Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə46/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   42   43   44   45   46   47   48   49   ...   107

 
145
MXİTAR QOŞ VƏ ONUN 
 “ALBAN SALNAMƏSİ” ƏSƏRİ 
 
Mxitar Qoşun dövrümüzədək ulaşmış daha bir əsəri “Alban 
salnaməsi” əsəridir. Hazırda bu əsərin iki əlyazması məlumdur. On-
ların hər ikisi Venesiyada (İtaliya) qorunur. Onlardan biri “Bizim 
Bzommar Ümmulilahə” Unitar Monastırında (8 №-li  əlyazması), 
digəri isə San Lassaro mxitaristlərinin monastırında (1237 №-li 
əlyazması) saxlanılır.  Əlyazmaların dili dəqiq məlum deyil. Çox 
güman ki, alban (qarqar – qıpçaq) dilindədir. Əsərin dövrümüzədək 
erməni dilinə tərcümədə yetişdiyi söylənilir, fəqət bunu yoxlamaq 
lazımdır. Biz həmin  əlyazmaların surətlərini  ələ  gətirə bilmədik. 
Çünki ermənilər buna heç cür imkan vermirlər. 
Əsərin məzmunu haqqında əldə olan məlumat Alişanın 1901–
ci ildə ingilis dilində  “The Albanian Chronicle of Mkhitar Ghosh” 
adı altında nəşr etdirdiyi tərcümə  əsərinə  əsaslanır. Həmin  əsəri 
Azərbaycan türkcəsinə tərcümə edən mərhum Ziya Bünyadov onu 
1993–cü ildə Azərbaycan oxucusuna təqdim etmişdir.  
Salnamə “Törə biriki” ilə eyni dövrdə yazılmağa başlanmış, 
fəqət yarımçıq qalmışdır. Bunu 1237 №-li əlyazmasınn sonuna əla-
və edilmiş qeyd sübut edir: 
“Bizim “Törə bitiki”ni bu yerdə yarımçıq qoymağa məcbur 
edən xilaskarımız  İsaya və onunla birlikdə Ruhani Ataya və 
Müqəddəs Ruha eşq olsun! Lakin biz bu sonluğu yazmaqdan qabaq 
“Qanunlar Kitabı burada sona yetir” – dedikdə bu, həmin kitabın 
sonu deyildi; biz ehtimal ki, işimizi hissə - hissə davam etdirmək 
üçün fasilə verməyi qərara almışdıq. Həm də yazmağı elə davam 
etdirmək istəyirdik ki, bizdən başqa yazmaq, həmçinin nəyi isə 
əlavə etmək qərarına gələnlərə mane olmayaq. Təsis edilmiş bütün 
qanunları yazmağa başladığmız ildə xaricdən deyil, ağr bir yük 
kimi üzərimizə düşən ölkə daxilindəki təqiblər üzündən bu sal-
namənin tərtib edilməsi işi dayandırılsa da, biz həmin salnaməyə 
alban katalikoslarının siyahısını da daxil etməyi lazım bildik”. 


 
146 
Mxitar Qoşun sevgidəyər oxuculara təqdim edilən həmin əsəri 
Ziya Bünyadovun tərcüməsində və bu sətirlərin müəllifinin redak-
təsində təqdim edilir. 
 
“Alban salnaməsi” 
 
Biz bu salnaməyə  həmçinin alban katalikoslarının siyahısını 
salmağı gərəkli bildik. Burada onları tamamlayıb, (aşağıda göstər-
diyimiz qaydada) hamısının siyahısını əldə edə bilərik. Biz onların 
adını, əvvəla, bu prinsip əsasında yazırıq və digər tərəfdən siyahını 
elə tuturuq ki, alban sülaləsi haqqında tam hesabat verən Musa 
Dasxuranlının yazmış olduğu tarixi davam etdirmək istəyən hər kəs 
buradan patriarxların siyahısını asanlıqla götürə bilsin. Həmin 
adam bu tarixdə haqqında yalnız onun (Musanın) yazmış olduğu 
adamların adını tapa biləcəklər. Bu çox faydalı bir siyahı olacaq, 
çünki o zamandan indiyə qədər (bu barədə) heç kim yazmamışdır; 
(ehtimal ki,) gələcəkdə kimsə (bu haqda yazmaq) həvəsinə düşər. 
Aşağıda həmin siyahın veririk. 
Qüds  şəhərindən gəlmiş müqəddəs ata Yeliseydən sonrakı 
alban patriarxlarının siyahısı: 
Müqəddəs Şuphalişo, 
Matteos, 
Sahaq, 
Karen 
Pand, 
Lazar. O, Baqaməcdə Hazarpatı  və Müqəddəs Panteleon kil-
səsini tikdirmişdir. O bunları  Bəy Tanrıdan ona vəhy gələndən 
sonra ucaltmışdır. 
Müqəddəs Yeliseydən müqəddəs Kirkora (Qriqoriyə - B.T.) qədər 
300 il keçmişdir. Sonralar albanlar ermənilərdən müqəddəs Giraqosu 
(Qriqorisi, Cərcisi) xahiş edib istəmişdilər. Müqəddəs Giraqos 15 
yaşında patriarxlığa seçilmiş və katalikos olduğu zaman dinsizlər tərə-
findən öldürülmüşdür. O zaman Roma tarixinin 101-ci ili idi. 


 
147
Aşağıda göstərilənlər isə Çolda patriarx olanlardır: 
Zəkəriyyə, 
Davud,  
Müqəddəs Yovhannes (Yəhya – B.T.) 
İeremiya. 
Lakin erməni tarixinin başladığı ildə (11 iyul 552 – 10 iyul 
553–cü il – Z.B.) onlar katalikosluq taxtını  Bərdəyə köçürmüş  və 
ona patriarx qismində müqəddəs ata Abbası  əyləşdirmişdilər. 
Abbas 23 il katalikos olub. 
Qədim albanlarda məktubda ünvanı belə yazmaq adət idi: “Al-
baniyanın, Lipinin (Labanın – B.T.) və Çolun katalikosundan...” 
Müqəddəs ata Viro, 33 il idarə etmişdir, müqəddəs  ər, xeyir-
xahlıqda məşhur idi – erməni təqviminin 75–ci ili (23 iyun 626 – 
22 iyun 627–ci il). 
Müqəddəs ata Zəkəriya, müqəddəs və nöqsansız ər. 17 il. 
Müqəddəs Yovhannes (İohan – Z. B.), 25 il. 
Müqəddəs ata Uxtanes, 12 il. 
Müqəddəs ata Yeliazar, 6 il, o, Tanrı  tərəfindən axiyepiskop 
rütbəsinə təyin edilmişdi. Erməni təqviminin 137–ci ili (7 iyun 688 
– 6 iyun 689–cu il). 
Müqəddəs ata Nerses, 15 il. O, Xalkedon küfrünün tərəfdarı idi. 
Müqəddəs ata Simeon, 1,5 il. 
Müqəddəs ata Mikayıl, 35 il. Erməni təqviminin 190–cı ili (25 
may 741 – 24 may742–ci il) 
Müqəddəs ata Anastas, 4 il. 
Müqəddəs ata Yusif, 15 il. 
Müqəddəs ata Davud, 4 il. 
Digər bir müqəddəs ata Davud, 9 il. Erməni təqviminin 225–ci 
ili (16 may 776 – 15 may 777–ci il). 
Müqəddəs ata Matteos, 1,5 il. 
Müqəddəs ata Harun, 2 il.  
Müqəddəs ata Solomon, 0,5 il. 
Müqəddəs ata Teodoros, 4 il. Erməni təqviminin 234–cü ili 
(14. V. 785 – 13.V. 786). 
Müqəddəs ata Solomon, 11 il. 


 
148 
Müqəddəs ata Yovhannes, 25 il. 
Müqəddəs ata Movses, 0,5 il. 
Müqəddəs ata Davud, 28 il. 
Müqəddəs ata Yovsep, 22 il. Erməni təqviminin 327–ci ili 
Müqəddəs ata Samuil, 15 il. 
Müqəddəs ata Yovhannes, 8 il. 
Müqəddəs ata Simeon, 21 il. 
Müqəddəs ata Davud, 35 il. Erməni təqviminin 378–ci ili (8. 
lV. 929 – 7.lV. 930) 
Müqəddəs ata Sahaq, 25 il. 
Müqəddəs ata Qagik, 10 il. 
Müqəddəs ata Davud, 6 il. 
Müqəddəs ata Petros, 12 il. O, hələ sağlığında taxtdan əl çək-
miş və Parisosun rahibi olan müqəddəs ata Movsesi öz varisi təyin 
etmişdi. Movsesdən sonra isə patriarxlıq taxtına mömin və müqəd-
dəs ata Markos əyləşmişdi. 
Markosdan sonra patriarxlıq taxtın müqəddəs ata Yovsep, on-
dan sonra başqa bir müqəddəs ata Markos, daha sonra müqəddəs 
ata Stepannos tutmuşdur, sonra da da müqəddəs ata Yovhannes 
tutmuşdur. 
Sonra müqəddəs ata Stepannos gəlir. O, gənclik illərində kata-
likosluğa cəlb edilmiş və patriarx kimi il yarım çalışmışdır. Onun 
ölümündən sonra Albaniya ölkəsi 8 il patriarxsız qalmış  və bu 
müddət  ərzində burada katalikos olmamışdır. Həmin müddətdə 
Albaniyada başqa vilayətdə ruhanilik etməli olan adamları kata-
likos seçirdilər. Bu dövrdə müqəddəs yağın miqdarı o qədər azal-
mışdı ki, uşaqları adi su ilə  vəftiz edir və üstünə cüzi miqdarda 
sirkə yaxırdılar. 
Lakin 8 il keçdikdən sonra, daha doğrusu, erməni təqviminin 
588–ci ilində (15.II.1139 – 14.II. 1140) Ərməniyyə katalikosu olan 
müqəddəs ata patriarx Kirokosun nəslindən olan Ərzurum yepisko-
pu Sahaq, məşhur Davud vardapetin şagirdi, ölkəmizin vardapedi 
Kirkorun təşəbbüsü ilə və onun xahişinə əməl edərək öz adamları 
ilə birlikdə Ərməniyyədən Albaniyaya gəldi. 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə