Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə31/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   27   28   29   30   31   32   33   34   ...   107

 
98 
*** 
 
Orijinal mətn: 
“Tiyəsidir emdidən sonqra bitik bilə yöpsünməgə törələrni, 
tanqlap barça ari bitiklərdən. 
11-birinci ki, bilgəylər yarğucılar Törə bitikindən toğru yarğu 
etməgə, bilip ki, kendiləri də turmaxtırlar köktəgi yarğucununq 
alnına yarğuğa.  
12-nci, kimlər ki törninq alnına kelirlər, xorxu keçirgəylər, 
anınq üçün ki, xaçan  adəmilər alnına bolmaslar egrini könü 
etməgə, həlbət, köp türlü söz bilə cəht etərlər yarğucunu aldamağa, 
ne türlü bolsarlar köktəgi yarğucununq alnına turmağa ki, barça 
yapuxlarnı kərər ki, anınq alnına kimsə aldamax bilə bolmas könü 
bolmağa, yoxsa könülük bilə tergöv bolsar? 
Oşta bu 12 türlü başişlər biri birinə baylap, səbəp xoyarbiz 
Törə bitikinə oxşaş surp arakellərgə, xaysı ki Biy Tenqridən yar-
ğucular berildilər dünyağa, da xaytıp Ari Can bilə toğurdular 
hajrabedlərni u vartabedlərni, ari yıxövnünq yarğuçuların. Zera bu 
12 tügəl san haybatlandı barça dünyağa, zera bu 2 altıdan toğ-
dular, da bu 6 san dünyaninq yaratılğanınınq künləridir, da 
ölçövüdür adəmininq 6 teprənişininq, da sanıdır adəmilikninq 
tarbiyatınıq...”  
 
TƏRCÜMƏSİ: 
“...Bundan sonra müqəddəs kitablardan seçilmiş yazılı qanun-
lardan istifadə olunmalıdr. 
On birinci səbəb o idi ki, hakimlər “Törə bitiki”ndən  ədalətli 
hökm verməyi öyrənsinlər və unutmasınlar ki, bir gün özləri də 
Tanrı məhkəməsi qarşısında cavab verməli olacaqlar. 
On ikinci. Ona görə ki, məhkəməyə gələnlər qorxu keçirsinlər. 
Əlbəttə,onlar bəlağətli nitqləri ilə hakimləri və digər iştirakçıları 
aldada bilərlər, Amma bütün gizlinlərin üzə  çıxacağı  və  ədalətin 
mütləq bərqərar olacağı səmavi məhkəməni aldada bilməyəcək. 
İşdə biz bu 12 müxtəlif səbəbi bir – biri ilə  əlaqələndirərək, 


 
99
eynən Tanrı tərəfindən dünyanın hakimləri təyin edilmiş müqəddəs 
həvvarilər, Müqəddəs Ruh tərəfindən yönləndirilən hajrapetlər (din 
başçıları – B.T.) və vardapetlər kimi “Törə bitiki” nin yazılması 
üçün əsas əldə etdik. 
Axı, 12 rəqəminə bütün dünyada hörmətlə yanaşılır. Çünki, o 
iki 6 – dan ibarətdir. “6” isə dünyanın yaradılmasına sərf edilmiş 
günlərin sayı  və insanın 6 xasiyyəti və  hərəkəti ilə bağlıdır. Mü-
qəddəs kitablarda başqa diqqətəlayiq nümunələr də var...”  
 
*** 
 
Bundan sonrakı cümlədə redaktorun müdaxiləsi açıq – aydın 
hiss edilir və bu cümləni qətiyyən orijinal hesab etmək mümkün 
deyil. Bununla belə, cümlə  mətnin məzmununa çox da xələl 
gətirmir: 
“...Dağı da bardır köp türlü haybatlıq ki, bu işlərninq ari 
bitiklərdə. Dağı da oxşaştır 12 nahabedlərninq pokolenasına Isra-
jel oğlanlarınınq, xaysılarına ki, berildi Tenqridən yazılğan törə 
Movses xoluna...” 
 
 
TƏRCÜMƏSİ: 
“...Eyni zamanda, İsrailin soyundan gələn 12 nəslin nümunəsi 
də var ki, “Tövrat” onlardan birinə - Musanın mənsub olduğu soya 
göndərildi...” 
*** 
 
Orijinal mətn: 
“Anınq üçün bu 12 türlü başişlər bilə tügəllərbiz Törə bitikini. 
Dağı da ne səbəp boldı bizgə ki, başladıq bu Törələrni 
yazmağa? 
Köp vaxttan beri ulu sağışta edim bu Törə bitiki üçün ki, hər 
kez bizni tabalarlar edi bizim xom da, özgə dayfa da. Dağı da 
hörmət xoyup bizgə bu iş üçün sövüklü ari bitiklərninq  şəgerti 


 
100 
Boğos vartabed köp türlü hörmətli - hörmətli sözlər bilə, da men 
bolmadım üstümə almaga, mahana etip menim biliksizlikimni da 
tenimninq tıncsızlıxını, da sağış ettim ki, xoltxa etkiy edim özgə 
küclü ari vartabedlərdən, zera bar edilər köplər ol vaxtta atlı - 
çuvlu pilisopalar. 
Evet ki, bilip menim cınsımnınq bizminlikini, kləmədim kimsəni 
bu işkə keltirməgə. Yoxsa asrı tanqlar edim ki, arakellər u belgili 
ari atalar munınqki ulu işninq xayğusuna bolmadılar.” 
 
TƏRCÜMƏSİ: 
“...Biz də “Törə bitiki”ni 12 səbəbə dayanaraq yazdıq. 
Daha hansı səbəb bizi bu qanunları yazmağa sövq etdi? 
Həm özümüzünkülər, həm də özgələr tərəfindən daim məzəm-
mət edildiyimizdən bu “Törə bitiki”ni çoxdan yazmağı düşünür-
düm. Bu işə  məni həm də müqəddəs yazıların heyranı olan, mü-
qəddəs kitabların şagirdi Boğos (Pavel - B.T.) da öz çoxsaylı təkid 
və öyüdləri ilə həvəsləndirməkdə idi. Lakin mən bu ağır işin altına 
girməyə  cəsarət etmir və bunu öz cahilliyim və fiziki gücsüzlü-
yümlə əsaslandırmağa çalışır və bu işi digər güclü və ədalətli alim-
lərin görməsini xahiş edirdim. Çünki o dövrdə adlı – sanlı filosoflar 
az deyildi. Bununla belə xalqımın nadan olduğunu bildiyimdən 
kimisə buna məcbur etmək istəmirdim. Bununla belə, həvvarilərin 
və böyük din xadimlərinin bu işi diqqətdən kənarda saxlamaları 
məni çox təəccübləndirirdi.” 
 
*** 
 
Bundan sonra yenə də redaktorun (Xurşudyanın) müdaxiləsi hiss 
edilir. Burada da adı keçən alban katalikosu III Stepannosun adının 
önünə “bütün ermənilərin katalikosu” ifadəsi əlavə edilmişdir: 
“Evet ki, xaytıp boldı  səbəp bu Törə bitikini yazmağa hörmət 
xoyğanından bizgə der Sdepanos gatoğiqosnınq  barça ermenilik-
ninq, bir də, eki də bizdən xoltxa etti, da men mahana ettim menim 
biliksizlikimni da köp kez tartındım bu iştən.” 


 
101
TƏRCÜMƏSİ: 
““Törə Bitiki”nin yazılmasına  əsas  bütün ermənilərin kata-
likosu Stepannosun mənə bu barədə hörmət və izzətlə bir - neçə də-
fə müraciət etməsi həlledici stimul oldu. Onun təkidlərinə baxma-
yaraq, cahilliyimi bəhanə edərərək, imtina edirdim...” 
 
*** 
 
XVI əsrdə redaktəyə məruz qalmış və ya əlavə edilmiş sonrakı 
cümlələr: 
“...Xaçan ki artıxsı xoltxa etti, men də üstümə aldım menim mis-
kinlikim bilə, bilip ki, tiyəsidir  hnazant bolmağa  duxovnıy buyruxka. 
Egər ki, Tenqridən esə bu yaxşı sağış da tügəllənsə anınq onqarmaxı 
bilə, asrı yaxşı;  a egər tügəllənməsə menim başlağanım, özgə ari 
atalar, tügəlləp, başka çıxargaylar. Zera əvəl  əvəldən barça ustalıq 
tügəl, bir adəmidən başlanıp, da andan tügəlləndi, yoxesə köplərdən, 
zera, azdan köptən tapıp, biri birinə keltirip, biriktirdilər barça 
ustalıqnı. Xaytıp esimə aldım ki, Biyimiz Krisdosnınq yarğusuna 
barasımen, ol ki, yüz körməs, ne orunc almas, anınq üçün tiyişlidir 
manqa yazmağa xolum bilə Tenqrininq yarğusununq oxşaşın. 
Bolmağay kimsə tabalağay aytkan sözümnü. Egər kimsə biliksiz esə, 
övrənsin, a egər tügəl övrəngən esə da munda nemə eksik tapsa, kendi 
tügəlləsin. 2 yartın yaxşı könqüllərni yöpsünürbiz sövük bilə.” 
 
TƏRCÜMƏSİ: 
“...Lakin o, israrla təkid etdikdə bir mömin kimi bunu özümə 
mənəvi borc hesab etdim və bu işi üzərimə götürdüm. Əgər bu 
xeyirli fikir Tanrıdan qaynaqlanırsa, çox yaxşı, Onun yardımı ilə də 
iş başa çatar. Yox başladığım iş sona çatmazsa, o zaman digər mü-
qəddəs atalar onu tamamlayar. Çünki hər bir kamil əsər biri tərə-
findən başlanır, digərləri tərəfindən davam etdirirlir və onlar bir – 
birilərini tamamlayırlar. Yaxşı başa düşürdüm ki, vaxt gələcək və 
məşhər günü heç vaxt ikiüzlülük etməmiş və rüşvət almamış Rəb-
bimiz Məsihin qarşısında duracağam. 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə