Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə21/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   17   18   19   20   21   22   23   24   ...   107

 
65
*** 
 
Polşa Elmlər Akademiyasının Tarix İnstitutunda qorunan 6 №-
li əlyazma 1657–ci ilə aiddir. Yazıldığı yer və mirzənin adı məlum 
deyil. 101 vərəqdən ibarət olan bu əlyazmada vardaped Antonun 26 
moizəsi yer almaqdadır. Əlyazma və onun məzmunu barədə ətraflı 
məlumatı Tryjarskinin aşağıdakı kitablarından almaq mümkündür: 
Tryjarski E. A Fragment of an Unknown Armeno-Kipchak 
Text from Polish Collections // Rocznik Orientalistyczny.– 1976a.– 
T. 38.– 291-302 pp. 
Tryjarski E. An Armeno-Kipchak Sermon by Anton Vartabed 
from the 17th Century // Tractata Altaica. Wiesbaden, 1976b. 647-
674 pp. 
Tryjarski E. The Confession of Anton Vartabed // Studia 
Orientalia. 1977. V. 47. 271-279 pp. 
 
*** 
 
Vrotslavda yerləşən Ossolinskilər adına Milli İnstitutun 
kitabxanasında qorunan 1916/ll №-li əlyazma 1523 - 1572–ci illər 
arasında Polşada tərtib edilmişdir. Əlyazmada Mxitar Qoşun “Törə 
bitiki” və ona XVI əsrdə edilmiş əlavələr, o cünlədən 124 maddəlik 
erməni “Qanunnamə”sinin alban dilinə  tərcüməsi yer alır. 343 
vərəqdən ibarətdir. Ətraflı məlumat üçün bax: 
Гаркавец А.Н., Сапаргалиев Г. Кыпчакско-польская версия 
Армянского  Судебника  и  Армяно-кыпчакский  Процессуаль-
ный кодекс. Алматы: Дешт-и-Кыпчак, 2002 (в печ.). 
 
*** 
 
Vrotslavda yerləşən Ossolinskilər adına Milli İnstitutun kitab-
xanasında qorunan 1359/ll №-li əlyazmada erməni – alban məhkə-
məsinin sənədləri toplanıb. Tarix: 1681 – 1689–cu illər. 476 vərəq. 
Mövzumuz baxımndan önəm daşımır. 


 
66 
*** 
 
Milli Muzeyin kitabxanasının Krakovdakı (Çartorı)  şöbəsində 
qorunan 1412 №-li  əlyazma 1575–ci ilə aid edilir. Lvovda daha 
qədim  əlyazmalar  əsasında tərtib edilib. 426 səhifədən ibarətdir. 
Erməni və alban dillərində yazılmış müxtəlif dua mətnləri toplanıb. 
Əlyazmann ilk və son səhifələri yoxdur. Alban mətnləri aşağıdakı 
səhifələri əhatə edir: 1-104; 105-107; 111-117; 119-127; 129-149; 
165-287; 344-426. 
Bu  əlyazma bir çox məşhur albanın  əsərinin bulunması baxı-
mında qiymətlidir. 
 
*** 
 
Milli Muzeyin kitabxanasının Krakovdakı (Çartorı)  şöbəsində 
qorunan 2546/lll №-li əlyazma 1575–ci ilə aid edilir. Lvovda tərtib 
edildiyi bildirilir. Mirzənin adı  məlum deyil. Sifarişçinin Stepan 
Lazar oğlu olduğu məlumdur. 
260 vərəqdən ibarət bu əlyazmada “Zəbur”un erməni və alban 
variantları verilib. 
*** 
 
Yaqellon Universitetinin Kitabxanasında (Krakov) qorunmaq-
da olan 3342 №-li əlyazmanın 1592–ci ildə daha qədim əlyazmalar 
əsasında tərtib edildiyi bildirilir. 173 vərəqdən ibarətdir. 500 ili 
əhatə edən təqvimdən söhbət açılır. Mətn erməni və alban dillə-
rindədir. Ehtimal ki, burada söhbət böyük alban alimi Zəngəzurlu 
vardapet Yəhya (Yovhannes) Sarğavağın tərtib etdiyi təqvimdən 
gedir.  
Ətraflı məlumat üçün bax: 
Tryjarski E. Zodyak bölge burclarіnіn bir ermenikipçak listesi 
// XI. Türk Dil Kurultayіnda Okunan Bilimsel Bildirilerden Ayrі 
Basіmі.– Ankara, 1968. 127-152 ss. 


 
67
*** 
 
Z.Abrahamoviçin  şəxsi kolleksiyasında saxlanılan, 1625– 
1630–cu illərdə Lvovda tərtib edilən 480 vərəqlik  əlyazmada 
erməni – alban məhkəməsinin sənədləri əks olunub. Burada alban 
dilində tərtib edilmiş 140 sənəd əks olunub. 
 
Rumıniya 
 
Rumıniyada sadəcə bir əlyazma olub və o da Gerladakı yerli 
Tarix Muzeyində qorunmaqda idi. Bu ölkənin 2001–ci ildə 
Qazaxıstandakı səfiri olmuş cənab Martin Steneskunun bildirdiyinə 
görə, həmin əlyazma müəmmalı şəkildə yoxa çıxmışdır.  
Sözügedən  əlyazmanın 1638–ci ildə keşiş Krikor Avakereçin 
oğlu Aksent tərəfindən daha qədim əlyazmalar əsasında tərtib edil-
diyi məlumdur. Həcmi bilinmir. Əlyazmada böyük alban alimi 
Zəngəzurlu vardapet Yəhya (Yovhannes) Sarğavağın bəstələdiyi 
alban kilsə nəğmələri, eləcə də eyni müəllifin tərtib etdiyi 500 illik 
astronomik təqvim yer almaqda idi. Söhbət alban təqvimindən 
gedir. 
İndi sadəcə bir vaxt bu əlyazmanın üzünü köçürmüş keşiş 
Krikor Avakereçin olu Aksentin alban dilində yazdığı  aşağıdakı 
qeydlərin məzmunu məlumdur: 
“Bu barzadumar asrı matovlu, kerəklidir da körklü, da hər yıl-
da bolğannı ne ki bar kendində tapılıyır, da barça neməni açı kör-
güzüyür. Evtnerreağdan baslanïr, frank aylar bilə  işlənir Cnunt 
Parğentakına dirə, yıl tügənlənir, yənə baştan başlanır.  İmas-
dunklar yasap tüzüptürlər, inci kibik, buzuvsuz, ça Biy Tenqrininq 
kelgəninə dirə menqi menqilik. 
Kim ki ullanğay da işlətkəy bunu yazğannı da yazdırğannı 
anqmağa arzani etkəy bir «Hajr mer yergins» bilə. A Biy Tenqri də 
anı kendi yarlığamaxı bilə anqğay, amen. Yazıxlı yazğan bu bitikni 
Aksent der Krikor Avakereç oğlu. 
Yazldı tvağannınq 1087-sinə”.  


 
68 
Ukrayna 
 
Hazırda Ukraynanın Kiyev və Lvovdakı dövlət tarix arxiv-
lərində erməni – alban məhkəmələrinin alban dilində yazılmış çox 
sayda sənədi saxlanılır. Bunlar XVI əsrə aid sənədlərdir ki, Ukray-
na və Polşada yaşayan mühacir albanlar tərəfindən qələmə 
alınmışlar. Mövzumuz baxımından onların heç bir önəmi olmasa 
da, bu əlyazmaların şifrələrini burada qeyd etməyi lazım bilirik. 
 
Kiyev şəhəri: 
 
ф. 39, оп. I, ед. хр. 8 (4390);  
ф. 39, оп. І, ед. хр. 11 (4392);  
ф. 39, оп. I, ед. хр. 12 (4393);  
ф. 39, оп. I, ед. хр. 14 (4394); 
ф. 39, оп. I, ед. хр. 15 (4397); 
ф. 39, оп. I, ед. хр. 17 (4402); 
ф. 39, оп. I, ед. хр. 19a (4405); 
ф. 39, оп. I, ед. хр. 20 (4406); 
ф. 39, оп. I, ед. хр. 22 (4407); 
ф. 39, оп. I, ед. хр. 24 (4409); 
ф. 39, оп. I, ед. хр. 25 (4410); 
ф. 39, оп. I, ед. хр. 26 (4412); 
ф. 39, оп. I, ед. хр. 27 (4413); 
39, оп. I, ед. хр. 28 (4414); 
ф. 39, оп. I, ед. хр. 29 (4415); 
ф. 39, оп. I, ед. хр. 30 (4416); 
ф. 39, оп. I, ед. хр. 31 (4417); 
39, оп. I, ед. хр. 32 (4418); 
ф. 39, оп. I, ед. хр. 33 (4419); 
ф. 39, оп. I, ед. хр. 34 (4432); 
ф. 39, оп. I, ед. хр. 157 (4383); 
ф. 39, оп. I, ед. хр. 35 (4320); 
ф. 39, оп. I, ед. хр. 36 (4321); 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə