Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə25/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   21   22   23   24   25   26   27   28   ...   107

 
80 
maqdan qabaq “Qanunlar Kitabı burada sona yetir” – dedikdə bu
həmin kitabın sonu deyildi; biz ehtimal ki, işimizi hissə - hissə da-
vam etdirmək üçün fasilə verməyi qərara almışdıq. Həm də yaz-
mağı elə davam etdirmək istəyirdik ki, bizdən başqa yazmaq, həm-
çinin nəyi isə əlavə etmək qərarına gələnlərə mane olmayaq...”” 
Fəridə Məmmədova isə yazır: 
““Qanunnamə” sonrakı  əsrlərdə  də, çox güman 1836–cı ilə 
qədər alban xristianları üçün öz həyatiliyini itirməmişdir. O, digər 
xalqlar arsında da yayılmışdı. Gələcəkdə  “şəraitə, habelə həyatın 
və dövrün tələblərinə görə” “Qanunnamə”də düzəlişlər aparıl-
ması, oraya əlavələr edilməsi və onun zənginləşdirilməsi barədə 
Qoşun arzusu çin oldu.” 
Mxitar Qoş bu arzusunu Həzrət Musanın (ə) kitablarını eyni 
vaxtda yazmaması, ondan sonra daha 12 peyğəmbərin onun baş-
ladığı işi tamamlaması, eləcə də “İncilin” eyni vaxtda və eyni adam 
tərəfindən qələmə alınmaması ilə əsaslandıraraq, istəyini belə dilə 
gətirmişdir: 
“...Xaytıp tiyəsidir bilməgə ki, tügülüdür yalqız bu Törə bitiki, 
xaysın ki hali yazıyırbiz, tügül yalqız mendən bolğay tügəllənməki 
munqar, zera oxşaşı bar ğanonkka, ne türlü ki, ğanonk birdən 
yazılmadı, a ne bir yerdə, a ne bir adamdan, yoxsa az-az yazıldı, 
əvəl arakellərdən, sonqra Niqiada, sonqra Puzandiada, andan 
sonqra Epesosta, alay ox bu Törə bitiki. Əvəl başlanmaqı mununq 
bizdən boldı, da bizdən sonqra kerək ki, az-az yazılğay da tügəl 
bolğay, zera qanonktan boyruxtur, yılda 3 kez joqovk bolğay, da 
tergöv etkəylər, egər ki dünyada nema yanqi badiyət çıxıp esə, ani 
barça baxıp, ari atalar artıxsılıxnı keri salğaylar da toğru yolğa 
keltirgəylər. Bu türlü tiyəsidir bilmağa yarqu bitiklərinə: necə ki 
yənqi nema törə yoluxsa, da tergəp, uslular baxkaylar toğru esə, 
yazğaylar ani da bu bitiktə. Egər ki kimsə es yoxsa, tapar barça ari 
bitiklərdə bu türlü ki, az -az ilgəri kelip tügəlləniptir. 
Ne türlü Ararack bitiki Movsestən tügül ki birdən yazıldı, alay 
ox 12 markarelər dügül ki bir zamanda yazıldı ya 1 adamdan, alay 


 
81
ox barça markarelər. Bu türlü surp Avedaranlar da tügül ki, bir 
zamanda yazıldı, ya 1-indən, hər biri yazdı kendi vaxtı bilə, ol türlü 
bitikləri Boğos arakelininq. Dağı da köp bitiklər ari atalardan u 
vardapetlərdən yazıldı kendiləri vaxtına. Bu türlü orinaq bilə bu bi-
tikni də biz başladıq yazmağa. Egər bizdən az-az ilgəri kelip yazıldı 
esə, emdi də egər köplərdən yazılsa özgə vaxtlarda, nema eksiklik 
tügüldür, yoxesə tek toğru törə bolsun ki, barça yaxşılar biyən-
gəylər də mununq eksikin tügəlləgəylər.” 
“...Eləcə də bilmək lazımdır ki, hazırda yazmaqda olduğumuz 
bu “Törə bitik”i ehkam deyil, yalnız bizim tərəfimizdən ta-
mamlana bilməz. Çünki o, birdən – birə peyda olmayan, bir adam 
tərəfindən və bir yerdə qələmə alınmayan, əksinə, parça – parça, 
öncə həvarilər tərəfindən, sonra Nikeyada, daha sonra Bizansda, 
ondan da sonra Efesdə yazılan qanunlar kimidir. Eləcə  də bu 
“Törə bitiki”. Onun başlanğıcı bizim tərəfdən qoyuldu və vacibdir 
ki, ona əlavələr edilsin və o təkmilləşdirilsin. Çünki qanunlar ildə 
3 dəfə toplanan müqəddəs atalar tərəfindən təhlil edilməli, 
dünyada baş verən yeniliklər diqqətə alnaraq, lazımsızlarından 
təmizlənməli və onlara düzəlişlər edilməlidir. Qanun kitabları ilə 
də eyni cür davranılmalıdır. Müdrik adamlar bütün yeni 
qanunları gözdən keçirməli, təhlil etməli və  zəruru olanlarını 
kitaba  əlavə etməlidirlər.  Əgər diqqətlə baxan olsa, görər ki, 
müqəddəs kitablar da eyni qayda üzrə təkmilləşdirilmişdir.  
Necə ki, Musa “Varlıq” kitabını eyni vaxtda yazmayıb, 12 
peyğəmbərin kitabları da, elcə  də digər peyğəmbərlərin kitabları 
bir adam tərəfindən və bir vaxtda qələmə alınmamışdır. Eləcə də 
müqəddəs “İncil” birdən-birə  və eyni müəllif tərəfindən yazıl-
mamışdır,  əksinə, hərə öz dövründə yazmışdır. Eləcə  də Pavelin 
müraciəti. Eləcə də müqəddəs ataların və müəllimlərin hərəsi öz 
vaxtında yazılmış kitabları. Əgər bizdən öncə yazılmışsa və bun-
dan sonra çoxları yazacaqsa, bu, əskiklik deyil, yetər ki, qanunlar 
doğru olsun, əməlisaleh adamların xoşuna gəlsin və əyər - əskiyi 
aradan qaldırılsın”. 
Bu cümlələr “Törə bitiki”nin alban dilində dövrümüzədək ye-
tişmiş  əlyazmalarının son cümlələridir. Vortslav variantında bun-


 
82 
dan sonra Oksent oğlu Xaçeresin XVI əsrdə türkcə (alban – qıpçaq 
dilində) tərtib etdiyi qanunlar, ardınca isə polyak dilində  əlavə 
edilmiş  mətn gəlir. Vyana variantında bunlar yoxdur. Əvəzində 
Vyana  əlyazmasında kiçik bir kolofondan sonra Mxitar Qoşun 
qələminə  məxsus olduğunu ehtimal etdiyimiz xristian məzmunlu 
müxtəlif didaktik hekayələr yer alır ki, onlar XII əsr, bəlkə də daha 
qədim türkdilli (qıpçaqdilli) Azərbaycan (alban) ədəbiyyatının  şe-
devrləri hesab edilə bilər.  
Kitabın sadəcə üzünü köçürməklə  məşğul olan bir mirzəmi, 
yoxsa ona edilmiş bütün redaktə və əlavələrin müəllifimi olduğunu 
dəqiq bilmədiyimiz,  şərti olaraq redaktor və  əlavələrin müəllifi 
kimi qəbul etdiyimiz Oksent oğlu Xaçeresin tərtib etdiyi ilk 
qanunlar “Törə bitiki”nin ardınca gəlir və aşağıdakı başlıq altında 
toplanmışdır:  
“Başlanmaxı  aşxarhağan törələrninq xanlarnınq, ulu biylər-
ninq da barça yarğuçılarnınq, dağı da törələr xanlarnınq da kimlər 
ki anınq xolu tibinədirlər” 
“Xanlar, ulu bəylər və bütün hakimlər, eləcə  də xanlar və 
onların təəbələri barədə dünyəvi qanunların başlanğıcı” 
Bundan sonra gələnlər də, o cümlədən 124 maddəlik “Erməni 
qanunnaməsi” (Qanunk) də Mxitar Qoşun əsərinə XVI əsdə edilmiş 
əlavələrdir. Yəni Qoşun əli ilə yazılmış maddələr çıxarılmış, yerinə 
erməni qanunları, eləcə  də Oksent oğlu Xaçeresin türkcə  tərtib 
etdiyi qanunlar qoyulmuşdur.  Əslində isə bu qanunlar da Qoşun 
tərtib etdiyi qanunların dəyişdirilərək yenilənmiş variantından baş-
qa bir şey deyillər. Fəqət onlar o qədər əsaslı şəkildə yenilənmişlər 
ki, onları yeni qanunlar saymaq daha doğrudur. 
Təkcə yuxarıdakı sitat sözügedən kitabın Mxitar Qoşun “Törə 
bitiki” olduğunu söyləyən çoxsaylı tədqiqatçıların, o cümlədən əsə-
ri rus dilinə  tərcüməsi ilə birlikdə  dərc etdirmiş A.Qarqavets və 
Q.Saparqaliyevin yanılmadıqlarını sübut etməkdədir. Fəqət bu 
alimlər bu işi onlardan öncə görmüş erməni tədqiqatçı A.Papov-
yanın 1964–cü ildə rus dilində dərc edilmiş “Armyanskiy sudebnik 
Mxitara Qoşa. Per. s drevnearmyanskoqo” (Mxitar Qoşun erməni 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə