Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə36/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   32   33   34   35   36   37   38   39   ...   107

 
114 
üstündür, məhkəməni  ədalətlə gerçəkləşdirmək lazımdr, ağaya 
yaltaqlanmaq, kasıba rəhm etməmək yolverilməzdir, necə ki bu-
yurulmuşdur: “Kasıba məhkəmədə mərhəmətsizlik etmə”. Və qoy, 
hakim tərəflər üz-üzə  gəlməyincə, haqlı  və ya haqsız, tərəflərdən 
yalnız birinə qulaq verməsin. Qoy söylənilənlərin doğruluğunu 
yaxşıca yoxlasın, qanun əsasında, iki və ya üç şahidin önündə 
ədalətlə hökm versin, çünki qanunda bildirilir ki, hər bir iş iki və ya 
üç  şahid önündə görülməlidir. Kimin ki şahidi yoxdur, qoy hökm 
çıxararkən məhkumun önündə and içsin. 
Hakim təkbaşına deyil, bir neçə  nəfərlə birlikdə mühakimə 
etməlidir. Bu olmazsa, bunu iki ya üç yaxşı və təcrübəli adamla et-
sin. Çünki məhkəməyə müraciət edənlərə ik-üç şahid lazım olduğu 
kimi, hakimlərin də  şahidlərə ehtiyacı var, məhkəmə yalnız bu 
halda etibarlı olar. Bu adət əvvəllər romalılarda olub, onlarda bütün 
qərarlar 72 nəfər daimi nümayəndənin iştirakı ilə verilərdi. Bu 72 
nəfər 72 milləti təmsil etdiyindən onların verdiyi qərar bütün xalqın 
verdiyi qərar kimi idi. İndi isə 12 həvvarinin şərəfinə bu iş üçün 12 
nəfər təyin edilib, özü də yalnız ona görə yox ki, məhkəmə çox 
hakimin tədqiqatı nəticəsində düz qərar verə bilər, həm də ona görə 
ki, yalnız çoxluğun verdiyi qərar insanlarda qorxu yaradır. 
Xaqanlıqda (Qarkavets və Saparqaliyevin fikrincə, Bizansda) 
üç hakim təyin edərdilər. Eləcə  də xaqanlıqda olduğu kimi, Vras-
dunda (Qarkavets və Saparqaliyevin fikrincə, Gürcüstanda) üç 
üqnum eşqinə  və  şahidlərin sayından çıxış edərək belə edərdilər. 
Biz də ölkəmizdə üç hakimin olmasına tərəfdarıq, çünki daha 
artığını tapmaq çətin məsələdir. Eləcə  də hakimlərdən  əvvəlincisi 
kimi yepiskop qoy yanında iki-üç müdrik adam saxlasın və beləcə 
hökm çıxarsın, təkcə ona görə yox ki, onlar ədalət naminə şahidlik 
etsinlər, həm də ona görə ki, onlardan mühakimə etməyi öyrənsin. 
Hakimlər gərək gecə - gündüz Əhdi - Ətiq və Əhdi - Cədidi və 
Törə bitikini oxusunlar və bütün xalqlar və müdriklər tərəfindən 
yazılanları dərk etsinlər. Hakimlər hər baxımdan tərbiyəli adamlar 
olmalı, qanunlara hörmət etməli,  ən  əsası isə heç vaxt, əsasən də 
məhkəmə zamanı  əsəbiləşməməli, həsəd etməməlidirlər, yoxsa 
çıxarılan hökmün əsəb və ya həsəd üzündən çxarıldığı  təəssüratı 


 
115
yarana bilər. Hakimlər dözümlü və təmkinli olmalıdırlar, çünki 
çox vaxt düzgün qərarı tapmaq çox çətin olur. Əgər tərəflər 
məhkəmədə mübahisə edərlərsə, qoy onlara bir-birinə hücuma 
keçməyə imkan verməsinlər, çox sərt cəza tətbiq etsinlər ki, 
məhkəmə zamanı  dərəbəylik düşməsin və bu, məhkəmənin 
təxirə salınmasına səbəb olmasın. Tərəflər bilməlidirlər ki, 
məhkəməyə mübahisə etmək üçün yox, ədaləti bərqərar etməyə 
gəliblər. Çəkişənlərin hər birinə növbə ilə söz verilməlidir, biri 
danışmalı, digəri susmalıdır ki, onları dinləyən hakim kimin 
haqlı, kimin haqsız olduğunu anlaya bilsin və yalnız bundan 
sonra qərar çıxarsın.  
Bundan başqa, hakim gərək öz xidmətçilərindən ehtiyat 
etsin, çünki elə adamlar var ki, rüşvət qarşılığında məhkəmədə 
çıxış etməyə razı olurlar, haqsız tərəf adətən pul qarşılığında 
yalançı  şahidlər kirayələyir ki, məhkmədə onun xeyrinə ifadə 
versinlər. Hakim belələlərinin hiyləsinə aldanmamalı  və yanlış 
qərar verməməlidir. Səhv etmək imkanı olmayan məhkəmə 
yalnız Tanrıya aiddir, çünki O, gizli olanı da, açıq olan da gö-
rür, insanlara isə  səhv etmək xasdır. Odur ki, qoy heç kəs 
bilmədən səhvə yol verənləri məzəmmət etməsin. Bilə - bilə səhv 
hökm verənlərə gəlincə isə, onların özləri səmavi hakimin önündə 
cavab verməli olacaqlar. Qoy hakim qürrələnməsin və özünü heç 
kimdən üstün tutmasın, daim yadında saxlasın ki, yeganə hakim 
Tanrıdır və o özü də onun məhkəməsi önündə duracaq. 
Hakim zindana sahib olmalıdır ki, günahkarları cəzalandır-
maq məqsədiylə ora sala bilsin, necə ki Məsih İncildə buyurur: 
Məhkəmə icraçısı borcunu ödəməyənədək borcunu zindana 
salır. İki nəfər adam arasında mübahisə və çətinlik yarandığı halda, 
Məsihin öyrətdiyi kimi, məhkəməyə çatmamış yolda barışmaları 
məsləhətdir ki, aralarında qarşıdurma yaranmasın. Məsihin qullarına 
yalan danışmaq yaramaz, çünki yalan danışanları iblisin övladları 
adlandırırlar. Məsih demişkən: “yalan danışan öz adından danışır, 
çünki bu yalandır və onun atası iblisdir”. Və “Tanrı yalan danışanları 
məhvə sürükləyir” və “bir-birinizə yalan söyləməyin, bütün qar-


 
116 
daşlarınzla Tanrı naminə səmimi olun”. Xristianlara qazanmaq üçün 
yaxınına qarşı  məhkəmədə  səfsəfədən istifadə etmək, onun sözlə-
rindəki uyumsuzluqdan yararlanmaq yaraşmaz, çünki yazılmışdır: 
“başqasına quyu qazan özü düşər”.  Tanrıya inanan xristianlara 
məhkəməni yalanla qazanmaq şərəf gətirməz, beləsi qələbə qa-
zansa, günaha batacaq, uduzsa isə biabır olacaq. Qoy heç kəs ya-
xınının mülkünü ələ keçirmək məqsədi ilə yalançı şahidlər tutmasın, 
çünki fırıldaqçılar Tanrı qarşısında rəzil olacaqlar. Heç kim yalanla 
doğruya qalib gələ bilmək üçün məhkəmədə  çıxış etmək üçün 
natiqlər kirayələməməlidirlər. Qoy heç kəs məhkəməyə rüşvət ver-
məsin və hərisliyi üzündən yaxınının mülkünü qarət etməsin, çünki 
bütün bəlalar hərislikdən qaynaqlanır. Məhkəmədə hakim buyur-
madıqca, küçədə  və insanların önündə and içmək yaxşı  iş deyil. 
Məsih buyurur ki, insanlar boş yerə and içməməlidirlər, çünki “bü-
tün boş və mənasız sözlərinə görə məşhər günü cavab verəcəklər”. 
Məhkəməyə müraciət etmək istəyənlər öncə ürəklərində Tanrıya 
dua etsinlər,  əgər Onun rizası olarsa və haqq yolu ilə qalib gəlib, 
qazanclı çıxarlarsa, Tanrya şükür etsinlər, çünki müdrikliyin qaynağı 
Tanrıdır.  İşdir, qeybdən xəbərdar olan Tanrının gözü önündə  əda-
lətsizliyə uğrayarsa və o haqlı olmasına rəğmən, yenilirsə, qoy ruh-
dan düşməsin, Tanrıya olan ümidini kəsməsin və daha yaxşısına 
ümid etsin, Tanrıya təvəkkül edərək intiqamını Ona həvalə etsin.” 
 
*** 
 
Oksent oğlu Xaçeresin qoyduğu növbəti başlıq:  
7. Dağı da tanıxlar üçün ki, ne türlüdür alarnınq könülükləri 
ya ne üçün eki ya üç kerək” 
“7.  Şahidlər, onların xüsusiyyətləri və  nə üçün iki və ya üç 
olmaları gərəkdiyi barədə”  
Mətnin davamı ( redaktəyə məruz qalmış və ya əlavə ediliş his-
sələr kursivlə verilir): 
“Tiyəsidir ki, tanıxlar bilə bolğay yarğu, zera yarğuğa kel-
gənlərninq köp sözləgənlərin tanıxlar bilə uç etər yarğucı. Egər ki 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə