46
Onuyğurların adının əks olunduğu
Moyunçur abidəsi bəzən
"Selenqa daşı" da adlanır. Monqolustan ərazisindən, Selenqa çayı
sahilləri yaxınlığından tapılmış bu abidə 744-759-cu illər arasında
qoyulmuşdur. Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb
mənbələrində də rast gəlinməkdədir. Bu isə uyğurların, eləcə də
onuyğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən Azər-
baycan ərazisində yaşamış olduqlarından xəbər verməkdədir. İstər
qədim erməni abidələrində, istərsə də Musa Kağankatlının "Alban
tarixi"ndə onların adı Albaniyada baş verən
hadisələrlə əlaqədar
çəkilir. Bu mənbələrdə onların adı "honoğur" kimi qeyd edilmişdir.
Dilçi alim Elbrus Əzizov deyir:
"Fuad Köprülüzadə 1926-cı ildə Bakıda çap olunmuş "Azər-
baycan ədəbiyyatına dair tədqiqlər" adlı kitabçasında Azərbaycan
dilinin təmiz oğuz dili olduğunu gösərmişdir. Sonralar Çobanzadə
və onun ardınca Dəmirçizadə Azərbaycan dilinin oğuz- qıpçaq dili
olduğunu təsdiq etdilər. Əhməd Cəfər ana dilimizin oğuz-qıpçaq
mənşəli dil olmasını təsdiq eməklə yanaşı, bidirmişdir ki, ancaq bu
dilin uyğur dili ilə kiçicik müqayisəsi bizi Azərbaycan dilinin əmələ
gəlməsində uyğur dili qatının çox işləməsi barədə düşünməyə
məcbur edir."
Əhməd Cəfər isə yazır:
"Dialektlərin faktlarına əsasən mən bu qənaətdəyəm ki, Azər-
baycan dili əsas əlamətlərinə görə, türk dillərinin Qərb qrupuna
aid olsa da, bu dil müəyyən dərəcədə türk dillərinin Qərb və Şərq
qruplarını bağlayan halqadır"
Elburus Əzizovun yazdığna görə, müasir Azərbaycan dilində
uyğur elementlərinin olduğunu Nəcib də göstərməkdədir. Azərbay-
can və uyğur dillərinin ötəri müqayisəsi daha çox bu iki dil üçün
əlamətdar olan izoqloslar aşkara çıxarmağa imkam verir. Məsələn,
"a-e" səsdəyişməsini gözdən keçirək.
Uyğur dili üçün xarakerik
olan bu hal özünü Azərbaycanın cənub, şərq və şimal şivələrində
də göstərməkdədir:
"Eyni hala Anadolu şivələrində də rast gəlinir. Bundan başqa
Azərbaycanın ayrı-ayrı şivələrində uyğur dili üçün xarakterik olan
47
"a-ə", "a-o", "o-a", "e-ə", "e-ö", "d-ç", "k-ç" və sairə əvəzlənmələr
də müşahidə edilməkdədir."
Fərhad Zeynalovun yazdıqlarından belə anlaşılır ki, uyğurlar
haqqında ilk məlumatlarda onlar "oqur", "saraoqur", "kotriqur",
"onoqur" və s. adlarla qeyd edilmişlər. Maraqldır ki, onları bu
adlarla məhz erkən orta əsrlər Avropa tarixçiləri Qafqaz və Şərqi
Avropada yaşayan hunların tərkibində yad etmişlər.
Qədim Çin
mənbələrində hunlardan son dərəcə çox danışılsa da və bir çox türk
soy və boylarının, o cümlədən se (sak) və yuecilərin (kuşanlıların)
adları yad edilsə də uyğurlar haqqında bircə kəlmə belə danışılmır.
Yalnız sonrakı mənbələrdə onlardan "vey-ho", "hun-ho" və vey-vu-
rh" adı ilə bəhs edilir. Bu isə o deməkdir ki, uyğurlar Qərbdən Şər-
qə saklardan və digər türk xalqlarından daha gec köç etmişlər.
