Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə23/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   19   20   21   22   23   24   25   26   ...   107

 
73
*** 
 
1788 №-li əlyazma. Lvovdakı erməni – alban məhkəməsinə aid 
sənədlər. Alban və polyak dillərində. 180 səhifədir.  
 
*** 
 
1817  №-li  əlyazma. 1581–ci il. Lusiq trəfindən daha qədim 
əlyazmalardan üzü köçüülmüş “Zəbur”un surətlərindən biri. 
 
Ermənistan 
 
Ermənistanda albandilli əlyazmalar Matedaranda – Mesrop 
Maştots adına Qədim  Əlyazmalar  İnstitutunda saxlanılır. Sayları 
məlum deyil. Qazaxıstanla Ermənistanın xarici işlər nazirlikləri 
arasında  əldə edilmiş razılğa görə onların bir qisminin surəti 
Qazaxıstana verilib. Ulaşa bildiyimiz əlyazmalar aşağıdakılardr: 
“ед. хр. 1232” şifrəli əlyazma. 263 səhifədən ibarət və erməni 
dilində olan bu əlyazmada alban dilində 12 illik türk dövri 
təqviminə daxil olan illərin adı verilib. Əlyazmanın 1620–ci ildə 
Qüdsdə (Yerusəlimdə) tərtib edildiyi bildirilir.  
Mirzənin adı: İskəndər. 
*** 
 
“ед.  хр. 1763” şifrəsi altında saxlanılan  əlyazmanın 1611 – 
1613–cü ildə Kamenetsk – Podolskda tərtib edildiyi bildirilir. Əl-
yazma erməni dilindədir (252 vərəq), fəqət 144–cü səhifədə alban 
dilində kiçik bir qeyd var: 
“Bu yılnınq okosdos ayınınq 15-inə orus vankınınq yuxövininq 
bir yanın da taslarnı da dardağan etti yuxöv içinə kecə 3 sahatta 
kiçaynakün, xaysı ki Biy Tenqri hayufsunsun. 
Tvakannınq 1062 julis 18 yıxkün kecəgi alğış zamanında ulu 
hrad keldi yağmur bilə birgə çetlevüktən ulu, bar edi özgəsi xoz 
kibik” 


 
74 
*** 
 
“ед.  хр. 2267” şifrəsi altında saxlanılan, 189 səhifədən ibarət 
əlyazmanın alban və erməni dillərində olduğu söylənilir. Burada 
erməni – alban lüğəti, Lusiqin “Zəbur”undan bir parça, Matta 
“İncil”indən kiçik bir fraqment, xristian məzmunlu digər mətnlər, 
ən  əsası isə Mxitar Qoşun  şagirdi, tanınmış alban ilahiyyatçısı 
vardapet Vanağanın (Vanakanın) alban dilində  əsərindən bir neçə 
cümlə və s. yer alır. Əlyazmann 1580 – 1581–ci ildə Lvovda tərtib 
edildiyi söylənir. 
42–ci səhifədə erməni dilində belə bir qeyd var:  
“Badmutiun haji ew xıpçax lezui megneal Lusiq...” (Lusiqin 
erməni və qıpçaq dillərində nəql etdiyi hekayə). 
Bu qeydin ardınca alban (qıpçaq – qaqar) dilində belə bir qeyd 
edilib: 
“Sanlıdır er, xaysı ki barmadı kengəşinə  xırsızlarnınq da 
yoluna yazıxlılarnınq ol olturmadı”(Şanldr o adam ki, oğruların 
toplantısına getmədi və günahkarların yolu ilə addımlamadı). 
Növbəti, 43–cü vərəqdə alban dilində belə bir kolofon var: 
  “Tvağannınq 1030 abril 12 ceramp Lusiq sarğavaki xolu 
aşıra” (1581–ci ilin 12 aprelində dyakon Lusiqin əli ilə yazılıb.) 
Bu cümlənin ardınca ermənilər tərəfindən sonradan erməni 
hərfləri ilə latın dilində (?!) bu sözlər əlavə edilib: 
“Lusiq dyakonus armenus”. (Lusiq – dyakon, erməni) 
Qoşun şagirdi Vanağanın mozəsindən bir neçə cümlə isə 131–
ci səhifədədir. 
“Nedir manisi xıtım kecəsi ki, saruyağ yeyirbiz bolsun Bay-
ramnınq, alay Cnuntnunq? Yazıyır bunun üçün künü Gureğ Ağek-
santraçin Teotos padşahğa bayram xıtımu üçün da aytıyır ki, ne 
üçün kecədən çeziliyirbiz: anınq üçün ki, Krisdos kecədən turdu...”  
 
*** 
 
“ед.  хр. 2403” şifrəli  əlyazma. Üzərində 8 iyun 1626–cı il 
tarixi qeyd edilmiş bu “Alğış bitiki” (dua kitabı) Murad oğlu Misko 


 
75
tərəfindən Lvovda baron Aqopşann qızı Zofiya üçün Vartanın 
sifarişi ilə qələmə alınmışdır. 211 vərəqdən ibarətdir. Kitab Alban 
miniatürləri stilində bəzədilmişdir. 
Əlyazmanı bizim üçün önəmli edən təkcə burada, müəllifinin 
adı  çəkilməsə  də  və  “Havadov xosdovanim  tatarca” başlığı 
altında verilsə  də, alban katalikosu Nersesin 24 bəndlik  əsərinin, 
eləcə  də, yenə  də müəlliflərinin adı  çəkilməsə  də, Mxitar Qoş  və 
şagirdi Vanağanın tərtib etdiklri duaların yer alması deyil. Hətta adı 
çəkilməklə Yohannes Karneçinin əsərinə rast gəlinməsi də deyil. 
Bu əsərlər digər əlyazmalarda da var. 
Ən önəmli məsələ bir kolofonda qeyd edilmiş  aşağıdakı 
cümlələrdir: 
“Tügəlləndi alğış bitiki tavağankınq ermeni hisabinə 1075-sin-
də mayisninq 19-unda, padşahlıxına Nemiç ulusununq üçünçi 
Ziğmundnunq,  ğatuğiqoslu  ğuna Yapetağan cınsınınq Eçmiya-
cinninq atorunda der Melkiset ğatuğiqosnunq, xaysı ki bu zamanda 
kendi xartlıxı bilə keldi xutlu Ilov şəhərinə 5 axpaş bilə, 2 hapeqa 
bilə tavağanknınq 1075-sində, xaysı ulu sövünçlük bilə barça 
kahanalıx, da sarğavaklar bilə, da joğovurt, barı igitlər bilə 
xarşısına çıxıp xabul ettilər...” 
(Tamamlandı dua kitabı tvağanqın – erməni təqviminin 
1075–ci ilinin19 mayında (8 iyun 1626–cı il) Polşa ölkəsində III 
Sziqmundun padşahlığı  və Eçimədzin taxtının sahibi, Yafəs 
cinsindən – soyundan olan müqəddəs ata, katalikos Meliksetin 
dövründə, hansı ki qoca vaxtında 2 ikona, 5 keşiş ilə xoşbəxt Lvov 
şəhərinə  gəlmiş  və burada kilsə başçıları, dyakonlar və  gənclər 
tərəfindən sevinclə qarşılanmışdır ...) 
Burada diqqəti çəkən məqam Eçimədzindən gələn katalikosun 
erməni katalikosu kimi deyil, məhz Yafəs soyundan olan, yəni türk 
katalikosu kimi təqdim edilməsidir ki, bu da təbiidir. 
*** 
 
“ед.  хр. 3521” şifrəli  əlyazma. 1609 – 1079–cu illər. Müəllif 
Ceriq Niqola oğlu. 240 səhifə.  Əlyazma erməni dilindədir. Alban 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə