Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə29/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   25   26   27   28   29   30   31   32   ...   107

 
92 
sizin iradənizə müraciətlə buyururam ki, özünüzü sevdiyiniz kimi 
yaxınlarınzı sevin”. 
Onlardan ikincisi (Əhdi – Cədid-B.T.), əlbəttə, hər cür yaxşılıq 
etməyi insanın xoş  məramına buraxaraq bildirir ki, hər kəslə  əda-
lətlə davranmaq hamının vicdan borcudur. Elə bu səbəbdən də “İn-
cil”i yazıya köçürməmişdən öncə onu şifahi şəkildə təbliğ edirdilər.  
İkinci.  Məsih gəldi, insanlara ümumiyyətlə bütün qanunları 
öyrətməyə başladı və imanı zəif olan adamlara yazılı qanun vermək 
istəmədi. Odur ki, İncildə insanlara məhkəməyə çatmamış yoldaca 
barışmağı tövsiyyə etmişdir. Məsih müqəddəs məhkəmə barədə 
İncildəki ibrətamiz hekayə ilə başa salır ki, borcu olan borclu 
olduğuna borcunu könül xoşluğu ilə qaytarmalı, ədalətlə mühakimə 
etməlidir, çünki ən yaxşı hakim insanın öz vicdanıdır. Bütün 
mübahisəli məsələlər də eyni qayda ilə həll edilməlidir. İsa Məsih 
İncildə və idarəçi haqqında öyüdündə belə öyrədir: baxmayaraq ki, 
onun dürüst olmadığını görsə də, onu dərrakəsinə və ağasının qar-
şısında etiraflarına görə təriflədi və o bu səbəbdən də cavab vermək 
üçün məhkəmə qarşısına çıxmadı. O bildirir ki, məhkəmə lazımdır, 
amma məhkəməyə müraciət etməmək daha xeyirlidir. İncildə eyni 
qayda ilə  İsa Məsih ona “Qardaşıma de ki, atamın mülkünü 
mənimlə bölüşsün” – deyə məhkəmə qurması barədə müraciət edən 
şəxsə etiraz edir. Budur, əlinizdə - biri təbii, digəri isə hüquqi - iki 
əsas var, bununla belə nədən başqalarının yarğılanmasını bu qədər 
çox istəyirsiniz? Bundan çıxış edərək həvvari Boğos (Pavel) deyir 
ki, qəlbinizdə gerçək ədalət olmadığndan özünüz – özünüzü ehtiyac 
və  ədalətsizliyə sürükləyir və  təkcə başqalarını deyil, eləcə  də 
qardaşlarınızı sıxışdırır və qəlblərinə dəyirsiniz. 
Üçüncü. Tanrı o səbəbdən yazılı qanun vermək istəmədi ki
ədalətə və yazılmamış qanunlara, əl – qolumuzu hüquqla məcburən 
bağlanmış olması üzündn deyil, sevgi və  mərhəmtimiz üzündən 
əməl edək. 
Dördüncü. Tanrı ədalətlə mühakimə etmək və hökm çıxarma-
mız üçün qanunların, peyğəmbərlərin və  İncilin qəlbimizdə yaxşı 
bir ailə kimi yer tutmasını yetərli saymışdır. 


 
93
Beşinci.  Qanunlar, peyğəmbərlər və  İncil dəyişməzdir.  İcbari 
qanunlar isə ölkələrə  və xalqlara görə  dəyişir. Odur ki, Tanrı 
məhkəmənin  ədalətli olması üçün müdriklərə  işin gedişini tədqiq 
etməyə icazə verir. 
Altıncı.  Məhkəmədə  məcburən and içmək lazımdır, halbuki, 
Rəbbimiz Məsih gerçək xristian imanı ilə yaşaya bilməmiz, həqi-
qətin həqiqət, yalanın isə yalan olması üçün and içməyi bizə 
qadağan etmişdir.” 
*** 
 
Bundan sonra “Törə bitiki”nin çox cüzü redaktəyə  məruz 
qalmış  və demək olar ki, dəyişikliyə  uğramamış orijnal hissəsi 
gəlir. Orijinal mətn “Bitik”in ikinci hissəsi ilə başlayır. Oksent oğlu 
Xaçeres ona belə bir başlıq qoymuşdur: 
“Ekinci ki ne üçün emdi yazdıq ya kimin priçinasından” 
“İkinci. Nə üçün indi və hansı səbəbdən yazdıq” 
Bu başlığın, eləcə  də sonrakı başlıqların məhz Xaçeres tərə-
findən qoyulduğunu buradakı slavyan (polyak) mənşəli “priçina” 
(səbəb) kəlməsi sübut edir. Halbuki, artıq yuxarıda qeyd etdiyimiz 
kimi, Mxitar Qoş əsərinin hər yerində “səbəb” sözünü işlətmişdir.  
“Törə bitiki”nin ikinci, orijinal hissəsi belə başlayır: 
“Dağı da ne üçün emdi klədik yazmağa törələrni, ya ne sə-
bəptən teprəndi esimiz bu işkə. Egər ki yazdıq esə əvəlgidə ki, kerə-
kimiz dügül edi yazğan törə berilməgə Tenqridən, yoxsa köp kez 
işittik panbas özgə milləttən ki, yoxtur krisdanlarda törə. Kim ki 
munu aytır, bilməsti ari bitiklərninq küçüni. Munınqki yaman sa-
ğıştan 2 türlü yamanlıx toğar: 1, ya sağışlar edi, ki törəni xoygan 
essiz edi; 2, ya kləməs edi ki, könülük bolğay edi adəmilər arasına 
dünyada. 
2-inçi ki, ol biliklikni ki, tarbiyatımızdan bar edi, yamanlıx sön-
dürdü, da tügəl yaratılğan adəmini yarımdıx etti, da sövüknü u 
şağavatnı körəlməsizlik xapanel etti. 
3-ünçi, bu vaxtlarda erinçəkliktən üvrənməg kləməslər Eski u 
Yənqi Törələrni ne markarelərdən, ne Avedarandan ki, bolğaylar 


 
94 
edi ari bitiklərninq küçündən bilməgə könü törəni. Anınq üçün 
klədik bu Törə bitiki bilə oyatmağa alarnı, necik kimsəni yuxudan.” 
 
TƏRCÜMƏSİ: 
“Nə üçün törələri indi yazmağı arzu etdik və hansı  səbəbdən 
şüurumuz buna cəsarət etdi. 
Əvvəlki bölümdə Tanrıdan yazılı qanun verilməsinə ehtiyacı-
mızın olmadığını yazsaq da, başqa millətlərdən xristianların qanun-
larının olmadığı barədə çox rişxəndlər eşittik. 
Bunu söyləyənlər müqəddəs yazıların gücündən bixəbərdirlər. 
Bu cür rişxənd dolu düşüncələr səbəbindən ortaya iki pislik çıxır. 
Birincisi, ya onlar elə düşünürlər ki, qanunları bərqərar edən cahil 
idi, ikincisi, ya da ki o, dünyada insanlar arasında ədalətin olmasını 
istəməmişdir. 
İkinci səbəb o idi ki, təbiətən sahib olduğumuz biliyi pislik 
söndürdü, kamil insanı yarımçıq etdi və nifrət sevgi və mərhəmətin 
yolunu kəsdi.  
Üçüncü. Zamanəmizdə insanların tənbəllik üzündən  əski və 
yeni törələri (Əhdi - Ətiq və Əhdi - Cədidi-B.T.) mənimsəmək, nə 
peyğəmbərlərdən, nə  də  İncildən bir şey öyrənmək istəməməsidir 
ki, onların köməyi ilə gerçək qanunları anlasınlar. Odur ki, biz, yat-
mışları oyatdığımz kimi, bu “Törə bitiki” ilə onları oyatmaq 
istədik.” 
*** 
 
Bundan sonra yenə  də Xaçeresin redaktəsinə  və müdaxiləsinə 
məruz qalmış hissə gəlir: 
“4-ünçü, bu vaxtlarda biliklik eksildi, ki biliklik bolsa edi
bolur edik sınap u tanqlap zəmanəsinə körə; anınq üçün yöğdıq 
barça milləttən u uluslardan, da yazıp ta berkittik oxşaş Eski u 
Yənqi Törələrgə, ne türlü proroklar xoydı da Avedaran buyurdu. 
5-inçi ki, bu zamanda Ari Can ızyavit etməs, necik Soğomon u 
Taniel vaxtına, ya necik Gorıntos kerməninə, ya özgə uluslarda ki, 
könü Törə etərlər edi. Zera Ari Can edi körgüzücü alarnınq yü-


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə