__________________________________________
418
8. Türkiyə Cümhuriyyəti - Qərbi Asiyada və Avropanın cənub-şərq
kənarında dövlət. Sahəsi 780,6 min km
2
, əhalisi 62,7 mln. nəfərdir. İnzibati
cəhətdən 67 ilə (vilayətə) bölünür. Paytaxtı Ankara şəhəridir. Dövlət başçısı
prezident, Ali qanunvericilik orqanı Türkiyə Böyük Millət Məclisidir. - 6,
107, 125, 140, 190-191, 192, 213-220, 251, 361, 366, 367, 372, 373, 410.
9. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) -
Respublikada neft və qazın kəşfiyyatına, çıxarılmasına və emal edilməsinə
rəhbərlik edən qurum. 1991-ci ildə təşkil edilmişdir. Şirkət neft və qaz
quyularının qazılması və istifadəyə verilməsi, nəql edilməsi və s. məqsədilə
dünyanın bir sıra ölkələrinin iri neft şirkətləri ilə sazişlər, müqavilələr
bağlamışdır. - 7, 31, 54, 193, 330, 409.
10. Qazaxıstan, Qazaxıstan Respublikası-Avroasiyanın mərkəzi
hissəsində dövlət. Sahəsi 2724,9 min km
2
, əhalisi 16 679 min nəfərdir. Dövlət
başçısı - prezident, qanunvericilik orqanı birpalatalı Ali Sovetdir. Paytaxtı
Astana şəhəridir. - 7, 107, 241-242, 410.
11. Özbəkistan, Özbəkistan Respublikası - Orta Asiyanın mərkəzində
dövlət. Sahəsi 447,4 min km
2
, əhalisi 23 206 min nəfərdir. Özbəkistanın
tərkibinə Qarakalpak Muxtar Respublikası və 12 vilayət daxildir. Dövlətin
başçısı - prezident, qanunverici orqanı - Məclisdir. Paytaxtı Daşkənd
səhəridir. - 7, 147, 150, 221, 261-264, 410.
12. Neft Daşları - Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq
dənizdə, polad dirəklər üzərində salınmış “neft“ şəhəri. Bu ərazi oradakı
daşların (təqribən 20 ədəd) bəzilərində neft-qaz nişanələrinin olması ilə
əlaqədar Neft Daşları adlandırılmışdır. Neft Daşları rayonunda geoloji
kəşfiyyat işlərinə 1946-cı ildən başlanmışdır. Çıxarılan neft həm tankerlər,
həm də boru kəmərləri vasitəsilə sahilə nəql edilir. - 8, 411.
13. Xoşbəxt Yusifzadə, Xoşbəxt Bağı oğlu (d. 1930) - neftçi-geoloq,
geologiya-minerologiya elmləri doktoru. Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki. 1994-2000-ci illərdə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti, 2004-cü ildən isə
__________________________________________
419
birinci vitse-prezidentdir. Azərbaycan Respublikasının «Şöhrət» və
«İstiqlal» ordenləri ilə təltif olunmuşdur. - 8.
14. «Əsrin müqaviləsi» - 1994-cü iün sentyabrın 20-də Bakıda «Xəzər
dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının dərinlikdə
yerləşən hissəsinin birgə işlənilməsi və hasil olunan neftin pay şəklində
bölüşdürülməsi» haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış
müqavilə. - 8, 181, 193, 194, 195, 236, 378, 389, 391, 409-415.
15. Namiq Nəsrullayev, Namiq Nəsrulla oğlu (d. 1945) - texnika
elmləri namizədi. 1971-87-ci illərdə Azərbaycan Milli Elmlər
Akademiyasında rəhbər vəzifələrdə, 1987-95-ci illərdə «Ulduz» Elm-
İstehsalat Birliyinin baş direktoru və «Rabitə sistemləri» Elmi-Tədqiqat
İnstitutunun direktoru, 1995-96-cı illərdə Azərbaycan Respublikası
İqtisadiyyat nazirinin birinci müavini, 1996-2006-cı illərdə isə Azərbaycan
Respublikası Hesablama Palatasının sədri olmuşdur. - 9-10.
16. Misir Mərdanov, Misir Cumayıl oğlu (d. 1946) fizika-riyaziyyat
elmləri doktoru, professor. Tədqiqatları, əsasən, riyaziyyatın müasir
sahələrindən biri olan optimal idarəetmə nəzəriyyəsinin aktual problemlərinə
həsr edilmişdir.
Azərbaycan Respublikası Təhsil nazirinin müavini, BDU-nin tədris işləri
üzrə prorektoru, BDU-nun rektoru kimi müxtəlif vəzifələrdə çalışmışdır.
1998-ci ildən Azərbaycan Respublikasının Təhsil naziridir. Azərbaycan
Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. - 10
17. Oqtay Mirqasımov, Oqtay Mirəsədulla oğlu (d.l943) - kino-
rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi. Onun çəkdiyi
filmlər («Bu həqiqətin səsidir - Qara Qarayev», «Gümüşü fayton», «Göz
qabağında şeytan», «Ovsunçu») tamaşaçılar tərəfindən həmişə rəğbətlə
qarşılanır. Azərbaycan Respubluikasının «Şöhrət» ordeni ilə təltif
olunmuşdur. - 11.
18. Əli İnsanov, Ə1i Binnət oğ1u (d. 1946) - 1993-2005-ci illərdə
Azərbaycan Respublikasının səhiyyə naziri olmuşdur. - 11, 162.
__________________________________________
420
19. Yusif Novruzov, Yusif İsmixan oğlu (d. 1941-2003) - iqtisad
elmləri namizədi. Müxtəlif illərdə məsul vəzifələrdə çalışmışdır. 1994-cü
ildən vəfatına qədər «Azəravtoyol» Dövlət şirkətinin prezidenti olmuşdur. -
11.
20. İpək yolu, Böyük İpək Yolu - beynəlxalq tarixi tranzit-ticarət yolu;
eramızdan əvvəl II əsrin sonlarından eramızın XVI əsrinədək fəaliyyət
göstərmiş, Çindən Şimali Afrika və İspaniyaya qədər uzanaraq, ayrı-ayrı
qolları ilə o zaman dünyanın məlum olan, demək olar ki, bütün ölkələrini
birləşdirmişdir.
Əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin maddi sərvətlərə malik
olması sayəsində Azərbaycan qədim zamanlardan dünya ölkələri arasında
iqtisadi və mədəni əlaqələrdə mühüm yer tutmuşdur.
XX əsrin sonunda Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin Böyük İpək yolunun yenidən dirçəldilməsi ideyasını irəli sürməsi
bütün dünyada, xüsusilə də Böyük İpək yolu üstündə yerləşən ölkələrdə ciddi
maraqla qarşılandı. Bu məqsədlə 1998-ci ilin sentyabrında Bakıda 33
dövlətin və Avropa Birliyinin iştirakı ilə beynəlxalq konfrans keçirildi;
TRASEKA proqramı çərçivəsində nəzərdə tutulan Asiya-Qafqaz-Avropa
ticarət dəhlizinin - Böyük İpək yolunun bərpasının və onun imkanlarından
hamılıqla bəhrələnməyin vacibliyi qeyd olundu. -11, 107, 147, 356, 388-389.
21. Transxəzər nəqliyyat dəhlizi (TRASEKA) - Avropanı Asiya ilə
birləşdirən yol. Bu nəqliyyat dəhlizini Şərqlə Qərbi birləşdirən orta materik
xətti də adlandırmaq olar. Transxəzər nəqliyyat dəhlizi Azərbaycanı,
bütünlükdə Qafqazı Avropa ilə birləşdirir. - 11, 15, 263, 356.
22. Müslüm İmanov, Müslüm Məşədi Müseyiboglu (d. 1931) - 1993-
2005 -ci illərdə «Azərenerji» Dövlət şirkətinin prezidenti vəzifəsində
işləmişdir. - 12, 13, 224, 234, 235.
23. Avropa - nəqliyyat dəhlizi. Qafqaz - Asiya nəqliyyat dəhlizi - bax
Transxəzər nəqliyyat dəhlizi.
24. Cahangir Əsgərov, Cahangir Cəlal oğlu (d.l950) - təyyarəçi.
1991-93-cü illərdə Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respub-
Dostları ilə paylaş: |