Konkret olaraq, qıpçaqlara gəlincə, onların mənbələrdə ən ge-
niş yayılmış adlarından biri “kuman”dır. Maraqlıdır ki, əski yazılı
mənbələr bu xalqın hələ eradan bir neçə min il öncələrdən Azər-
baycanda yaşadığını,
başqa sözlə, ölkəmizin avtoxton əhalisi
olduğunu birmənalı şəkildə təsdiqləyir.
Qədim mixi yazılarda (e.ə.XIII-XII əsrlər) "ku" və "kumen"
(kuman) etnonimlərinin də adı çəkilməkdədir. "Ku" etnonimi ilə
bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı
olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz)
totemi ilə əlaqədardır. İ.Dron qeyd edir ki, qu quşu (qaz) kultu
qədim zamanlarda türk və monqol xalqları arasında geniş yayı-
lıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının
qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını
qoymuşdur. Həmin türk qəbiləsi "ku" adlanmışdır. Məsələn, Tuva
türklərinin toci qoluna bağlı qəbilələrdən biri kezek-kuular (qu
quşları) özünü bu soydan hesab edir. Tədqiqatçının yazdığına görə,
Sayan-Altay ərazisində yaşayan bir çox türk xalqlarında – tuvalılar-
da, xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz) haqqında
totemik-mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır.
Türkoloqların bir qismi kuman etnoniminin də adının "qu" (ku)
totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V.Q.Rodio-
48
nov qədim çuvaş mənbələrinə əsaslanaraq "ku" və "kuman" etno-
nimlərini eyniləşdirir. İ.Dorn və O.Süleymenov
da eyni fikri dəs-
təkləmişlər.
Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə.
XIlI-XII əsrlərdə "kumen" kimi çəkilməkdədir. Y.Yusifov da yu-
xarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır:
"Bu etnonim də Türk dillərində etnik ad düzəldən "-man" (-men)
şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı
olmaqla "sarımtıl, ağımtıl" mənasını daşıyırdı."
Sözügedən etnonimlə I Tiqlapalsarın (e.ə. 1115-1077) kitabə-
sində də rastlaşırıq:
"(V.73) Kumanların ordusu gerçəkdən Musru ölkəsinin kömə-
yinə çıxdı... (V.82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət
etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq
üçün özlərinin bütün bölgələrini səfərbər etdilər...(VI.22)... Kuman-
ların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən şahları ayaq-
larımı qucaqladı..."
Aşşur şahı II Adadnerari (e.ə.911-890) də öz kitabəsində kuman-
ları yad etmişdir.
Maraqlıdır ki, Aşşur – Kuman (qıpçaq) əlaqələri təkcə mühari-
bələrlə səciyyələnməmiş, eyni zamanda ədəbiyyat sahəsini də əhatə
etmişdir. Məsələ burasındadır ki, dövrümüzədək alban,
yəni qarqar
– qıpçaq dilində yazılmış çox sayda xristian və dünyəvi məzmunlu
didaktik heyayə gəlib çatmışdır. Onlara müxtəlif əlyazmalarda rast
gəlinir. Bu hekayələrdən biri bizim üçün çox böyük əhəmiyyət kəsb
edir. Çünki o, alban və ümumqıpçaq ədəbiyyatının köklərinin biz
düşündüyümüzdən çox-çox qədim olduğunu və bu köklərin Aşşurla
birbaşa bağlılığını sübut edir. Söhbət
“Uslu Xiqarnınq sözü, esi,
axılı” adlı hekayədən gedir. Aşşur hökmdarı Senekərimin (Senaxe-
ribin) dövründə Ninəvədə (bugünkü Mosul) yaşadığı bilinən müd-
rik Xiqar (Axikar)
haqqnda olan və təbii ki, xristianlıqla heç bir
əlaqəsi olmayan bu hekayənin hələ e.ə. VII – VI əsrlərdə Yaxın
Şərqin bir çox qədim dillərinə çevrildiyi məlumdur. Həmin əsər
yalnız alban dilində dövrümüzədək tam şəkildə gəlib çıxa bilmiş-