109
TƏRCÜMƏSİ:
“Məhkəmə” anlayışının özünü kim müəyyən etmişdir? Məh-
kəmənin nə olduğunu müəyyənləşdirən ilk növbədə Tanrı,
sonra isə
peyğəmbərlər olmuşlar. Məhkəmə bütün işlərin təhqiqatı deməkdir.
Dünyada insanlara üç növ davranış xasdır: yaxşı, pis və orta.
Əzəldən xeyirxah olan, heç kəsi incitməyən insanlara məhkəmə
lazım deyil.
Oğrulara, qarətçilərə və qatillərə gəlincə, onların
məsələsi ümidsizdir. Məhkəmə isə müəyyən çətinlikləri olan or-
tabablar üçündür. Süleyman iki qadının işini müdrikcəsinə təhqiq
etdiyi və hökm çıxartdığı kimi, Daniyal peyğmbər də iki ağsaqqalın
və Susannanın müşkülatını eyni müdrikliklə həll etdi. Məsih də
özünün ikinci dönüşü zamanı sağ tərəfdə duran əməlisalehlərə
deyəcəkdir: “Gəlin, Atamın xeyir – dua verdikləri”, sonra üzünü
sol tərəfdə duran günah sahiblərinə tutacaq: “Məndən uzaq olun,
lənətəgəlmişlər, sizin yeriniz əbədi oddur”.
Bütün bunlardan aydın olur ki, məhkəmə ortada qalanlar
üçündür.
Ortadakılar isə o adamlardır ki, tövbə edir və günah-
larını yuyurlar. Tanrı onların günah və tövbələrini ölçür, gü-
nahları ağır gələnlər cavab verməli olurlar. Dünyəvi məhkəmə
də eyni qayda üzrə gerçəkləşməlidir.
Hakim savadlı, ağıllı və müdrük olmalı, ədalətlə hökm çıxara
bilmək üçün müqəddəs yazıları dərindən bilməli, insan təbiətinə
dərindən bələd olmalıdır. Hakimlərin həddi – buluğa çatmış olması
vacibdir. Onlar anlayışlı, məntiqli və diqqətli olmalıdırlar ki,
qanunları başa düşməmləri üzündən kiməsə ziyan vurmasınlar. Mə-
lum məsələdir ki, heç bir sənətkarın öz peşəsini dərindən öyrən-
mədən peşəkar olması mümkün deyil, indi görün, hakim öz Tanrıya
layiq işinin öhdəsindən gəlmək üçün hansı biliklər sahibi olmalıdır.
Çünki hökm vermək Tanrının işidir, geçək hakim Odur və dünyavi
hakimlər Tanrıya bənzəyirlər. Odur ki, onlar ilahi məhkəməni qə-
rəzsiz və ədalətli gerçəkləşdirməlidirlər ki, Tanrının qarşısında
utanmasınlar.
Hakimlik vəzifəsi kimə həvalə edilə bilər?
Əhdi - Ətiqdə Tanrının özü tərəfindən
seçilmiş peyğəmbərlər,
110
din xadimləri və onlar tərəfindən seçilmiş müdrik hakimlər barədə
məlumatlar var. Bəzən elə olur ki, xanlar və ulu bəylər hökm
çıxartmalı olurlar. Qoy bizdə də belə olsun. Əgər hər hansı bir öl-
kədə xristian xan və ya ulu bəy varsa, qoy məhkəməyə ədalətlə
sədrlik etsinlər. Kilsə məhkəməsinə sədrliyi isə, rahiblərdən və 2 –
3 müdrük ağsaqqaldan ibarət məsləhətçilərlə məsləhətləşmək şərti
ilə, yepiskop gerçəkləşdirsin. Əgər bir ölkədə xan və ya ulu bəylər
yoxsa, onda məhkəməni din xadiminə tapşırmaq lazımdır ki, o,
sədrlik etsin. Qoy heç kəs buna qarşı çıxmasın, yepiskopların içə-
risində cahillərin də, pul gücünə seçilmişlərin də olduğunu bəhanə
etməsin. Belə olduğunu mən də bilirəm. Amma
yepiskoplar yüksək
rütbə sahibidirlər və qəlblərə görə Tanrı qarşısında cavabdehdirlər,
qoy məhkmələrə görə də məsuliyyət daşısınlar. Əgər hakim ca-
hildirsə, qoy yardımçılarından öyrənsin ki, ədalətli ola bilsin.”
***
Növbəti başlıq:
“6.Dağı da ne türlü tiyişlidir bolmağa, könü ya egri yarğuda”
“Altıncı, hakimlər, haqlı olanlar və haqlı olmayanlar özlərini
məhkəmədə necə aparmalıdırlar”
Mətnin davamı (redaktəyə məruz qalmış və ya əlavə edilmiş
hissələr kursivlə verilir):
“Tiyişlidir yarğucığa ki, orunc aluçı bolmağay, zera yazğandır
ki, orunc soxraytır, necə ki iti köz bolsa. Zera ol yarğucu ki könülük
üstünə orunc almastır, anınq sözü keçər yarğuda, da könülük bilə
yarğuğa uç etər, da kim ki işitsə, biyənir. Ne türlü Tenqri ayttı ki,
yüz körmənqiz, yoxsa könü yarğu etinqiz. Egər ki könülük bolmasa,
köp adam esi bilə yazıxka tüşər, da bu iştən özgə millətninq yar-
ğusuna barırlar. Da könülük bolsa, yarğucılar da bazıp bolur
Tenqrininq sözün aytmağa ki, men yarğu etər esəm, menim yarğum
könüdür; baxmasın kensininq aslamına, cəht etsin ki, barça adə-
milərni biyəndirgəy. Egər ki sadaxa barça nemədən artıx esə,
yoxsa yarğunu könülük bilə tiyəsidir etməgə, tiyməs xocağa yüz