Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə33/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   29   30   31   32   33   34   35   36   ...   107

 
105
“Dördüncü, hakimin kim olduğunu izah edir, gerçək hakimlə 
gerçəyəbənzər hakimin fərqini izah edir” 
Bunun ardınca redaktorun müdaxilə etdiyi hissə gəlir: 
“Əvəlgi u könü yarğucu Tenqridir, ne türlü buyurur markare 
Tavit ki, yarğu etər Tenqri kendininq joğovurtuna. Dağı da aytır 
prorok: «Biy Tenqri bizim yarğucumuz». Yənə aytır: «Kel, Tenqri, 
da et seninq yarğunqnu». Dağı da munqar oxşaş bardır köp işlər, 
zera kendi Tenqridir yarğucu ki, övrətir bizgə könü yarğunu, xaysı 
bilə ki dir, adəmilrəgə tüzgəndir bu törələrni, ne friştələrgə, ne 
canavarlarga...” 
“Birinci və  əsil hakim Tanrıdır, necə ki Davud peyğəmbər 
demişdir: “Rəbbimiz Allah bizim üzərimizdə hakimdir”. Daha 
sonra demişdir: “Gəl, Allahım, öz məhkəməni qur!” Bizə gerçək 
məhkəmənin nə olduğunu öyrədən Tanrı özünün hakim oldu-
ğuna, qanunlarını heyvanlar və  mələklər üçün deyil, məhz 
insanlar üçün bərqərar etdiyinə dair bir çox misallar var.”  
Cüzi üslub redaktələrinə məruz qalmış orijinal mətnin davamı: 
 “Evet ki törədə yazğandır: öldürücü canavarnı öldürmək 
kerək,– tügül anınq üçün ki, canavarlar ögütləngəylər, yoxesə 
adəmilər. Dağı da devlərgə də boldı yarğu ki, köktən yergə tüştilər, 
friştədən devlər boldılar öktəmliklərinə körə, dügül köp kez, yoxsa 
bir kez. Xaçan ki yarattı Tenqri adəmini, ol çaxta belgili etti ki, 
yarğucumuz da Eyəmiz kendidir. Da Krisdos keldi dünyaga da 
ayttı: «Yarğu etməgə keldim bu dünyaga», da «Atam kimsəninq 
yarğusun etməs, barça yarğunu berdi Oğul xoluna». Da budur 
Tenqrininq yarğusu ki, Yarıx keldi dünyaga, da adəmilər artıx 
sövdülər xaraxğuluxnu, ne ki yarıxnı. Da Tenqrininq atı atalır 
ayırılmas tarbiyat, zera ne türlü yarğucudur Oğul, ol türlü Ata u 
Ari Can. Da bu işari bitiklərdə alanidir, kim kləsə tergəməgə. 
2-inci, yarğucılar atını berdi Tenqri adəmilərgə ki, yarğu etin-
qiz könülük bilə öksüzgə u tulğa. Da bu iş havsardır xanlarğa, 
biylərgə da xartlarğa, xaytıp markarelərgə, kahanalarğa, xaysı ki 
Movses xoydı yarğucılar anabadda, da mundan sonqra Esu zora-
vor. Ol türlü Soğomon xoldu Tenqridən uslulux ki, yarğu etməgə 


 
106 
bilgəy joğovurtka. Bar edilər kahanalar u xartlar yarğular eskidə, 
ne tьrlь aytır bitiklər də ki, kahanalar bolğaylar xanlп işninq üsnə 
yarğucılar. 
     Ne üçün Tenqri havsar berdi yarğuculuxnu? 
Anınq üçün ki, barçası bu şnorhktan menqərüçi bolğaylar da 
xaytıp ki, eksiklikindən yarğucılarnınq biri birin zrgel etkəylər. Da 
Yənqidə buyurdı Biyimiz Krisdos surp arakellərgə ki, olturğaysiz 
12 olturğucta yarğu etməgə 12 millətkə Israjel xomına. Da alardan 
teşkirip aldılar başlıxlar barça krisdanlarnınq. Ol türlü xaytıp 
Krisdos övrətti mane bilə egri yarğucu üçün ki, tügəl könü yarğu 
etməs edi, barça kimsə adəmilərdən esi kendinə yarğucudur, 
canına u teninə u 5 seziklikinə, da aruvluxta saxlağay kendini.” 
 
TƏRCÜMƏSİ: 
 “Bəli, müqəddəs qanunda yazılıb: ölümə  səbəb olan heyvan-
ları öldürmək lazımdır. Lakin bu heyvanları  cəzalandırmaq üçün 
deyil, insanlar üçündür. Eyni zamanda ruhlar üzərində qurulmuş 
məhkəmə  də olmuşdur ki, nəticədə  mələklər yerə enərək, öz 
qürurları üzündən mələkdən  şər mələklərinə çevrilmişdilər. Lakin 
bu çox dəfə yox, yalnız bir dəfə baş vermişdir. Tanrı insanı yaradar 
– yaratmaz, dərhal özünün bizim Hakimimiz və  Rəbbimiz oldu-
ğunu bəyan etdi. Və Məsih də yer üzünə gələndə demişdi: “Mən bu 
dünyanı mühakimə etməyə gəlmişəm” və “Atam kimsəni mühaki-
mə etmir və  məhkəməni Oğulun ixtiyarına vermişdir”. Tanrının 
məhkəməsi isə  işığın dünyaya ələnməsidir, fəqət adamların çoxu 
işığı deyil, qaranlığı sevir. “Tanrı” adı vahid varlığı bildirir, belə ki, 
Oğul hakim olduğu kimi, Ata da, Müqəddəs Ruh da hakimdir. Bu, 
müqəddəs yazılardan anlaşılır, əmin olmaq istəyən özü tədqiq edə 
bilər. 
İkincisi, “hakimlər” adını verdi Tanrı adamlara ki, yetim və dul 
barədə  ədalətlə hökm verin. Və bu iş  hər kəsə - xanlara, bəylərə, 
ağsaqqallara, eləcə  də peyğəmbərlərə, Musanın səhrada hakim tə-
yin etdiyi kahinlərə (hahamlara), ondan sonra isə  İsaya (Navinə) 
eyni drəcədə aiddir. Süleyman da xalq arasında düzgün hökm ver-


 
107
mək üçün Tanrıdan müdriklik rica etmişdi.  Əski məhkəmələrdə 
kahinlər (hahamlar) və ağsaqqallar hakimlik edərdilər və müqəddəs 
yazılardan aydın olduğu kimi, cinayət işlərinə  məhz kahinlər 
hakimlik etməlidirlər. 
Nə üçün Tanrı mühakiməni hər kəsə eyni dərəcədə verdi? 
Onun üçün ki, hamı bu nemətdən faydalansın, insanlar hakim 
çatışmazlığı üzündən bir – birilərini məhrum etməsinlər. Və Yenidə 
(Əhdi – Cədiddə) Rəbbimiz Məsih müqəddəs həvarilərə buyururdu: 
“İsrail xalqının on iki qolunu mühakimə etmək üçün on iki kürsüdə 
oturun.” Xristianların bütün böyükləri bu hüququ məhz onlardan 
qəbul etmişlər. Eləcə  də doğru mühakimə yürütməyən  ədalətsiz 
məhkəmə barədə öyüdündə  Məsih öyrədirdi ki, hər bir insanın 
şüuru onun özünə, ruhuna, bədəninə, beş duyğu üzvünə hakimdir 
və hər kəs təmizliyinə özü nəzarət etməlidir.” 
 
*** 
 
Xaçeresin qoyduğu növbəti başlıq gəlir: 
“5. Dağı da nedir yarğu, ya kimlərgə bazıp sımarlamaq kerək, 
ya kimlərgə tiyər yarğunu etməgə” 
“Beşinci. Məhkəmə  nədir, hökm vermək hüququna kim 
sahibdir və ya hakimliyi kimə etibar etmək olar” 
Bu bölümün ilk abzasının iki cümləsi ciddi üslub redaktəsinə 
məruz qalıb. Həmin cümlələri, eləcə  də, redaktəyə  məruz qalmış 
digər yerləri kursivlə təqdim edirik: 
“Da yarğu kimdən aytıldı?  Əvəl Tenqridən, sonqra markare-
lərdən ki, yarğu nedir. Yarğu barça işlərninq tergəməkidir. 3 türlü 
iş bar ki, adəmilər teprənirlər dünyada: yaxşı u yaman, da orta-
çaxlı. Kimlər ki alani yaxşı kişilərdir da kimsəni zrgel etməslərdir, 
alarga yarğu kerəkməstir. A kimlər ki oğrudur, ya xaraxçıdır, ya 
baş yevüçüdür, alarnпnq işi tas bolmaqtır.  A yarğu ortaçaxlı 
adəmilərninqdir, kimninq zaxoccası  bar.  Ne türlü Soğomon 2 
xatunnınq es bilə tergəp taptı yarğusun, ol türlü Taniel markare es 
bilə açtı Šuşannınq 2 xartnınq yarğusun. Da Krisdos 2-inçi kelgə-


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə