Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə47/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   43   44   45   46   47   48   49   50   ...   107

 
149
İndi müqəddəs ata Sahaq bu Albaniya ölkəsinə gəldikdə hamını 
Qurigen xanın oğlu xan Abas Baqratuninin evinə, öz yanına çağırt-
dırdı. O da hamını Tovuz qalasında onun ətrafında topladı. Bura bu 
müqəddəslər və yepiskoplar cəm oldular: Abas xanın qardaşı 
Davud xan, Qurigenin oğlu, onların qardaşı müqəddəs ata Stepan-
nos, Davud vardapetin şagirdi Sərqis vardaprt, Gəncə arxiyepis-
kopu Kirkor, Sərqis vardapetin şagirdi yepiskop Sahaq, Koqt 
vilayəti və  Şəmkir  şəhərinin yepiskopu Stepannos, Şəmirməcor 
yepiskopu Sərqis, Qabr yepiskopu Manuel, Həşibəng keşişi Sərqis. 
Bu yığıncağın başında  Ərməniyyə katalikosunun baş yepiskopu 
müqəddəs Sahaq, habelə tərki – dünya və müqəddəs vardapet Sər-
qis dururdu. 
Beləliklə, onlar gurultulu mərasim və təntənəli ibadət şəraitində 
rəhmətlik Albaniya katalikosu müqəddəs ata Stepannosun qardaşı 
oğlu Kirkoru Albaniya katalikosluğuna layiq gördülər. Həmin məc-
lis günü tre ayında, erməni təqviminin 27 tre 588–ci ili (11. Vl. 
1130.) İşıqlı Dirilmə günü ilə Müqəddəs Ruhun Zühuru günü üst – 
üstə düşdü. 
Bundan sonra nümayəndələrin hər biri öz evinə qayıtdı. İslah-
olma günündə (30 iyul 1139–cu il) yenidən hamı Katalikos qayası 
adlı qalaya toplandı. Bu dəfə yuxarıda adını çəkdiyimiz yepiskoplar, 
vardapetlər, müqəddəs atalar, habelə başqa vardapet və ruhanilər 
öncəkindən çox gəlmişdi. Həmin gün onlar daha iki yepiskop seçib, 
müqəddəs yağ üçün xeyir – dua verdilr. Sonra müqəddəs yağdan 
bütün şəhərlərə bol – bol payladılar. Onlar bu kilsə məclisini bayram 
edib, şənlikləri Müqəddəs Ruhun  Ucalması gününədək (17 sentyabr 
1139–cu il) davam etdirib hamılıqla Tanrıya alqış edib sevindilər.  
Areq ayında, bu ayın 18–ci günündə,  şənbəyə keçən gecə, 
Müqəddəs Georgi bayramı günündə (30. VIII.1139) Tanrının 
dünyaya qəzəbi tutdu, yerin hiddəti və böyük dağıntılar dəhşətlə 
yayılaraq bu Albaniya torpağına da çatdı, necə ki deyilib: “(Tanrı) 
gözünü yerə dikir, o da titrəyir”. Bu zəlzələ  nəticəsində bir çox 
şəhərlərdə, Parisos və Xaçın vilayətlərində, istər düzənlikdə, istərsə 
də dağlarda çox yer dağıldı. Zəlzələdən paytaxt Gəncə də əhalisi ilə 


 
150 
birlikdə  cəhənnəmə vasil oldu. Dağlıq mahallarda əhalinin başına 
uçan bir çox qala və  kəndlər, vənglər (monastırlar) və kilsələrlə 
birlikdə viran oldu. Viran olmuş qala və binaların altında çox sayda 
adam tələf oldu. Bu hadisə erməni təqviminin 588–ci ilində baş 
vermişdi. 
Zəlzələnin baş verdiyi elə  həmin gündə Davud xanın oğlu, 
Gürcüstan xanı Demetre böyük bir qoşunla hərəkət edərək, Arran 
vilayətinə  gəldi. O öz sərkərdəsi  İvanenin başçılığı altındakı qo-
şunla paytaxt Gəncə  şəhərinə çatdı. Onlar sağ qalan şəhərlilərin 
üstünə  qəddarcasına və kobudluqla hücum edib, hamını  qılıncdan 
keçirdilir, ya da özlərinə qul etdilər. İşğalçılar möhtəşəm bir şəhər 
olan Gəncənin birdən – birə  cəhənnəmə çevrildiyini (çünki bura-
dakı qızıl xəzinələri insanlarla birlikdə gömülmüşdü) gördülərsə də, 
əsla mərhəmət göstərmək istəmədilər. Qızıl və gümüş xəzinələrini 
qazıb özləri ilə apardılar.  İşğalçılar öz basqınlar və  işgəncələri ilə 
(xalqa) zəlzələdən daha çox əzab verdilər. Zəlzələ zamanı bizim 
vardapetlərimiz Sərqis və Kirokor fəlakətin qəzəbinə dözə bil-
məyib, özlərini Tanrıya bağışladılar. 
Bir neçə gün keçdikdən sonra müsəlman  əmirlərindən farsca 
“Cahandar” adlandırılan Qara Sonqur adlı birisi Əcəm torpağından 
hərəkət edərək, bu Arran vilayətinə  gəldi və ölkəni bərpa edib 
möhkəmləndirməyə başladı. O. Gəncə  şəhərinin dağılmış divar-
larını bərpa edərək, şəhərin hüdudları daxilində sülh yaratdı. Bun-
dan sonra o, gürcü xanının hakimiyyəti altında olan ölkəyə yolla-
nıb, onların  əli ilə viran edilmiş ölkələrinin intiqamını aldı. Qara 
Sonqur gürcülər ölkəsinə birinci, sonra ikinci dəfə  həmlə edərək, 
onları  dəhşətə  gətirib tir-tir əsməyə  məcbur etdi. Onların isteh-
kamlarını ələ keçirib, özünə tabe etdi və oradan Geqam vilayətin-
dən keçən yolla geri döndü. Sonra o, Araz çayını keçib Adur-
batakan (Azərbaycan – B.T.)) sərhədlərinə çatdı  və erməni təqvi-
minin 589–cu ilində (15.II.1140 – 13. II. 1141) vəfat etdi. 
Onun (Qara Sonqurun) yaxın adamlarından olub, Gəncə şəhəri-
nin  əmiri təyin edilmiş Qutluq adlı birisi həyasızlaşaraq, sultana 
qarşı çıxaraq, öz bəyliyindən kənara doğru yürüş təşkil etdi. O. Böyük 


 
151
bir ordu ilə  Gəncədən çıxıb, Xudaharay dağlıq vilayətinə doğru hə-
rəkət edərək, Katalikos qayası və bunun yaxınlığındakı Karapet qayası 
adlanan qalalarına yanaşdı. Qutluq hər iki qalanı uzun müddət 
mühasirədə saxlayıb, çox böyük çətinliklə  ələ keçirdi və dağıdıb 
yandırmaqla onları viran qoydu. Müqəddəs kilsələr isə, erməni təq-
viminin 591–ci ilində (14. II. 1142 – 13. II. 1143) Katalikos qayası qa-
lasını tamamilə dağıdıb talan edənə qədər pozğunçuların tapdağı oldu. 
Nəticədə Qutluq üsyanı davam etdirərək bir neçə gün haki-
miyyət sürdü. Lakin sonra Əcəm ölkəsindən Çavlı adlı bir 
sipəhsalar gəldi. O əmrində olan ordusu ilə qiyamçı Qutluğun 
oturduğu Gəncə şəhərinin lap darvazalarına qədər yaxınlaşıb, şəhəri 
bir ay mühasirədə saxlayaraq, ələ keçirdi və Qutluğu tutub göz-
lərini çıxartdırdı. Çavlı erməni ilinin 592–ci ilində (14. II. 1143 – 
13. II. 1144) hamını özünə tabe etdi. 
Elə həmin il xan oğlu yepiskop Stepannos Xalınça qayası qa-
lasında vəfat etdi. Çavlı isə lovğalıq edib, Xaçn dairəsinə  hərəkət 
edərək, oranın bütün qalalarını  ələ keçirdi, kilsələri dağıtdı, 
vəngləri (monastrları) yandırdı, adlı-sanlı adamları öldürdü, qo-
şunları əsir aldı və müxtəlif vasitələrlə hər şeyi dağıdıb məhv etdi. 
Sonra o buranı  tərk edib yenidən  Əcəm ölkəsinə qayıtdı. Sonrakı 
ildə (1144 – 1145) Çavlı yenidən bu Aran vilayətinə qayıtdı və tələm-
tələsik Abas xanın möhkəmləndirdiyi Tovuz qalasına həmlə etdi. O. 
böyük səylə bu qalanı uzun müddət mühasirədə saxladı  və  nəhayət, 
ələ keçirdi. Lakin Xan Abas 594–cü ildə (13. II. 1145 – 12. II. 1146) 
gürcü xanının yanına yollandı. Elə həmin ildə Qurigenin oğlu Davud 
xan Məsnə qalasında ömrünü Tanrıya tapşırdı və yerinə oğlu Qurige 
keçdi. Çavlı isə ikinci dəfə Xaçına, Tancikə və Adahya doğru hərəkət 
etdi, çünki hələ birinci səfərdə ələ keçirmiş olduğu bu qalalar əlindən 
çıxmışdı: belə ki, həmin qalaları Çavlının  əlində olduğu bu qısa 
müddətdə meşələrdəki mağaralarda gizlənmiş  əyanlar öz qalalarına 
qayıdıb, müsəlmanlara qarşı üsyan etmişdilər. Bundan qəzəblənən 
Çavlı intiqam almaq niyyəti ilə onlara qarş yürüş etdi. 
Çavlı qalaları ələ keçirə bilməsə də, vilayəti talan etdi. O həm-
çinin həvari tərəfindən tikilmiş Dadunvəng adlı monastırı yeli – 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə