Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə41/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   37   38   39   40   41   42   43   44   ...   107

 
129
Həvvari (Pavel) öyrədir: “Təsdiqini tapan and insanlar arsın-
dakı hər cür mübahisəyə son qoyur” və Tanrı bunu xoş qarşılayır, 
amma bununla yanaşı iki şeyə - öz canına içilən anda və Tanrıya 
içilən anda diqqət yönəldir. Söyləniləni belə anlamaq lazımdır: 
İnsanlarda, xüsusən də xanlarda mütləq həqiqəti təsbit etmək üçün 
and içmək adəti olduğu kimi, buna bənzər bir şeyi Tanrı da öz 
üzərinə götürmüşdür, amma and içmək üçün yox, insanlara and 
içməklə sözlərində və əmllərində düz olduqlarını sübut etmələrinin 
mümkün olduğunu göstərmək üçün. “Onun andı yalandan xalidir” 
Tanrı  kəlamının mənası budur. Tanrı insanların qayda – qanun-
larına ona görə uymadı ki, onlara tabe olsun. Adətlərimizə  əməl 
etməklə bizə  əməlisalehliyi öyrətdi. Eləcə  də  İbrahim qulunu and 
içməyə məcbur edəndə qanuna uyğun davranmışdı. Eynən Tanrı da 
Nuh zamanında bütün dünyaya mərhəmətli olduğunu göstərmək 
üçün öz oxunu (göy qurşağını) göyə yerləşdirməyə boyun oldu. 
İndi də keçirəm and içməyin qaydalarına. 
Andın iki növü var: şəhadət və mürtədlik. Mürtədlik (dindən 
çıxmaq) andı zamanı əllər xaçın və ya kilsənin divarları üzərinə qo-
yulur və kilsədən üz döndərilir və ya da deyilir: “Əgər filan iş filan 
cür deyilsə, mən də gerçək xristian deyiləm”. Bunu belə başa 
düşmək lazımdır ki, bu cür and içənlər dinindən çıxırlar, halbuki, 
gerçək xristianlar, onu öldürmək və evini başına uçurmaqla 
hədələsələr də, bu cür and içməzlər.  Şəhadət andı isə odur ki, 
Tanrının hər  şeyi gördüyünün fərqində olaraq, əli xaçın və ya 
İncilin üzərinə qoyub deyirsən: “Bunun şərəfinə  və qüdrətinə and 
içirəm ki, yalan söyləmirəm”. Belə and şəhadət andıdır, çünki bu 
zaman Tanrının qeyblərdən xəbərdar olduğu, İncilin Məsihin sözü, 
kilsənin isə onun məbədi olduğu təsdiq edilir. And içmək istəyən, 
qoy,  şəhadət andı içsin, amma heç kəs heç vaxt mürtədlik andı 
içməsin. Bunu hökm kimi yox, tövsiyyə edərək söyləyirəm. 
Əgər çəkişənlərin hər ikisi xristiandırsa və ortadakı ziddiyyət 
mürdətlik andını gərəkli edirsə, qoy hakim onları hüzurundan qov-
sun və tövbə etməyənə  qədər onlara and içməyə imkan verməsin, 
yalnız bundan sonra şəhadət andı üçün vaxt təyin etsin. Hakim and 


 
130 
içmək üçün imkan verməyə tələsməməlidir, o öncə məsələni andsız 
həll etməyə çalışmalıdır, yox, əgər andsız keçinmək mümkün de-
yilsə, onda hakim əvvəl andın necə içilməli olduğunu, bunun necə 
ağır iş olduğunu izah etməli, yalnz bundan sonra and vaxtını təyin 
etməlidir. Xırda – para işlərə görə anda dəvət etmək, dünyanın 
bütün nemətləri müqabilində olsa belə, and içmək məsləhət deyil. 
Əgər kasıb olduqlarını  bəhanə edib, andda israr etsələr, o za-
man borcun yarısının ödənilməsinə göstəriş verilməli və and 
içilməsinə icazə verilməməlidir.  Əgər yarısını da ödəmək im-
kanları olmadağını söyləyib yenə də israr etsələr və buna görə 
məsuliyyəti öz üzərlərinə götürsələr, bu halda günah məh-
kəməyə aid deyil. Amma tərəflərə peşiman olmaları  və borcu 
ödəmələri üçün vaxt verilməlidir. 
Andın kim tərəfindən təyin edilməli olduğunu da söyləyim. 
Şahidləri olanlara bütün erməni məhkəmələrində and 
yasaqdır.  Şahidi olmayanlara isə and içmək vacibdir. Əgər 
kimsə kimisə borcuna görə  və ya hansısa başqa məsələyə görə 
məhkəməyə verərsə və nə onun, nə də qarşı tərəfin şahidi yoxdursa, 
məhkəməyə müraciət edənin and içməsinə ehtiyac yoxdur, şikayət 
edilən isə,  əgər dürüst adamdırsa, and içməyə  məcburdur.  Əgər 
kiminsə yalandan and içmək və ya kimisə yalandan and içməyə 
məcbur etmək istədiyi hakimə məlum olarsa, o, yalanın təntənəsinə 
mane olmaq üçün anda yol verməməlidir.  Amma  əgər kimsə ya 
oğruluğa, ya zinakarlığa, ya qətlə, ya da talana görə tutularsa
amma bu cinayəti kimin törətdiyi dəqiq məlum deyilsə, sübut 
yoxdursa, şikayətçinin də şahidi yoxdursa, şübhəliyə and təyin 
edilməlidir, hərçənd ki, pis əməlli adamlar üçün andın heç bir 
dəyəri yoxdur. Əgər müttəhim məhkəmədə  hər kəsin qar-
şısında bu işdə əlinin olmadığını, söylənilənlərin şər olduğunu, 
onu boş yerə ittiham etdiklərini və heç bir birbaşa və dolayı 
sübutun olmadığını söylərsə  və and tələb edərsə, hakim də 
onların sübut olmadığı barədə söylədiklərinin doğru olduğunu 
görərsə, o zaman and təyin etsin və onu ölümdən qurtarsın. 
Daha sonra kimin and içməli olduğunu izah edək. 


 
131
Artıq yuxarıda kimin şahidlik edə biləcəyi barədə yaz-
dığımız kimi, eyni şəkildə bildirməliyik ki, andı qəbul edənin 25 
yaşa çatmış  şəxs olması lazımdır. Həddi – büluğa çatmadığı 
üçün uşağa and düşmür. Qocanın da and içməsinə imkan ver-
mək olmaz, çünki o, ölümə yaxınlaşır. Eləcə də, günah üstünə 
günah gəlməməsi üçün epitimiya halında olanın and içməsi 
yolverilməzdir. Eləcə  də, rahiblərin və hamilə qadınların and 
içməsinə ehtiyac yoxdur. Eləcə də, tövbə etmədikcə nə zülmkar-
ların, nə əyyaşların və nə də günaha batmışların and içməsinin 
mənası yoxdur, çünki onların andlarını kimsə ciddiyə almaz. 
Amma  əgər onların atası, qardaşı, oğlu varsa, qoy, onlar and 
içsinlər. Əgər qadının anası, əri, bacısı və ya qohumları varsa, 
qoy, onlar onun yerinə and içib onu əziyyətdən qurtarsınlar və 
bu cür and qəbulediləndir. Biz eyni zamanda, rahiblər, zahid-
lər və ruhanilər haqqında da yazaraq bildiririk ki, onlar and 
içməyə tabe tutulmamaq üçün məhkəməyə ayaq basmamalı-
dırlar, məhkəməyə onların qardaşlarının və ya yaxınlarının 
getməsi məsləhətdir. Amma əgər and içmək ruhaninin boynuna 
düşərsə, qoy bunu onun yaxını etsin, çünki ruhaniniyə and 
içmək məqsədi ilə  məhkəməyə getməsi yolverilməzdir.  Əgər 
ruhaninin dürüst adamlardan ibarət şahidləri varsa, qoy andı 
onlar içsinlər, onun yaxınları narahat edilməsinlər. 
Daha sonra vardapet Mikayıl anda görə  cəza haqqında 
yazır, belə ki, əvvəllər Törə bitikinin kimsə  tərəfindən tərtib 
edilməmiş olması  səbəbindən müqəddəs atalar anda görə çox 
ağır cəzalar verirdilər. Madam ki, Tanrı bizim bu Törə bitikini 
tərtib etməyimizə icazə vermişdir, biz də anda görə verilən 
cəzaya yüngüllük gətiririk.  Əgər kiməsə böyük bir işə  və çox 
əhəmiyyətli bir səbəbə görə  məhkəmə  tərəfindən  şəhadət andı 
təyin edilərsə və həmin adam da andı qəbul edərsə, qoy, yepis-
kop və onunla birlikdə olduğu üçün həm də hakim ona üç illik 
cəza kəssinlər. Yox, mühakimə edən başqa birisi olarsa, qoy, 
and içən adam bilikli bir vardapetin yanına getsin və o da onun 
cəzasını  təyin etsin. Əgər kimsə yalandan şəhadət andı içərsə, 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə