Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə27/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   23   24   25   26   27   28   29   30   ...   107

 
86 
“Əgər kiməsə elə  gəlsə ki, onu erməni məhkəməsində  sıxış-
dırırlar, qoy öz fikrindən və üzləşdiyi çətinlikdən çıxış edərək, 
əlahəzrət kralın ali məhkəməsinə müraciət etsin...”  
Gördüyümüz kimi, bu qanunda söhbət Polşa kralının ali məh-
kəməsinə müraciətdən gedir və təbii ki, bu parça ömründə Polşada 
olmamış Mxitar Qoşun əsərindən bir parça ola bilməz. 
Yeri gəlmişkən qeyd edək ki, kitaba XVI əsrdə türkcə (alban 
dilində)  əlavə edilmiş orijinal qanunlar bilavasitə “Erməni qanun-
naməsi”nə  əlavə edilmişdir. Onların sayı Vrotslav əlyazmasında 
99, Vyana və Paris əlyazmalarında isə 47 dənədir. Vyana və Paris 
əlyazmalarındakı 47 maddə Vrotslav əlyazmasının ilk 47 maddəsi-
nin eynidir. Bu maddələrdə olan yeganə  fərq pul vahidinin adın-
dadır.  Əgər Vrotslav variantında pul vahidi “axça”dırsa, Vyana 
varitında bu vahid “sbg” kimi qeyd edilib. 
Erməni dilindən tərcümə edilmiş hissə isə sadəcə 124 maddəlik 
“Erməni qanunnamə”sidir. Təsadüfi deyil ki, sözügedən qanunna-
mənin sonuncu, 124–cü maddəsinin ardınca həmin maddələrin 
birlikdə və ayrı – ayrılıqda diqqətlə gözdən keçirildiyi və Lvovdakı 
erməni məhkəməsi üçün nəzərdə tutulduğu bildirilir. Daha sonra bu 
sözlər gəlir: 
“İsa Məsihin doğumunun 1519–cu, bizim xanlığın 13–cü, 
erməni təqviminin 969–cu ili. 
Bu qanunlar kral Sziqmund tərəfindən təsdiq edilmişdir.” 
Sonra qanun təsdiq edilərkən kralın yanında şahid kimi iştirak 
etmiş şəxslərin uzun siyahısı gəlir. Bu yazı da bir daha sübut edir 
ki, erməni dilindən latın, latın dilindən polyak dilinə tərcümə edilə-
rək təsdiqə verilən sadəcə bu 124 maddədir. Erməni qanunlarından 
öncə  və sonra gələn bütün mətnlər orijinaldır. Bunu Vrotslav 
əlyazmasına yazılmış son söz də  təsdiq edir. Erməni qanunlarının 
alban (qarqar – qıpçaq) dilinə  tərcüməsi və “Törə bitiki”nə  əlavə 
edilməsi bundan dörd il sonra, yəni 1523–cü ildə gerçəkləş-
dirilmişdir. Görünür, bunda məqsəd albanların da artıq rəsmiyyət 
qazanmış erməni məhkəməsinin xidmətlərindən istifadə edə bil-
məsinə imkan yaratmaq olub. Elə bu səbəbdən də Oksent oğlu Xa-


 
87
çeres kitaba öz qanunlarını da əlavə etməyə ehtiyac hiss etmişdir. 
Elə o da “bizim dil” ifadəsini işlətmiş  və bununla da erməni ol-
madığnı ortaya qoymuşdur. Onun böyük hökmdarlardan söz açdığı 
bir yerdə onların içərisində alban hökmdarı Varaz Trdatın da adını 
yad etməsi buna dəlalət edir. 
“Onun üçün gərəkdir ki, o, şərəfli hökmdarların – əski dövr-
də Osiya, Ezekiya və Davud xanların, yeni dövrə Abkar, 
Konstantin və Trdatın adətləri üzrə yaşasın”  
Ola bilsin ki, bu cümlə “Törə bitiki”ndən əxz edilmişdir. 
Kitab Xaçeresin “Törə bitiki”nə yazdığı izah və şərh xarakterli 
girişlə başlayır. Bu girişdə diqqəti ən çox çəkən məqamlardan biri 
onun məhz vardapet (vardapet Mikayıl, yəni Mxitar Qoş”) tərə-
findən katalikos Stepannosun təklifi ilə yazıldığının bildirilməsidir. 
Bu faktı həm Fəridə Məmmədova, həm də Ziya Bünyadov təsdiq-
ləməkdədirlər. Mövzu ilə bağlı Fəidə xanım yazır: 
“Məlumdur ki, Mxitar Qoşla onun hamisi, alban katalikosu 
Stepannosun münasibətləri mürəkkəbləşəndən sonra katalikos Qo-
şu böyük təkidlə “Qanunnamə”ni (“Törə Bitiki”ni – B.T.) yazmağa 
tələsdirdi”. 
Ziya Bünyadov isə bildirir: 
“Məlum olduğu kimi, Qoş bu “Qanunnamə”ni (“Törə Bitiki”ni 
– B.T.) “Alban çarlığı kilsəsinin nəcib rəhbəri” Albaniya kata-
likosu III Stepannosun dəfələrlə etdiyi xahişinə görə yazmışdır”. 
Bu fakt, yuxarıda qeyd edildiyi kimi, Oksent oğlu Xaçeresin 
yazdığı girişdə də öz əksini tapmışdır. Fəqət mətndə Stepannos nə-
dənsə “bütün ermənilərin katalikosu” kimi təqdim edilir: 
“Haybatlı ari vardapetinq yasağını, bu Törə bitikini xoltxa-
sından Sdepannos qatoqigosninq barça ermenilikninq”. 
“Bu Törə bitiki şərəfli vardapet tərəfindən bütün ermənilərin 
katalikosu Stepannosun xahişi ilə tərtib edilmişdir.” 
Əsərin digər yerlərində  də Stepannosun adı redaktəyə  məruz 
qalmış  və onun adının yanına “bütün ermənilərin katalikosu” 
ifadəsi əlavə edilmişdir. Bu halla hər üç əlyazmada rastlaşırıq. La-
kin ola bilsin ki, təhriflərin müəllifi Oksent oğlu Xaçeres yox, 
Ermənistanın Qazaxıstandakı  səfiri Xurşudyan olmuşdur. Məsələ 


 
88 
burasındadır ki, mətnlərin yazıldığı  əski erməni (əslində alban) 
hərflərini kompüterdə aşkarlamaq və olduğu kimi dərc etmək müm-
kün olmadığından bütün mətnlər məhz Xurşudyan tərəfindən 
müasir erməni hərflərinə çevrilmiş, mətlərin transkripsiyalarını da o 
tərtib etmişdir.  
Orijinal mətnlərin surətləri əlimizdə olmadığından həm erməni 
əlifbasının onunla eyni mənşəli olan alban əlifbasının məhz hansı 
işarələrinin fərqləndiyini, eləcə də təhrifin kim tərəfindən edildiyini 
dəqiq söyləməkdə çətinlik çəkirirk. Fəqət “ermənilərin katalikosu” 
ifadəsinin məhz Xurşudyan tərəfindən  əlavə edildiyini düşünürük. 
Məsələ burasındadır ki, “ermənilərin” ifadəsi alban (qarqar – qıp-
çaq) dilində “ermenilərninq” kimi yazılmalıdır. Burada və digər 
yerlərdə isə “ermənilikninq” kəlməsi ilə üzləşirik ki, bu da XX 
əsrdə yaranan və rusca “armyanstvo” kimi səslənən ifadənin hərfi 
tərcüməsindən başqa bir şey deyildir.  
Ermənilərin XX əsrdə uyduraraq dövrəyə buraxdıqları ifadələr-
dən biri də “velikiy armyanskiy narod” (böyük erməni xalqı) ifa-
dəsidir ki, Vrotslav əlyazmasının son sözündə eyni ifadənin hərfi 
tərcüməsi ilə rastlaşırıq: “ulu ermenilik”. 
 “Törə bitiki”nə ön söz yazmış Oksent oğlu Xaçeres onun on 
hissədən ibarət olduğunu söyləyir və onları belə sıralayır: 
1.  Bizi qanunlarımızın olmadığına görə tənqid edənlərə cavab; 
2.  Nə üçün indi yazdıq və buna kim səbəb oldu; 
3.  Qanunların gücü barədə; 
4.  Kimlər hakim ola bilərlər; 
5.  Məhkəmə nədir, məhkəməyə kimlər cəlb edilməli və kimlər 
mühakimə etməlidir; 
6.  Hakimlər və digərləri özlərini necə aparmalıdırlar; 
7.  Şahidlər və onlara inanıb – inanmamaq; 
8.  And, o necə olmalıdır və kimlər and içməlidir; 
9.  Xristianların kafir məhkəmələrinə müraciət etməmələri 
barədə; 
10.  Öz  qanunlarımızı hansı kitablar və hansı xalqların qanun-
ları əsasında tərtib etdik. 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə