43
rasındadır ki, əski türk dilində “alban” kəlməsi “hərbi mükəl-
ləfiyyətli” anlamına gəlir. Bu fakt V.Radlovun “Qədim
türk lü-
ğəti”ndə də təsbit edilmişdir, fəqət bu sözün türk dilinə guya mon-
qol dilindən keçdiyi barədə əsassız bir fikir söylənmişdir. Fikrimiz-
cə, Albaniyanın əhalisi Xəzər xaqanlığının, ondan öncə isə Hun xa-
qanlığnın, başqa sözlə, Türküstanın (Turanın) tərkib
hissəsi olmuş,
Turan xaqanına tabe olmuş və lazım gəldiyində xaqanı atlı və
piyada döyüşçülərlə təmin etməyə mükəlləf olmuşdur. Hər halda,
“Kitabi - Dədə Qorqud”da “albanlar başı” adlandırılan Qazan xa-
nın, eləcə də xanlar xanı Bayandır xanın “Türküstanın dirəyi” kimi
təqdim edildiyi danılmaz faktdır.
Çox güman ki, Albaniya xristianlığın qəbulundan sonra Turan-
dan (Türküstandan) qopmuş, buna qədər isə həmişə Türküstanın
ayrılmaz hissəsi olmuşdur. Hər halda,
uzun müddət, daha dəqiq
desək, V əsrə qədər (albanlar xristianlığı V əsrdə qəbul etmişlər)
Albaniyanın paytaxtı olmuş Qəbələ şəhərinin ərəb mənbələrində
“Xəzər” adlandırıldığı da bir gerçəklikdir. Eyni zamanda, xəzərlə-
rin bu günə qədər harada yerləşmiş olduğu məlum olmayan pay-
taxtlarının Xanbalıq şəhəri olduğu məlumdur. Qəbələ şəhərinin adı
isə antik mənbələrdə “Kabalaka” kimi çəkilir. “Kabalaka”nın Xan-
balıq adının təhrifedilmiş forması olduğu göz qabağındadr. Xatır-
ladaq ki, Mahmud Kaşğarlının
xəritəsində bütün Qafqaz, o cümlə-
dən bugünkü Azərbaycan Respublikasının, Gürcüstanın və Ermə-
nistanın ərazisi Dərbənd – Xəzəran, yəni xəzərlər ölkəsi kimi qeyd
edilmişdir. Azərbaycan isə ondan cənubda göstərilmişdir.
Albanların xəzərlərdən və Turan – Türküstan mühitindən qop-
masının bir səbəbi yeni din - xristianlıq idisə, digər səbəbi də iki əsr
sonra türk əsilli Arsaklar sülaləsinin əvəzinə fars (tat) mənşəli
Mehranilərin hakimiyyət başına gəlməsi olmuşdur.
Təsadüfi deyil
ki, Musa Kağankatlı özünün “Alban tarixi”ndə xəzərlərdən və yer -
yer “Şimal” adlandırdığı Türküstandan sevməzliklə söz açır, ermə-
niləri həmişə xoş sözlərlə yad edir, Albaniyanın fars (tat) mənşəli
məliyi Cavanşiri öyməkdən isə doymur.
Tanınmış alban tarixçisi Musa Kağankatlı özünün "Alban ta-
rixi" kitabının Albaniyanın, yəni Azəbaycanın ilk şahlarını sırala-
44
yarkən birinci yerdə Nuh oğlu Yafəsin, ikinci yerdə onun oğlu,
kimmerlərin soy babası Qamərin, dördüncü yerdə isə onun oğlu
Toqarmanın adını çəkmişdir.
Musəvilik dinini qəbul etmiş xəzər xaqanı İosif
ona xəzər
türklərinin mənşəyi barədə verilən sualın cavabında bildirmişdi ki,
xəzərlər Toqarmanın 10 oğlundan biri olmuş Xəzərikin nəslindən-
dirlər. Maraqlıdır ki, xaqan İosif Toqarmanın, yəni Həzrət Nuhun
nəvəsi və Azərbaycanın 4-cü şahının digər oğullarının da adını cək-
mişdir. Bu oğulların da hər biri özünün adı ilə adlandırılan bir türk
xalqının soy babası olmuşdur.
Mövzu ilə bağlı Firudin Ağasıoğlu deyir:
"Xaqan İosif yazdığı məktubda xəzərlərə yaxın qohum olan 10
soyun adını çəkir. Həmin soylar bunlardır: Uyğur, Turis, Avar,
Oğuz, Bizal, Trna, Xəzər, Yanur, Bulqar və Savir."
Xəzər xaqanının çəkdiyi türk soy adlarından subarların adına
erkən mixi yazılarda, yəni eradan əvvəl III - II minilliklərə aid
mətnlərdə rast gəlirik. Əslində İosifin məktubunda bu soyun adı
"savir" şəklindədir. Fəqət sözügedən soyun adına
müxtəlif mənbə-
lərdə "savir", "sabir", "sibir", "suvar", "subar " şəklində rast gəlinir.
Eradan əvvəl III minilliyə aid mətnlərdə "subir" forması işlən-
məkdədir. Bu türk xalqı adını Azərbaycan toponimikasında suvar
şəklində əbədiləşdirmişdir. Söhbət "Biləsuvar" toponimindən gedir.
Firidun Ağasıoğlunun yazdığına görə,
mixi yazılardan belə
aydın olur ki, subarlar İkiçayarsının şimlında yaşayırdılar və şu-
merlərin qonşusu olmuşlar. Şumerlər İkiçayarasının cənubuna Su-
bar ölkəsinin ərazisindən keçərək gəlmişdilər.
Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş türk
soy və boylarından biri də bulqarlardır. Azərbaycanın 4-cü şahı
Toqarmanın 10 oğlundan birinin-Bulqarın nəsli olan bulqarların adı
"Kitabi-Dədə Qorqud"da da çəkilməkdədir.
Şərqşünas alim Süleyman Əıiyarov yazır:
"Dədəm Qorqud" kitabının VII boyunda etnogenez baxımından
belə bir tutarlı yazıya rast gəlirik: "Altı başı balqar bir ər gördüm.
Ol ərə bağdum. Dayım Əmən imiş."
45
Bu parçanı Ergin və Gökyay "alnı başı balkır bir ər gördüm"
kimi yazmışlar. Bartold isə rus dilinə "muja s blestyaşim çelom i
qolovoy" kimi çevirmişdir. Yalnız Bakı çaplarını hazırlayan Həmid
Araslı parçanı "balqar bir ər" oxumuş, ancaq bu "balqarın" kimliyi
və nə demək olması barədə bir söz söyləmədən keçinmişdir.
VII boyda "altı başı balqar bir ər" dedikdə, Azərbaycan xalqının
yaranmasında iştirak edən bulqarların adı bir eponim kimi çəkilir.
Bu bulqarlar sonrakı Volqaboyu bulqarları deyil, qədim bir et-
nosdur, onları protobulqar, yəni ilk bulqar adlandırmaq daha
düzgün olar. Onların adını ilkin olaraq IV əsrin Suriya tarixçisi
Mir Abas Katina çəkmişdir. Onun yazısı gəlib bizə çatmasa da,
Moisey Xorenatsinin "Ermənistan tarixi”ndə qalmışdır. Burada
deyildiyinə görə, Yuxarı Ormansız-Basean deyilən yerdə "sonralar
Bexendur Bulqar Vəndin köçürüb gətirdiyi ailələr yerləşmiş, onun
adı ilə bağlı olaraq onlar Vənəd adlanmışdı.""
Biləsuvar rayonu ərazisindən axan Bolqarçay bu günədək
bu qədim türk soyunun adını yaşatmaqdadır. Yaxın keçmişlərə
qədər bu bölgədə Bolqar, Bolqarkənd və Bolqar-Göytəpə adlı
etnotoponimlər mövcud olmuşdur.
Toqarmanın 10 oğlundan biri olan Uyğurun soyundan gələn
uyğurlardan da ayrıca söhbət açmaq lazımdır.
Uyğur türkləri hazırda əsasən
Çinin Sintzyan-Uyğur Muxtar
Vilayətində, qismən də Qazaxıstan və Özbəkistanda yaşayırlar.
Rəsmi statistikaya görə, sayları 15 milyon civarındadır. Qeyri-rəs-
mi məlumatlara əsasən isə, sayları 30 milyonla 100 milyon arasında
göstərilir. Uyğurlaın tarixdə qurduqları ilk dövlətin VIII əsrdə
qurulan Onuyğur-Doqquzoğuz xaqanlığı olduğu hesab edilir. Bu
dövlətin ərazisi Monqolustan, Sibir və İndiki Uyğurustan ərazilərini
əhatə etmişdir. Dövlətin qurulmasında doqquzoğuzlarla onuyğurlar
fəal rol oynamışlar. On uyğur soyunun birləşməsi ilə ortaya çıxan
onuyğurların adına Orxon-Yenisey abidələrində sıx-sıx
rast gə-
linməkdədir:
"Su...orada qalmış xalq onuyğur, doqquzoğuz xalqlarının üzə-
rində yüz il oturub...Orxon çayı...” (Moyunçur abidəsi, 3-cü sətir)