Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə28/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   24   25   26   27   28   29   30   31   ...   107

 
89
Bundan sonra Oksent oğlu Xaçeres “Törə bitiki”nin vadapet 
(Mxitar Qoş) tərəfindən katalikos Stepannosun xahişi ilə yazıl-
dığını bildirir və daha sonra yazır: 
 “Başda yazar aninq kibiklərgə cuap ki bizni pampasel edərlər 
ki, yoxdur bizdə törə”  
“Başda bizi qanunlarımızın olmaması  səbəbi ilə  tənqid 
edənlərə cavab yazır”. 
Daha sonra “Törə bitiki”nin giriş (birinci) hissəsinin Oksent 
oğlu Xaçeres tərəfindən dəyişdirilərək, yeni kitaba, yəni “Törə bi-
tik”i ilə “Erməni qanunnaməsi”nin calaq edilmiş variantına uyğun-
laşdırılmış redaktə şəkli gəlir. Burada orijinaldakı “xristianlar” kəl-
məsinin “erməni xristianlar” ifadəsi ilə  dəyişdirilməsi (bu təhrifin 
müəllifi Xurşudyandır), eləcə də mətndə “prezmuşena” (məcburiy-
yət) və “prorok” (peyğəmbər) kimi slavyan (polyak) mənşəli söz-
lərə rast gəlinməsi bu hissənin “Törə bitiki”nin orijinalından ayrıca 
gözdən keçirilməsini zəruri edir. Hərçənd ki, bu halda məzmun çox 
az təhrifə  məruz qalmışdır. Yəni buradakı fikirlər  əslində Mxitar 
Qoşun fikirləridir. Mətndə söhbətin erməni xristianlardan deyil, 
ümumiyyətlə xristianlardan getdiyini “Törə bitiki”nin ikinci his-
səsinin  əvvəlində Mxitar Qoşun öz dilindən söylənən aşağıdakı 
sözlər də təsdiqləyir: 
“Egər ki yazdıq esə  əvəlgidə ki, kerəkimiz dügül edi yazğan 
törə berilməgə Tenqridən, yoxsa köp kez işittik panbas özgə millət-
dən ki, yoxdur kristanlarda törə”. 
“Əvvəlki bölümdə Tanrıdan yazılı qanun verilməsinə ehtiya-
cımızın olmadığını yazsaq da, başqa millətlərdən xristianların 
qanunlarının olmadığı barədə çox rişxəndlər eşitdik”. 
“Törə bitiki”nin müəyyən qədər redaktəyə  və  təhrifə  məruz 
qalmış birinci hissəsi belədir: 
“Ari Cannınq şnorkundan hadirləndik yazmağa törələr bitikini.  
Əvəl cuvap berəlik alarğa ki, pambasel etərlər Krisdosnunq 
törəsini ki, törə yoxtur ermeni krisdanlarda (“Erməni” sözünü 
mətnə Xurşudyan əlavə etmişdir).. Zera köplər bardır ki, maxtarlar 
özgə dayfanınq törələrini ki, könü törələri bar. Kimlər ki bu işni 


 
90 
sözlərlər, kendiləri könü törədən tayıptırlar da özgələrni də klərlər 
taydırmağa, yenqil esli adəmilərni. 
Burungi cuvap alarga munu berirbiz ki, Tenqri əvəldən adə-
mininq tarbiyatına toxtattı tanımağa könülüknü. Anınq üçün dinsiz-
lərninq doktorları toxtatıp törə xoydular ki, kim ki bolvanlarğa ya-
man aytsa, ölümlü bolğay, da kim ki atasına xol uzatıp urgay, xolun 
keskəylər. Xaytıp Movses kendi törəsinə arttırdı bu işninq törəsini, 
alıp əvəlgi törədən: kim ki atasına u anasına yaman aytsa, ölümlü 
bolğay. Xaytıp surp Avedaranı Biyimiz Krisdosnınq barça törələr-
ninq tügəllikidir, anınq üçün buyurur: «Işitinqiz ki, aytıldı Eski 
Törədə bu türlü, yoxesə men sizgə  Yənqi buyurumen bu türlü da 
berkitirmen Eskini Yənqi bilə, berip sizinq yaxşı erkinqizgə aytпp: 
sövgəysiz sizinq sınqarnqıznı, necik sizinq boyunquznu”. 
Ekinci, həlbəttə, yaxşı erkinə berir adəmininq barça yaxşılıxın 
xılımağa, xaysın ki, toxtatır ki, bizim erkimizdədir ki, barça adə-
milər bilə könülük bilə barmağa. Ol səbəp bilə ne Avedarannı ya-
zıp, xoymadılar əvəldən, yoxesə söz bilə ayttılar. 
Ekinçi. Krisdos keldi da övrətti tügəl törə tügəl adəmilərgə, da 
kləmədi toxtamağan Adəmilərgə bitik bilə berməgə. Anınq üçün 
ögüt berir surp Awedaranda ki, barışkay kendininq zaxocas bilə, 
törəgə kelmiyin. Dağı da Krisdos yarğuçununq manisi bilд alani 
etti surp Awedarandan ki, barça, kimsə kimgə borçlu esə, tölöv et-
kəy yaxşı könqüldən, yaxşı es etip, zera adəmininq esi kendininq 
yarğuçudur. Munqar oğşaş barça yarğu işlərini esləmək kerək. Bu 
türlü Krisdos buyurur Avedaranda şafarnınq manisini, egər anпnq 
egirlikini taptı esə əvəldən, sonqra maxtadı anınq usunu ki, yarlı-
xap etti ol egirlikni kendininq eyəsinə, xaysı bilə ki kirmədi törə-
ninq alnına sağış berməgə. Körgüzür ki, tiyişlidir yarğu bolmağa, 
yoxesə mağtamax bilə üvrətir ki, çarə bar esə, suxlanmasın 
yarğuga barmağa. Munqar oxşaş hrajarel etər surp Avedaranda 
törə etməgə anqar ki, xoltxa etti Krisdostan ki, ayt xardaşıma ki, 
üləşkəy menim bilə atamnınq oçiznamın. Oşta eki türlü bardır sizdə 
səbəp: adəmilik tarbiyatından da törədən, mani, ne üçün suxlanç 
bolursiz özgələrninq törəsinə? Mundan övrənip, aytır arakəl Boğos 
ki, heç sizdə könü törə yoxtur, ne üçün siz kendinqizgə  xısxa u 


 
91
egirlik etməgə xoymassiz, yoxesə siz xısxa u egirlik etərsiz tügül 
özgələrgə, yoxesə xardaşlarğa da. 
Üçünci. Kləmədi Tenqri berməgə yazğan törə ki, bolmağay 
prezmuşenadan könülüktə bolğaybiz, yoxesə süvük bilə, yarlığamax 
bilə saxlağaybiz künülüknü u yazmağan törəni hər zamanda. 
Dörtünçü ki, yetkincə Tenqri yöpsündü Törəni, u proroklarnı, u 
Avedarannı, necik ki yaxşı urlux bolğay canımızğa, da bu türlü 
könülük bilə də etməgə yarğularnı. 
Beşinci ki, Törə, u proroklar, u Avedaran teşkirilməstir, yoxesə 
törə prezmuşenadan teşkirilir uluslarda u millətlər arasına. Anınq 
üçün boş etər Tenqri ki, uslular tergəp baxkaylar, ne türlü işesə, 
anqar körə etkəylər yarğunu. 
Altпncı ki törədə prezmuşenadan antka tüşər, da Biyimiz 
Krisdos tıyar ant içməkni, klər ki, biz könü krisdənliktə tirilgəybiz 
ki, könü könü bolğay, egri egri bolğay” 
 
TƏRCÜMƏSİ: 
“Törə bitiki”ni yazmağa Müqəddəs Ruhun lütfi ilə hazırlandıq.  
Öncə Məsihin qanunları barədə xoş olmayan sözlər danışan və 
erməni (Xurşudyanın əlavəsi) xristianlarının öz qanunlarına sahib 
olmadıqlarını söyləyənlərə cavab verək. Çünki çox adam var ki, 
başqa tayfaların qanunlarını  tərifləyərək, onların gerçək qanunlara 
sahib olduqlarını söyləyirlər. Bunu söyləyənlər həqiqətdən uzaqdır-
lar və zəif iradəsi olan başqalarını da yanıltmağa çalşırlar. 
Onlara verəcəyimiz ilk cavab budur ki, Tanrı insanın təbiətinə 
əzəldən  ədalətə can atmaq hissini yerləşdirmişdir. Onun üçün də 
dinsizlərin doktorları düşünüb qanun qoydular ki, kim ki bütlrə 
yaman söz söyləsə ölməlidir, kim ki onlara əl qaldırsa əli kəsilmə-
lidir. Eynən Musa da öz “Törə”sində (Tövratda), öncəki qanunlar-
dan nümunə götürərək, bu məsələdə qanunlarını  sərtləşdirdi: Öz 
anasını və ya atasını təhqir edən şəxs ölümə məhkumdur. Eləcə də 
Rəbbimiz  İsa Məsihin müqəddəs “İncil”i, öncəki bütün qanunları 
təkmilləşdirərək, bu barədə buyurur: “Əhdi – Ətiqdə nə deyildiyini 
dinləyin, amma mən  Əhdi – Cədidlə  Əhdi – Ətiqi təsdiq edərək, 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə