Microsoft Word qafqaz albanlar-duzelishli doc


DÜNYANIN MÜXTƏLİF ÖLKƏLƏRİNDƏ



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə19/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   15   16   17   18   19   20   21   22   ...   107

 
58 
DÜNYANIN MÜXTƏLİF ÖLKƏLƏRİNDƏ  
“ERMƏNİ  QIPÇAQCASI” ADI ALTINDA QORUNAN 
ALBANDİLLİ ƏLYAZMALARIN İCMALI 
 
Yuxarıda qeyd etdiymiz kimi, Avropanın bir çox ölkəsində, 
eləcə də Ermənistanda albanlara aid çox sayda əlyazma qorunmaq-
dadır. Onların böyük əksəriyyəti XIV – XV əsrlərdə bugünkü 
Ukrayna və Polşa  ərazisinə köçmüş albanların nəsillərinin  əsasən 
XVI  əsrdə  ərsəyə  gətirdikləri ədəbi, fəlsəfi nümunələr və tərcümə 
əsərləridir. Fəqət onların içərisində Qafqaz Albaniyasında, yəni 
Azərbaycanda yaradılan və sonradan üzü dəfələrlə köçürülərək 
çoxaldılan ədəbi – fəlsəfi əsərlərə, müxtəlif dua mətnlərinə, müqəd-
dəs kitablardan alban dilinə edilmiş  tərcümə  əsərlərinə  də rast 
gəlinməkdədir. Bir çox əsərin isə kim tərəfindən və nə zaman ərsə-
yə  gətirildiyini müəyyən etmək çətindir. Fəqət  əminik ki, bizdən 
sonra başladığımız işi davam etdirəcək tədqiqatçılar bu suallara da 
cavab tapacaqlar. 
Kitabımızın bu bölümündə bizə  məlum olan əlyazmaların si-
yahısını, qorunmaqda olduqları ünvanları və onların qısa məzmun-
larını təqdim edirik. 
 
Avstriya 
 
Avstriyadakı  əlyazmalar Vyanada yerləşən Erməni Mxitarist-
ləri Təşkilatında və eyni şəhərdə yerləşən Avstriya Milli Kitabxa-
nasında saxlanılır. 
Avstriya Milli Kitabxanasında “Cod. Arm. 3” şifrəsi altında 
qorunmaqda olan 106 səhifəlik erməni – alban (qıpçaq – qarqar) di-
li lüğətinin nə zaman və kim tərəfindən qələmə alındığı  məlum 
deyil. Lüğət əlifba sırası ilə tərtib edilmişdir. Əlyazmaya sonradan 
onu satın almış (1669–cu ildə) Nerses Holub oğlu tərəfindən alban 
dilində aşağıdakı qeyd əlavə edilmişdir: 
“Men, der Nerses Holub oğlu, aldım satun bu parkkirkni pan 
Bağçə  şvagerimdən, der Asducѕadur oğlu, pevnı sumaqğ tvağan 


 
59
1087 junvar 10 tş, xaysın ol Olax veliyatına alayje satun alıp edi 6 
levkovıy talərgə.”(Mən keşiş Nerses Holub oğlu bu lüğəti 1638–ci 
ilin yanvar ayınn 10-da bacanağımdan - keşiş Asuacsadurun 
oğlu Bağçadan müəyyən bir məbləğə satın aldım. O da öz növbə-
sində onu 6 levkovıy talar məbləğinə Olax vilayətində (Mol-
dovada?) almışdı). 
Əlyazmanın mətni tərcüməsi ilə birlikdə E.Tryjarski tərəfindən 
nəşr edilib:  
Tryjarski E.Dictionnaire armeno-kiptchak d’aprestrois manus-
crits des collections viennoises. Warszawa, 1968-1972. T. 1, f. 1-4. 
 
*** 
 
Eyni kitabxanada “Cod. Arm. 13” şifrəsi altında qorunmaqda 
olan  əlyazma 1580–ci ildə Ukraynann Lvov şəhərində  qələmə 
alınıb. 213 səhifədən ibarətdir. Həzrət Davudun “Zəbur”unun alban 
dilindəki daha qədim  əlyazmasının Lusiq tərəfindən üzü köçürül-
müş variantıdır. Belə hesab edilir ki, Lusiq həm də “Zəbur”un 
tərcüməçisidir. Fəqət mövcud kolofonların heç biri bunu təsdiq et-
mir. Onlardan Lusiqin sadəcə mirzə olduğu anlaşılır. Əsli tapılma-
yıb. Albaniyada yaranmış  ədəbiyyat kateqoriyasına aid olduğunu 
düşünürük. Çünki əldə olan məlumatlar Bibliyanın, o cümlədən 
onun tərkib hissəsi olan “Zəbur”un hələ V əsrdə alban dilinə  tər-
cümə edildiyini təsdiqləyir. Eyni tərcümənin digər surətlərinə Ve-
nesiyada qorunmaqda olan digər əlyazmalarda da rastlanmışdır.  
Əsər müxtəlif dövrlərdə parçalar və ya tam şəkildə bir neçə 
dəfə nəşr edilmişdir:  
Kraelitz-Greifenhorst F. von. Sprachprobe eines armenisch-
tatarischen Dialektes in Polen // Wiener Zeitschrift für die Kunde 
des Morgenlandes. 1912. Bd. 26. S. 307-324;  
Tryjarski E. A Fragment of the Apochryphal Psalm 151 in its 
Armeno-Kipchak Version // Journal of Semitic Studies. 1983. V. 
28, f. 2. 297-302 pp;  


 
60 
[Garkavets A., Khurshudian E.] Armenian-Qypchaq Psalter 
written by deacon Lussig from Lviv / Ed. by A. Garkavets, E. 
Khurshudian. Almaty: Desht-i Qypchaq, 2001. 656 pp;  
Dubinska Z. Z badan nad psalterzami ormianskimi w jezyku kipc-
zackim // Przeglad Orientalistyczny. 1961. T. 2 (38). Str. 203-214. 
Əlyazmada yeni alban dilində bu kolofonlar da yer alır: 
“Yazdırğan sarnağan bilə birləngəylər yazuçı bilə da anqlğay-
lar Tenqri alnına menqi uçmaxına, amen. Tvağan 1029.”(Bunu 
yazmağı buyuran da, oxuyan da yazanla birlikdə əbədi Cənnətdə 
Tanrı tərəfindən daim yad edilsin! Amin!)  
“Yazıxlı Lusiq sarğavaknı anqgaysen, necə sarnasanq, bir 
«Atamız ki, köktəsen» bilə.”(Hər oxuduğunuzda günahkar Lusiqi 
də “Atamız bizim ki, göydəsən” duası ilə birlikdə yad edin). 
“Men, Lusiq sarğavak, yazdım, sarnağan yazuçı bilə anqlğay 
Krisdosnunq alnına.”(Mən, dyakon Lusiq qələmə aldım. Qoy 
Məsihin nəzərləri yazanla birlikdə oxuyanın da üstündən  əskik 
olmasın). 
“Yazıxlı Lusikni anqğın”(Günahkar Lusiqi anın). 
“Lusiq sarğavaknı anqğın”(Dyakon Lusiqi anın). 
“Yazdırğan sarnağan bilə yazuçı bilə birləngəy, Krisdosnunq 
yarğu könünə anqılgaylar bir yerdə”  (Qoy sifarişçinin, mirzənin 
və oxuyanın adları Məşhər günü Məsihin yadına düşsün). 
 
*** 
Vyanadakı Erməni Mxitaristləri Təşkilatında saxlanılan 84 №-
li  əlyazma daha qədim  əlyazmanın 1613–cü ildə Zadiq Boqdan 
oğlu tərəfindən üzü köçürülmüş variantıdır ki, bu haqda erməni 
dilində yazılmış kolofon məlumat verir. Əlyazmada iki fərqli 
erməni - alban (qıpçaq – qarqar) lüğəti yer alır. Eyni mətnə  bəzi 
Venesiya və Lvov əlyazmalarında da rastlanmışdır. Lüğət  əsasən 
qrammatik terminləri  əhatə edir. Orijinalın nə zaman, harada və 
kim tərəfindən tərtib edildiyi məlum deyil. 178 səhifədən ibarətdir. 
155 və 178–ci səhifələr boşdur.  Əlyazmanın mətni bir neçə  dəfə 
dərc edilib:  


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə