Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə43/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   39   40   41   42   43   44   45   46   ...   107

 
135
qarşısında baş əyirik, Onu alqışlayırıq. Eləcə də insan olan, Ata ilə, 
Müqəddəs Ruhla əlaqəsi əbədiyyən qırılmayan Oğula gerçək Tanrı 
kimi inanırıq. Və əməlisaleh xristianlar kimi yaxşı işlər görməyə 
çalışırıq, bəzən dünyanın nemətlərinə uysaqsa da, peşimançılıq 
çəkir, tövbə edir və günahlardan təmizlənirik, bir-birimizin 
yanında günaha batanda, qəlbimizdə kin və  qəzəb baş qal-
dıranda məhəbbətlə bir – birimizi bağışlayırıq. Bu səbəbdən də 
öz inam və dinimizlə onlardan ayrıldığımız kimi, onlardan 
məhkəməmizlə də fərqlənməliyik, çünki bizim məhkəmə həqiqi 
və alınmaz olmalı, yalançı  şahidlərə, muzdlu natiqlərə orada 
yer olmamalı, varislərini vərəsədən məhrum edərək, ölülərin 
ruhlarını incitməməlidir. Bütün bu müsbət amillər dinsizlərin 
məhkəməsindən uzaqdır. Dinsizlərin məhkəməsi xristian məh-
kəməsindən bu qədər fərqləndiyindən, ona oxşamadığından 
bizim üçün məqbul deyil. Axmaqlıqları üzündən ora müraciət 
edənlərə  gəlincə, onlar bizə  də, məhkəməmizə  də çox ziyan 
vururlar. Bizim məhkəməyə xəyanət edərək, özgələrinkinə müra-
ciət edənlər üçünsə Tanrının peyğəmbər vasitəsi ilə söylədikləri 
yerinə yetir: “Vay halınıza, sizin şərəfsizliyiniz üzündən adım 
dinsizlərin dilinə düşdü!” Bu səbəbdən də xristianlar hansısa 
yalana görə, həqiqətə qalib gəlmək naminə özgələrinin məhkəmə-
lərinə baş vurmamalıdırlar. Xristianlar xristian məhkəməsinə 
getməli və unutmamalıdırlar ki, bu məhkəmədə hətta ədalətsizlik 
baş versə də, Tanrı buna görə onları mükafatlandıracaqdır”. 
 
Sonuncu başlıq: 
“10. Dağı da yazar vartabed k,i xaysı bitiklərdən ya xaysı 
millətlərdən yığıp yazıpbiz bu törələrni”(10.Bundan sonra var-
dapet bu törələri hansı kitablar və xalqların qanunları  əsasında 
tərtib etdiyini yazır) 
Mətnin davamı: 
“Xaytıp tiyəsidir bilməgə ki, tügülüdür yalqız bu Törə bitiki, 
xaysın ki hali yazıyırbiz, tügül yalqız mendən bolğay tügəllənməki 
munqar, zera oxşaşı bar ğanonkka, ne türlü ki, ğanonk birdən 


 
136 
yazılmadı, a ne bir yerdə, a ne bir adamdan, yoxsa az – az yazıldı, 
əvəl arakellərdən, sonqra Niqiada, sonqra Puzandiada, andan 
sonqra Epesosta, alay ox bu Törə bitiki. Əvəl başlanmaqı mununq 
bizdən boldı, da bizdən sonqra kerək ki, az – az yazılğay da tügəl 
bolğay, zera qanonktan boyruxtur, yılda 3 kez joqovk bolğay, da 
tergöv etkəylər, egər ki dünyada nema yanqi badiyət çıxıp esə, ani 
barça baxıp, ari atalar artıxsılıxnı keri salğaylar da toğru yolğa 
keltirgəylər. Bu türlü tiyəsidir bilmağa yarqu bitiklərinə: necə ki 
yənqi nema törə yoluxsa, da tergəp, uslular baxkaylar toğru esə, 
yazğaylar ani da bu bitiktə. Egər ki kimsə es yoxsa, tapar barça ari 
bitiklərdə bu türlü ki, az – az ilgəri kelip tügəlləniptir. 
Ne türlü Ararack bitiki Movsestən tügül ki birdən yazıldı, alay 
ox 12 markarelər dügül ki bir zamanda yazıldı ya 1 adamdan, alay 
ox barça markarelər. Bu türlü surp Avedaranlar da tügül ki, bir 
zamanda yazıldı, ya 1 – indən, hər biri yazdı kendi vaxtı bilə, ol 
türlü bitikləri Boğos arakelininq. Dağı da köp bitiklər ari atalar-
dan u vardapetlərdən yazıldı kendiləri vaxtına. Bu türlü orinaq bilə 
bu bitikni də biz başladıq yazmağa. Egər bizdən az – az ilgəri kelip 
yazıldı esə, emdi də egər köplərdən yazılsa özgə vaxtlarda, nema 
eksiklik tügüldür, yoxesə tek toğru törə bolsun ki, barça yaxşılar 
biyəngəylər də mununq eksikin tügəlləgəylər.” 
 
 
TƏRCÜMƏSİ: 
“Eləcə də bilmək lazımdır ki, hazırda yazmaqda olduğumuz bu 
“Törə bitik”i ehkam deyil, yalnız bizim tərəfimizdən tamamlana 
bilməz. Çünki o, birdən – birə peyda olmayan, bir adam tərəfindən 
və bir yerdə  qələmə alınmayan,  əksinə, parça – parça, öncə  həv-
varilər tərəfindən, sonra Nikeyada, daha sonra Bizansda, ondan da 
sonra Efesdə yazılan qanunlar kimidir. Eləcə  də bu “Törə bitiki”. 
Onun başlanğıcı bizim tərəfdən qoyuldu və vacibdir ki, ona 
əlavələr edilsin və o təkmilləşdirilsin. Çünki qanunlar ildə 3 dəfə 
toplanan müqəddəs atalar tərəfindən təhlil edilməli, dünyada baş 
verən yeniliklər diqqətə alınaraq, lazımsızlarından təmizlənməli və 


 
137
onlara düzəlişlər edilməlidir. Qanun kitabları ilə  də eyni cür 
davranılmalıdır. Müdrik adamlar bütün yeni qanunları gözdən ke-
çirməli, təhlil etməli və zəruru olanlarını kitaba əlavə etməlidirlər. 
Əgər diqqətlə baxan olsa, görər ki, müqəddəs kitablar da eyni 
qayda üzrə təkmilləşdirilmişdir.  
Necə ki, Musa “Varlıq” kitabını eyni vaxtda yazmayıb, 12 
peyğəmbərin kitabları da, elcə də digər peyğəmbərlərin kitabları bir 
adam tərəfindən və bir vaxtda qələmə alınmamışdır. Eləcə də mü-
qəddəs “İncil” birdən-birə  və eyni müəllif tərəfindən yazılmamış-
dır,  əksinə, hərə öz dövründə yazmışdır. Eləcə  də Pavelin müra-
ciəti. Eləcə  də müqəddəs ataların və müəllimlərin hərəsinin öz 
vaxtında yazılmış kitabları. Əgər bizdən öncə yazılmışsa və bundan 
sonra çoxları yazacaqsa, bu, əskiklik deyil, yetər ki, qanunlar doğru 
olsun,  əməlisaleh adamların xoşüna gəlsin və  əyər-əksiyi aradan 
qaldırılsın”. 
 
 


 
138 
MXİTAR QOŞ VƏ ONUN ANA DİLİNDƏ TƏRTİB ETDİYİ 
“ALĞIŞ TUM ZAMANNA” DUASI 
 
Mxitar Qoşun dövrümüzədək ana dilində yetişən  əsərlərindən 
biri də “Alğış tum zamanna” (Bütün zamanlar üçün şükr duası) 
əsəridir. Bir çox əlyazmalarda sadəcə  “Alğış tum zamanna” adı 
ilə keçən bu duanın məhz Mxitar Qoş  tərəfindən tərtib edildiyini 
Saltıkov  Şedrin adına Sankt – Peterburq Dövlət Kitabxanasında 
qorunub saxlanmaqda olan, alban dilindən erməni dilinə  tərcümə 
olan, fəqət başlıqları alban dilində verilən bir dua kitabındakı qeyd-
lər sübut edir. Söhbət sözügedən kitabxananın  əlyazmalar  şöbə-
sində “Dorn 636” şifrəsi altnda saxlanılan  əlyazmadan gedir. Hə-
min  əlyazmada haqqında söz açdığımız dua “Aytkani Mxitar 
vardabetninq. Alğış tum zamanına” (Vardapet Mxitar qoşun 
dilindən. Bütün zamanlar üçün şükr duası) adı altında verilmişdir.  
Sevimli oxucularımıza tərcüməsiz təqdim etdiyimiz həmin 
əsərin qısa variantı Polşadakı Milli Muzeyin kitabxanasının Krakov 
şöbəsində qorunan 2412 №-li əlyazmadan dərlənmişdir. Eyni mətn 
“Alğış tum zamanna” başlığı altında 1618–ci ildə Lvovda çap 
olunan və hazırda yeganə nüsxəsi Leydendə (Niderlanda) qorunan 
“Alğış bitiki” kitabına da daxil edilmişdir. Təqdim edilən bütöv 
variant isə 143 №-li  əlyazmadan dərlənmişdir Bu əlyazmada  əsər 
Alğış tum zamanında.  Alğış Biyimiz Jisus Krisdosğa xarşı. 
Aytılğan Mıxitar surp vartabedninq, evet tiyişlidir kendin aytma 
surp Badaraknınq zamanпnda ” başlığı altında qeyd edilib. 
Təqdim edilən mətnlərə XVI əsrdə edilmiş redaktə və əlavələr 
kursivlə verilir. 
 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə