Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə32/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   28   29   30   31   32   33   34   35   ...   107

 
102 
Odur ki, Tanrı qanununa bənzər qanunlar yaratmalı olduğumun 
məsuluyyətini anlayırdım. Qoy, sözlərimə görə kimsə  məni mə-
zəmmət etməsin. Nadanlar ibrət alsın, elmdə güclü olanlarsa səhv 
tapsalar onu düzəltsinlər.” 
 
*** 
 
Bundan sonra Oksent oğlu Xaçeresin qoyduğu başlıq gəlir: 
“Üçüncü, nişanı kücününq barça törələninq” 
“Üçüncü. Qanunların gücü barədə” 
Sonra Xaçeres davam edir: 
“Dağı da yazar surp Mikayıl vardaped Törə bitikininq xuvatı 
üçün köp türlü yalbarmaq der Sdepannos qatoğiğosğa:” 
“Daha sonra müqəddəs vardapet Mikayıl (Mxitar Qoş – B.T.) 
katalikos Stepannosa müraciətlə “Törə bitiki”nin gücü barədə 
yazır” 
Sonra yenə  də orijinal mətn gəlir. Burada sadəcə ilk cümləyə 
kobud redaktor müdaxiləsi olmuş  və  mətnə Xurşudyan tərəfindən 
“bütün erməni kilsələrinin başçısı” sözləri əlavə edilmişdir: 
“Xolarmen sendən, haybatlı ata da barça ermenilik yıxövlə-
rininq başı, bolmağay ki, heç tə yenqil sağışlağaysen can sartın 
kerəkli işni, xaysın ki, menim üstümə beripsen. Zera tiyəsidir man-
qa ki, körgüzgəymen sanqa köptən az ki, nedir xuvatı Törə 
bitikininq, xaysını ki, xolumuzga alıpbiz. Zera Törə bitikininq oğşa-
şı bar ganonkta, zera tiyişlidir bizgə tüzməgə törəni u ganonknı ki, 
biri birinə oxşağay. Xaytıp bu türlü bardır oxşaşı biri birinə. Zera 
ganonk cannı toğru etər, da törə tenni, həlbət, egər biri birindən 
ayrlıp esələr, yoxsa köp yerdə birikirlər. Necik can u ten ki, 
tarbiyat bilə 2-dirlər, ol türlü ayırılmas, xatışıp biri biri bilə, 
bolurlar bir da köp neməni bir erk bilə xılınırlar, ol türlü ganunkta 
törələr. Anınq üçün, egər ki yoluxsa xatışılmağa eksinə, biri birini 
sındırmastır...” 
 


 
103
TƏRCÜMƏSİ: 
“Səndən xahiş edirəm, müqəddəs ata, bütün erməni kilsə-
lərinin başçısı, üzərimə yüklədiyin mənəvi məsuliyyətin çox asan və 
yüngül olduğunu sanma. Bu səbəbdən də sənə “Törə bitiki”nin ma-
hiyyətini qısaca anlatmaq istəyirəm. Qanun və qaydaları ard – arda 
düzməli olduğumuzdan bunu elə etməliyik ki, onlar bir – birinə uy-
ğun gəlsin. Onlar arasındakı uyğunluq isə belədir: Qaydalar ruhu is-
lah etdiyi kimi, qanunlar da cismi kamilləşdirirlər. Əlbəttə ki, onlar 
fərqli olduqları kimi, eynilikləri də çoxdur. Ruh və  bədən təbiətən 
fərqli olsalar da, birləşərək bir vahid təşkil etdikləri, bir – birilərini 
tamamladıqları kimi, qanunlar və qaydalar da bir – birini tamamla-
yır. Bu üzdən də onlar bəzən birləşir, fəqət biri digərini təxrib 
etmirlər...” 
*** 
 
Sonrakı cümləyə  məzmuna xələl gətirməyəcək qədər cüzi bir 
redaktor müdaxiləsinin olduğu hiss edilir:  
“...Da ne türlü ganonknu bilicilər tüzüptürlər, ol türlü törəni 
də; da ne türlü yanqılğanlarğa ganonkta pokuta u xorxu bar, ol 
türlü törədə bar; da ne türlü törədə zından u baylamaq bar egrilər-
gə, ol türlü ganonk‘ta zından u baylamaq xarğamaqtır; da ne türlü 
yazıxsız adəmilər üsnə ganonk nemə bağ xoymastır, ol türlü törə də 
anınqkibiklərninq üsnə, kimlər ki toğrudurlar dünyada; da ne türlü 
ari kişi xorxmastır köktəgi yarğucıdan, ol türlü anmeğ adam 
xorxmastır dünya yarğucusundan…” 
 
TƏRCÜMƏSİ: 
“...Qanunlar da müdriklər tərəfindən tərtib edilmiş qaydalar 
kimidir. Qanunlarda da qaydalarda olduğu kimi tövbəyə də yer var
cəzaya da. Qanunlarda cinayətkarlar üçün zindan və qandallar 
nəzərdə tutulub, qaydalarda isə zindan və qandalın oynadığı rolu 
dindən xaric etmə oynayır. Qaydalar günahsızlara heç bir məhdu-
diyyət qoymadığı kimi qanunlar da dünyəvi işlərdə eyni mövqe 
tutur.  Əməlisaleh insan səmavi məhkəmədən qorxmadığı kimi, 
günahsız adam da dünyəvi məhkəmədən çəkinmir...”  


 
104 
*** 
 
Orijinal mətnin davamı: 
“...Xaytıp dağı da yaxşılıx beriliptir bizgə ki, barça ari 
bitiklərni anınq üçün tüzdülər ki, adəmilərni yazıxtan tartkaylar, ol 
türlü Törə bitiki cəht etər tıymağa yamanlarnı u egrilərni ki, sövük 
bilə u yaxşı könqül bilə tirilgəylər biri biri bilə. Dağı da aruvluq 
bilə tirilmək artarlıqtır, bu da törədə bolmaq kerək. Bu türlü 
manilərni berip uslularğa ki, tanığaylar ki, neçə türlü yaxşılıx bar 
munda havasar barça adəmilərgə ki, talaşnı, öpkəni kötürür da 
eminlikni u yaxşılıxnı toxtatır adəmilər arasına. Da xayda ki törə 
eksiktir, anda talaş köptür, da xayda törə u könülük bolsa, eminlik 
artıxtır ol ulusta, dünyada u yıxövlərdə, zera bir ülüşü Tenqrininq 
şnorhkundan berilgən yıxövlərgə eminliktir.” 
 
TƏRCÜMƏSİ: 
“...(Bu kitabın) bir xeyri də odur ki, bütün müqəddəs kitablar 
insanları günahlardan çəkindirməyə xidmət etdiyi kimi, “Törə bi-
tiki” də  qəddar və ürəyi mərəzli adamların qarşısını  kəsir ki, in-
sanlar sevgi və hörmət içində yaşaya bilsinlər. Təmiz həyat 
əməlisalehlikdədir, qanunlar da buna xidmət etməlidir. Biz bu 
sözləri ağıl sahibləri üçün söylədik ki, burada nə qədər yaxşı şeylər 
olduğunu bilsinlər, məhkəmənin mübahisələri aradan aparmağa 
xidmət etdiyindən agah olsunlar. Qanunların  əskik olduğu yerdə 
münaqişələr çox olar, qanunların təkmil və  ədalətli olduğu ölkə-
lərdə isə həm həyatda, həm də kilsədə sülh bərqərar olur. Sülh isə 
Tanrının bizə ən böyük lütfü və mərhəmətidir.” 
 
*** 
 
Xaçeresin qoyduğu növbəti başlıq gəlir: 
“Törtünçü, dağı da yazar, kimlərdir yarğuçılar, ayırır biri – 
birindən könülərini, oxşaşlarını”. 
 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə