Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə38/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   34   35   36   37   38   39   40   41   ...   107

 
120 
alğışlamağaylar axpaş. Da arakellər də tanıxlıx bitiki bilə ye-
berirlər edi aşağerdlərin. 
2 türlüdür tanıxlıxnınq oxşaş, xaysı ki tiyəsidir tanıxlarğa ki, 
heç etməgəylər körməkni ya işitməkni, yoxsa könülük bilə toxtatıp, 
da sonqra tanıxlıx berilgəy. Ol türlü yarğucı da törə etkən vax-tın-
da, könüsün sorov etip, işitkəy tanıxlardan ki, nemə zavada bol-
mağay yarğu arasına”.  
 
TƏRCÜMƏSİ: 
“Məhkəmə  şahidlərin işrirakı ilə keçirilməlidir, çünki hakim 
tərəflər arasında hökm verərəkən, bunu onların yardımı ilə edir. 
Onlar gərək müqəddəs həvarilərin “yalnız özünə deyil, yaxınlarına 
da xeyir arzula” vəsiyyətini unutmasınlar. 
Bu səbəbdən də  şahidlər və mübahisə  tərəfləri gəlmədən 
hakim gərək heç nəyə inanmasın, çünki tərəflər adətən  şahid-
lərin önündə barışa daha meyilli olurlar və  qərar da ədalətli 
təsir bağışlayır.  Şahidlərin sözlərinin doğruluğu onların yaxşı 
adam olmaları, satılmamaları, həqiqətdən başqa bir söz deməmələri 
ilə ölçülür. Əgər şahidlərdən biri mübahisə edənlərin biri ilə hətta 
qohum da olsa belə, onun dürüst adam olması məlumdursa, həmin 
şahidin şəhadətinə etibar etmək olar. Şahidlərin 2 və ya 3 nəfər ol-
ması  zərurətini “Tanrının göydəki dürüst şahidləri olan” ay və 
günəşlə müqayisə etmək olar. İkincisi, əminlik üçün şəhadət edən-
lərin həddi – büluğa çatmış və ya yaşlı adamlar olması vacibdir. Bu 
baxımdan adamların yaşı  və  hər yaşın xüsusiyyətləri nəzərə 
alınmalıdır: 3 yaşında uşaq danışmağa başlayır, 7 yaşında yazmağı 
öyrənir, 14 yaşında kişilik xüsusiyyətləri özünü göstərməyə baş-
layır, 20 yaşında bəy yanında qulluğa hazır olur. 25 yaşnda isə 
keşiş ola bilər. Mənə elə gəlir ki, 25 yaşına çatmış adamın şəhadəti 
qəbulediləndir. Madam ki, Tanrı qarşısında 25 yaşlı keşişin insanlar 
barədəki  şəhadəti qəbul edilir, deməli, 25 yaşlı  gənc də dünyəvi 
məhkəmədə  şahidlik edə bilər.  Amma ola bilər ki, şahidlərdən 
biri olğun yaşda, digəri isə yeniyetmə olsun, bunu da qəbul 
etmək olar. Əgər şahidlərdən ikisi yeniyetmə, biri qocadırsa, bu 


 
121
da qəbulediləndir. Şahidlrin üçü də yeniyetmə olsa, bununla da 
razılaşmaq olar. Amma dinsizlərin xristianlara qarşı  şəhadəti, 
sayları çox olsa da, doğru söyləsələr də, qəbuledilməzdir.  Necə ki 
Məsih Onun  Tanrı  oğlu olduğuna  şəhadət edən  şeytanların  şəha-
dətini qəbul etməmişdi. Bidətçilərin də xristianlara qarşı  şəhadəti 
yolverilməzdir, çünki onlar gerçək xristian deyillər, belə olan halda 
biz onları necə gerçək şahidlər kimi qəbul edə bilərik? Yox,  əgər 
mühakimə olunanlar bidətçilərdisə, onlar bir – birinə qarşı 
şəhadət verə bilərlər. 
Qadının da şahidliyinə yol vermək olmaz, amma onları din-
ləmək lazımdır. Necə ki, Məsihin təkrar dirilməsi zamanı olmuşdu; 
müqəddəs qadınlar bunu gördülər və  şad xəbəri həvvarilərə çat-
dırdılar, həvarilər isə dirilişin gerçəkliyini təsdiqlədilər. Amma be-
lə də ola bilər ki, şahidlər yalnz qadınlar, özü də əməlisaleh qa-
dınlar olar, - kişi  şahidlərin 2 – 3 nəfər olması yetərlidirsə, 
qadınların bundan 2 dəfə çox, yəni 4 – 6 nəfər olması lazımdır, 
- bu halda onlar məhkəməyə gəlmədən, evlərində şəhadət verə 
bilərlər. Evlərindəki  əməlisaleh kişilər onların  əvəzinə  məh-
kəməyə gəlməli və şəhadət verməlidir. Qadınların keşiş və əsgər 
olması, üzüm suyu sıxması, piştaxta arxasında oturması, kişi ge-
yimi geyməsi yolverilməz olduğu kimi, məhkəməyə  gəlmələri və 
şəhadət vermələri də yolverilməzdir. Qoy kimsə buna etiraz etmə-
sin və bir çox qadınların qanlarını tökməsini, Məsihə şəhadət gətir-
məsini, cəfakeş olmasını, Allah tərəfindən sevilməsini, insanlar 
arasında hörmət sahibi olmasını  bəhanə  gətirməsin. Çünki qadın 
təbiəti sirr saxlamağa yaramır və qadının şəhadəti prinsip etibariylə 
yolverilməzdir. Bununla belə, qadının qadın barədə, eləcə  də, yu-
xarıda yazdığımz kimi, 4 – 6 qadının kişi barədə  şəhadəti qəbul-
ediləndir. Qoy kimsə bu cür şəhadəti özü üçün çətinlik hesab 
etməsin, axı, Məsihə  şəhadət edənlər təkcə  həddi – büluğa çatan 
kişilər deyil, həm Vifliyemli oğlanlar kimi uşaqlar, həm də yeni-
yetmə müqəddəs Stefan və onun kimilər idilər. 
Şahidlərin sayının nədən iki – üç nəfər olmalı olduğunu da 
söyləyim. İki-üç daha böyük sayı istisna etmir, əksinə nə qədər 


 
122 
çox olarsa, bir o qədər yaxşı olacağını göstərir, amma 2-3 nə-
fərdən az olmaz, çünki bir nəfərə kiməsə şər yaxmaq asandır, 
2-3 nəfərə isə  çətindir, onlardan biri bunu istəsə, digəri 
istəməyəcək.  Hakim isə  şahidlərə yaxşıca nəzarət etməlidir ki, 
onların sözləri bir-birini tutsun, ziddiyyət olmasın, necə ki, Məsihin 
yolunda qanını axıdanların şəhadətləri üst – üstə düşmüşdür, yalnız 
bu halda 2-3 nəfərin  şəhadətinin doğruluğuna  əmin olmaq olar. 
Əgər yazılanlarda çoxlarının yalanda birləşərək, öz yalanları ilə 
şərin qələbəsinə yardım etdikləri barədə  məlumata,  Əhdi-Ətiqdə 
Navufeyin, Əhdi-Cədiddə isə müqəddəs Stefanın işləri barədəkinə 
bənzər məlumatlara rast gəlirik, bu işlərin baiskarları yalançı  şa-
hidlər idi. Amma insanlar hər zaman xəyanətkar ola bilməzlər. 
Tanrının buyurduğu kimi, 2-3 nəfər haqqdır. Musaya Tövratı 
Tanrının verdiyinə Or, Harun və İsa (Navin – B.T.) şahiddirlər. 
Tanrının Sinay dağında təcəlli etdiyini isə zurna səsi, buludlar, 
qaranlıq və od təsdiq etməkdədir. İsanın doğumuna isə mələk-
lər, üç xan və çobanlar şahid olmuşdular. Qırxgünlük  İsanın 
məbədə  gəldiyinə Simeon və görücü Anna şahid idilər.  İsanın 
Misirə qaçmasını  mələklər və körpələrin öldürülməsi təsdiqləyir. 
Məsihin xaç suyuna salınmasının şahidləri isə Ata Tanrı, Ruhül – 
Qüds və müqəddəs Yəhya idilər. Tabor dağında Onun İlahi Zatına 
iki peyğəmbər və üç həvvari şahid olmuşlar. Məsih barədə bir çox 
əlamətlər şəhadət ediblər. Məsih çarmıxdaykən bunu həm günəşin 
batması, həm zəlzələ, həm daşların parçalanması, həm də Məsihin 
qabırğasından qan və suyun axması, eləcə  də digər  əlamətlər təs-
diqlədilər.  Məsihin möcüzəli  şəkildə dirilməsinə  həm mələklər, 
həm qəbrin ağzından götürülmüş daş,.. həm də  həvvarilər və 
müqəddəs qadınlar, bundan öncə isə peyğəmbərlər  şəhadət 
vermişlər. Qeybə  çəkilməsini isə  mələklər də, həvvarilər də, 
onlardan öncə isə peyğəmbərlər də təsdiqləyiblər. 
Baxmayaraq ki, əməlisaleh bir adamın  şəhadəti də doğ-
rudur, amma Məsihin yəhudilərə söylədiyi kimi, bir nəfərin 
şəhadəti etibarlı deyil: “Siz Yəhyanın yanına adam göndərdiniz 
və o da həqiqəti sizə söylədi, amma siz inanmadınız. Mənim 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə