Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə34/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   30   31   32   33   34   35   36   37   ...   107

 
108 
ninə onq yanındagi alani artarlarğa aytsar: «Kelinqiz, Atamdan 
alğışlanğanlar»,– da sonq yanındagi alani yazıxlılarğa aytsar: 
«Ketinqiz Mendən, xarğışlılar, menqi otka».  
Xaysı alanidir bu türlü ki, ortaçaxlılarnnınqdır  yarğu, orta-
çaxlı alardır, kimlər ki yazıxlarından xaytıp, pokutovat etiptirlər, 
alarnпınq ölçər Tenqri  yazıxın, pokutasın, da kimninq yazıxı 
artıx bolsa, ol bersər cuapın. Alay ox dünya yarğusuna körgüzür.  
Tiyişlidir yarğucuğa ki, bitikçi, uslu, axıllı bolğay, da ari bitik-
lərninq kücün yaxşı bilgəy, da barça adəmilikni igi bilgəy ki, yar-
ğunu toğru etkəy. Tiyişlidir yarğucılarğa ki, lataları bilə tügəl bol-
ğay, da anqlı u axıllı u saxt bolğay, bolmağay ki, törəni anqla-
mıyın, kimsəgə eksiklik etkəy. Necik ki bir peşəkar, tügəl peşəsin 
üvrənip bilməgəy, bolmas ustalıx etməgə, necə artıx dağın biliklik 
kerək yarğucularğa, xaysı ki Tenqrigə yaraşır. Zera yarğu yarmax 
Tenqrininqdir, oldur könü yarğucu, da dünya yarğucuları Tenqrigə 
oxşaştır. Anınq üçün kerəktir ki, yüz körmiyin, Tenqrininq yarğusun 
könü etkəy da Tenqrininq alnına açıx yüzlü bolğay. Dağın da kimgə 
tiyəsidir berməgə boyruxun yarğuculuxnunq? 
Eski Törədə belgili edilər yarğucular, markarelər, kahanalar 
ki, Tenqridən tanqlandılar, da alardan tanqlandılar xartlar, uslu 
yarğucular. Bolur ki, yoluxur yarğu yarmağa xanlarğa u ulu biy-
lərgə. Da bizgə bu türlü bolsun. Xaysı ulusta bar esə krisdan xanı 
ya ulu biy, alar dünya yarğusun xayğurğaylar allarına könülük 
bilə. Da yıxöv yarğusun axpaş xayğurğay vartabedlərninq övrət-
məki bilə, 2 ya 3 axıllı ketxoyalıx bilə. Da xaysı ulusta bolmasa xan 
ya ulu biylər, tiyəsidir axpaşka sımarlamağa yarğu işin ki, barça 
yarğularn ol xayğurğay. Bolmağay ki, bu işkə utru bolğay kimsə, 
zera bardır axpaşlar arasına ki, biliksizdir da axça kücü bilə 
tanqlanğandır. Bilirmen munı men də. Yoxesə biyik asdicanları 
bardır axpalarnınq da barça 
canlar üçün cuvap berüçüdürlər Tenqrininq alnına, alay ox bu 
yarğular üçün bergəylər. Necik yoğarı aytıldı ki, vartabedlər bilə 
etkəylər törəni. Egər ki yarğu başı biliksiz bolsa, xatında olturğan 
bilicilərdən övrəngəy yarğu işini ki, pambassız biyəngəylər kö-
nülükkə.” 


