Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə26/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   22   23   24   25   26   27   28   29   ...   107

 
83
Qanunnaməsi. Qədim erməni dilindən tərcümə) adlı kitabına 
istinad etdikləri üçün səhv nəticəyə  gəlmişlər. Məsələn, A.Qar-
kavets Mxitar Qoşun XII əsrdə yaşadığnı, təbii ki, əsərini də həmin 
əsrdə (1184–cü il) qələmə aldığını bilə - bilə  və bunu qeyd edə - 
edə, XVI əsrdə tərtib edilən, elə həmin dövrdə də alban (qarqar – 
qıpçaq) dilinə  tərcümə edilərək, “Törə bitiki”nə  əlavə edilən “Er-
məni qanunnaməsi”nə aid olan sözləri ümumilikdə “Törə bitiki”nə 
şamil etmiş və onun guya erməni dilindən öncə latın dilinə, sonra 
latıncadan polyak dilinə, ondan da sonra polyak dilindən qıpçaq 
dilinə tərcümə edildiyini bildirməkdədir. Erməni fitnəkarlığna uyan 
bu böyük alim və istedadlı türkoloq yazır: 
“Erməni icmasında tətbiq olunan cinayət və mülki qanunlarını 
dövlət səviyyəsində leqallaşdırmaq məqsədi ilə Mxitar Qoşun XII 
əsr “Qanunnamə”si (Papovyan 1964) erməni dilindən latın dilinə, 
sonra latıncadan polyak dilinə  və  nəhayət, polyakcadan erməni 
qıpçaqcasına tərcümə edilmişdir. Latın variantı çoxsaylı düzəliş, əlavə 
və kiçik şərhlərə  məruz qalan “Qanunnamə”1519–cu ildə 1-ci 
Sziqmund tərəfindən təsdiq edilmişdir...” 
Fakt isə budur ki, bu halda söhbət əslində Mxitar Qoşun “Törə 
bitiki”ndən yox, ona əlavə edilən və  əsərin arxasına bütöv halda 
yerləşdirilən 124 maddəlik erməni qanunnaməsindən gedir. Maraq-
lıdır ki, A.Qarkavets erməni müəlliflərinin təsirindən çıxa bilmə-
yərək, erməni qanunnaməsini deyil, Mxitar Qoşun qələminə  məx-
sus əsas hissəni “sonradan əlavə edilən hissə və əsərə giriş” adlan-
dırmaqda, Mxitar Qoşdan 4 əsr sonra qələmə alınmış “Erməni qa-
nunnamə”sini isə “Törə bitiki” saymaqdadır. Buna o səbəb olmuş-
dur ki, böyük türkoloq olmasına rəğmən, tarixçi olmayan, Qaf-
qazın, o cümlədən Qafqaz Albaniyasının tarixindən bixəbər olan 
cənab Qarkavets “Törə bitiki”nin orijinalının guya erməni dilində 
olduğuna inanmışdır. Bununla belə, o mətnin müəyyən bir hissə-
sinin orijinal qıpçaq mətni olduğunu, yəni erməni dilindən tərcümə 
olmadığını, məhz qıpçaq türkcəsində  (əslində alban dilində) tərtib 
edildiyini sezmiş və bu barədə fikrini yazmağı da unutmamışdır: 


 
84 
“Qıpçaq dilində  əlavə olunmuş maddələr, sonradan məlum 
olduğu kimi, tamamilə orijinal erməni – qıpçaq Prssesual Məcəl-
ləsidir.” 
 “Törə bitiki”nə  əlavə edilmiş 124 maddəlik “Erməni qanun-
namə”si polyak dilində yazılmış kiçik əlavədən (Məhkəmə andı) 
sonra gəlir və Oksent oğlu Xaçeresin aşağıdakı ön sözü başlayır: 
“Başlanıyır bu diftər ermeni törəsininq, aşağa yazılğanınq ken-
dininq sanına da xayıtlarına, xaysı ki burungidir xağıtına ken-
dininq”. 
“Başlanır erməni qanunnaməsi dəftəri sənədin özündən öncə 
gələn aşağda qeyd olunmuş maddə başlıqları ilə” 
Bundan sonra erməni qanun maddələrinin başlıqlarının siyahısı 
gəlir. Daha sonra belə bir qeyd edilmişdir: 
“Başlanıyırlar törələri ermənilərninq erməni tilindən da bu-
yurmaxından yarıxlı ulu biyninq, biyninq da biyninq Ziğmuntnunq, 
polskiy korolnunq, panninq da dediçninq. 
Tilimdən ermeninq latingə  çıxarğandır, latindən polskiygə, a 
polskidən bizim tilgə, xaysi ki başlanıyır bu sözlər bilə.” 
“Başlayır ermənilərin qanunları ulu bəy, bəylər bəyi (knyaz-
lar knyazı) əlahəzrət Polşa kralı Sziqmundun – ağa və hökmdarın 
əmri ilə ermənilərin dilindən. 
Ermənilərin dilindən latıncaya, latıncadan polyakcaya, pol-
yakcadan bizim dilə tərcümədir. Hansı ki başlayır bu sözlərlə” 
Bu deyilənlərdən belə anlaşılır ki, yuxarıdakı sözlər və maddə 
başlıqları tərcüməçinin türkcə etdiyi əlavələrdir və “Erməni qanun-
naməsi”nə ön söz mahiyyətindədir. Erməni dilindən tərcümə edil-
miş  mətn bundan bir qədər sonra başlayır. “Erməni 
qanunnaməsi”ndə ön sözdə diqqəti çəkən  ən önəmli məqam onun 
XVI əsrdə Polşada yaşamaqda olan albanların artıq polyak dilinin 
təsirinə  məruz qalmış dili ilə yazılmış olmasıdır. Elə bu üzdən də 
mətndə “polskiy korol” (Polşa kralı) və “pan” (ağa) kimi polyak 
dilindən keçmə söz və sözbirləşmələri ilə rastlaşırıq.  
Qeyd etmək lazımdır ki, “Törə bitiki”nə edilmiş bütün əlavə və 
şərhlər, eləcə də ən başda yazılmış giriş bu dildə olduğu üçün onları 


 
85
“Törə biriki”nin orijinal mətnindən ayırmaq heç bir çətinlik 
törətmir. Üstəlik də  əlavələrin məzmunundan onların XVI əsrdə 
edilmiş əlavələr olduğunu başa düşmək çətin deyil. 
Polyak mənşəli sözlərə “Törə bitiki”nə XVI əsrdə əlavə edilmiş 
girişdə də sıx – sıx rast gəlinir. Məsələn, giriş bu başlıqla başlayır: 
“Əvəlgi polojenası Törə bitikininq” (Törə bitikinin əvvəlki və-
ziyyəti) 
Buradakı polyak mənşəli “polojena” (vəziyyət, mövqe) ifadəsi 
diqqəti çəkir. Başlığın ardınca gələn mətnin ikinci cümləsində  də 
eyni hal ilə üzləşmək mümkündür: 
“Ekinci, ki ne üçün yazdıq, ya kiminq priçinasından.”  (İkin-
cisi, nə üçün yazdıq və buna kim səbəb oldu) 
Bu cümlədə də “priçina” (səbəb) kəlməsi ilə üzləşirik. Mxitar Qo-
şun qələminə  məxsus hissədə isə  bənzər halla rastlaşmaq mümkün 
deyil. Qoşun orijinal mətnində bu kəlmənin  əvəzinə alban dilinə 
(qıpçaq türkcəsinə) Azərbaycan türkcəsi vasitəsi ilə keçmiş ərəb mən-
şəli “səbəb” sözü işlənir. Eyni zamanda əlavələrin dilindən fərqli 
olaraq, orijinal mətndə “korol” (kral) və “knyaz” kimi ifadələr yoxdur. 
Onların ifadə etdiyi mənalada “xan” və “biy” (bəy) kimi təmiz türk 
kəlmələri, eləcə də fars mənşəli “padşah” sözü işlənməkdədir. 
Maraqlıdır ki, bənzər halla “Erməni qanunnamə”sinin tərcümə 
mətnində də rastlaşırıq. Məsələn, sözügedən “Qanunnamə”nin 86–
cı maddəsinin başlığı belədir: 
“Kerabllarninq buzulmaxı üçün” (Gəmilərin qəzaya uğraması 
barədə) 
Burada da polyak mənşəli “kerabl” (gəmi) termini işlənmişdir.  
“Törə bitiki”ni redaktə edən, yəni ona əlavələr edən və şərhlər 
yazan (şərti olaraq) Oksent oğlu Xaçeresin əlavələrini orijinal 
mətndən seçmək heç də çətin deyil. Buna təkcə əlavə edilmiş şərh 
və qanunların mətnlərindəki slavyan (polyak) mənşəli ifadələr de-
yil, həm də onların məzmunu imkan verir. Məsələn, qanunlardan 
birini gözdən keçirək: 
“Egər ki kimsəgə ermeni yarqusunda ağırlıx körünsə, ki ken-
dininq ağırlıxına körə çaxırğay biyik yarquğa, korolğa aninq biy-
likinə...” 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə