirkətlərlə və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər
dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun
Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir,
ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş
götürmək olar.
Bunların əsasını Azərbaycanda aparılan demokratik
quruculuq prosesləri təşkil edir. Bunların əsasını Azərbaycanın
bütün dünyaya açıq olması prinsipi təşkil edir. Bunların əsasını
1993-cü ildən sonra Azərbaycanda ardıcıl olaraq daxili ictimai-
siyasi vəziyyətin normallaşdırılması və sabitləşdirilməsi təşkil
edir. Məhz belə bir sabitlik şəraitində, Azərbaycanın bugünkü
sabit, sərbəst yaşaması şəraitində dünya neft şirkətləri, böyük
ölkələr, dövlətlər Azərbaycana etimad, etibar göstərib bizimlə
əməkdaşlıq ediblər. Məhz buna görə də ötən üç ildə əlavə 18
müqavilə də imzalanıbdır. İndi dünyanın böyük neft şirkətləri
ilə, 14 dövlətə, ölkəyə məxsus olan şirkətlərlə bizim 19
müqaviləmiz vardır. Sizə cəsarətlə deyə bilərəm ki, bunların hər
biri «Əsrin müqaviləsi» kimi ardıcıl surətdə yerinə
yetiriləcəkdir.
Bizim gördüyümüz işlər və gələcəkdə görəcəyimiz işlər həm
Azərbaycanın bu günü üçündür, həm də Azərbaycanın gələcəyi
üçündür. Biz öz ölkəmizi əbədi müstəqil, azad dövlət etmək
istəyirik. Biz buna nail olmuşuq. Ancaq hələ müstəqilliyimizi,
iqtisadi, siyasi müstəqilliyimizi təmin etmək üçün çox işlər
görmək lazımdır.
__________________________________________
414
Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək
istəyirik. Biz öikəmizin vətəndaşlarına firavan həyat yaratmaq
istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik.
Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan
iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də
gördüyümüz işlər məhz bu məqsədi daşıyır. Bilirsiniz ki,
iqtisadiyyatın başqa sahələrində də dəyərli nailiyyətlər əidə
etmişik. Biz 1995-ci ildən əvvəlki illərdə baş vermiş iqtisadi
tənəzzülün qarşısını aldıq. Azərbaycanın iqtisadiyyatı 1996-cı
ildən inkişaf dövrü keçirir və ümumi daxili məhsul, sənaye,
kənd təsərrüfatı məhsulu istehsalı ilbəil inkişaf edir, artır.
1994-cü ildə Azərbaycanda inflyasiya 1600 faiz təşkil edirdi.
Biz 1997-ci ildə bunun qarşısını aldıq. İndi inflyasiya yoxdur,
milli valyutamız manatın dəyəri artmışdır. Bunlar hamısı bizim
vətəndaşlarımızın güzəranının yaxşılaşmasına kömək edibdir.
Son 3-4 ildə vətəndaşlarımızın orta əmək haqqı 3 dəfə artıbdır.
Bunlar hamısı azdır. Biz bununla qane ola bilmərik. Biz əldə
olunan nailiyyətləri bu gün, sadəcə, bir daha yada salmaq
istəyirik.
Bu gün burada «Əsrin müqaviləsi»nin beş illiyini qeyd
edərkən Azərbaycanın hər bir güşəsində bizi dinləyirlər.
Düşünürəm ki, çadır şəhərciklərində yaşayan əziz soydaşlarımız,
yerindən-yurdundan didərgin düşmüş, Ermənistan silahlı
qüvvələrinin Azərbaycan torpaqlanın işğal etməsi nəticəsində
qaçqın düşmüş soydaşlarımız da çadırlarda bizi dinləyirlər.
Onlar bizə inanırlar, dözürlər, indi bizi dinləyərək düşünürlər ki,
bunlar hamısı yaxşıdır, bəs biz nə vaxt öz yerimizə,
torpaqlarımıza qayıdacağıq? Mən bu gün bəyan edirəm ki, bizim
gördüyümüz bütün bu işlər Azərbaycanı bir dövlət kimi
möhkəmləndirmək, gücləndirmək, Azərbaycanın iqtisadi
potensialını artırmaq üçündür. Şübhəsiz ki, bunlar bütün başqa
məsələlərin də həll olunmasına kömək edəcəkdir.
Dostları ilə paylaş: |