 
109
TƏRCÜMƏSİ: 
“Məhkəmə” anlayışının özünü kim müəyyən etmişdir? Məh-
kəmənin nə olduğunu müəyyənləşdirən ilk növbədə Tanrı, sonra isə 
peyğəmbərlər olmuşlar. Məhkəmə bütün işlərin təhqiqatı deməkdir. 
Dünyada insanlara üç növ davranış xasdır: yaxşı, pis və orta. 
Əzəldən xeyirxah olan, heç kəsi incitməyən insanlara məhkəmə 
lazım deyil. Oğrulara, qarətçilərə  və qatillərə  gəlincə, onların 
məsələsi ümidsizdir. Məhkəmə isə müəyyən çətinlikləri olan or-
tabablar üçündür. Süleyman iki qadının işini müdrikcəsinə təhqiq 
etdiyi və hökm çıxartdığı kimi, Daniyal peyğmbər də iki ağsaqqalın 
və Susannanın müşkülatını eyni müdrikliklə  həll etdi. Məsih də 
özünün ikinci dönüşü zamanı sağ  tərəfdə duran əməlisalehlərə 
deyəcəkdir: “Gəlin, Atamın xeyir – dua verdikləri”, sonra üzünü 
sol tərəfdə duran günah sahiblərinə tutacaq: “Məndən uzaq olun, 
lənətəgəlmişlər, sizin yeriniz əbədi oddur”. 
Bütün bunlardan aydın olur ki, məhkəmə ortada qalanlar 
üçündür. Ortadakılar isə o adamlardır ki, tövbə edir və günah-
larını yuyurlar. Tanrı onların günah və tövbələrini ölçür, gü-
nahları  ağır gələnlər cavab verməli olurlar. Dünyəvi məhkəmə 
də eyni qayda üzrə gerçəkləşməlidir. 
Hakim savadlı, ağıllı  və müdrük olmalı,  ədalətlə hökm çıxara 
bilmək üçün müqəddəs yazıları  dərindən bilməli, insan təbiətinə 
dərindən bələd olmalıdır. Hakimlərin həddi – buluğa çatmış olması 
vacibdir. Onlar anlayışlı, məntiqli və diqqətli olmalıdırlar ki, 
qanunları başa düşməmləri üzündən kiməsə ziyan vurmasınlar. Mə-
lum məsələdir ki, heç bir sənətkarın öz peşəsini dərindən öyrən-
mədən peşəkar olması mümkün deyil, indi görün, hakim öz Tanrıya 
layiq işinin öhdəsindən gəlmək üçün hansı biliklər sahibi olmalıdır. 
Çünki hökm vermək Tanrının işidir, geçək hakim Odur və dünyavi 
hakimlər Tanrıya bənzəyirlər. Odur ki, onlar ilahi məhkəməni qə-
rəzsiz və  ədalətli gerçəkləşdirməlidirlər ki, Tanrının qarşısında 
utanmasınlar. 
Hakimlik vəzifəsi kimə həvalə edilə bilər? 
Əhdi - Ətiqdə Tanrının özü tərəfindən seçilmiş peyğəmbərlər


 
110 
din xadimləri və onlar tərəfindən seçilmiş müdrik hakimlər barədə 
məlumatlar var. Bəzən elə olur ki, xanlar və ulu bəylər hökm 
çıxartmalı olurlar. Qoy bizdə də belə olsun. Əgər hər hansı bir öl-
kədə xristian xan və ya ulu bəy varsa, qoy məhkəməyə  ədalətlə 
sədrlik etsinlər. Kilsə məhkəməsinə sədrliyi isə, rahiblərdən və 2 – 
3 müdrük ağsaqqaldan ibarət məsləhətçilərlə məsləhətləşmək şərti 
ilə, yepiskop gerçəkləşdirsin. Əgər bir ölkədə xan və ya ulu bəylər 
yoxsa, onda məhkəməni din xadiminə tapşırmaq lazımdır ki, o, 
sədrlik etsin. Qoy heç kəs buna qarşı çıxmasın, yepiskopların içə-
risində cahillərin də, pul gücünə seçilmişlərin də olduğunu bəhanə 
etməsin. Belə olduğunu mən də bilirəm. Amma yepiskoplar yüksək 
rütbə sahibidirlər və qəlblərə görə Tanrı qarşısında cavabdehdirlər, 
qoy məhkmələrə görə  də  məsuliyyət daşısınlar.  Əgər hakim ca-
hildirsə, qoy yardımçılarından öyrənsin ki, ədalətli ola bilsin.” 
 
*** 
 
Növbəti başlıq: 
“6.Dağı da ne türlü tiyişlidir bolmağa, könü ya egri yarğuda” 
“Altıncı, hakimlər, haqlı olanlar və haqlı olmayanlar özlərini 
məhkəmədə necə aparmalıdırlar” 
Mətnin davamı (redaktəyə  məruz qalmış  və ya əlavə edilmiş 
hissələr kursivlə verilir): 
“Tiyişlidir yarğucığa ki, orunc aluçı bolmağay, zera yazğandır 
ki, orunc soxraytır, necə ki iti köz bolsa. Zera ol yarğucu ki könülük 
üstünə orunc almastır, anınq sözü keçər yarğuda, da könülük bilə 
yarğuğa uç etər, da kim ki işitsə, biyənir. Ne türlü Tenqri ayttı ki, 
yüz körmənqiz, yoxsa könü yarğu etinqiz. Egər ki könülük bolmasa, 
köp adam esi bilə yazıxka tüşər, da bu iştən özgə millətninq yar-
ğusuna barırlar. Da könülük bolsa, yarğucılar da bazıp bolur 
Tenqrininq sözün aytmağa ki, men yarğu etər esəm, menim yarğum 
könüdür; baxmasın kensininq aslamına, cəht etsin ki, barça adə-
milərni biyəndirgəy. Egər ki sadaxa barça nemədən artıx esə, 
yoxsa yarğunu könülük bilə tiyəsidir etməgə, tiyməs xocağa yüz 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə