Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə37/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   33   34   35   36   37   38   39   40   ...   137

 
90
Dilin unikallığı onun daşıyıcısı olan adamların əzbər mətn bilgiləri-
nin cəmi kimi mövcud olmasıdır. Məsələn, ingilis dili onu bilən adamların 
dil yaddaşının məcmusudur. O biri tərəfdən bu adamlar bir ucdan ölür və 
onlarla dil bilgisi və daşıyıcılığı da, dilin bir parçası olaraq yox olur. Yeni 
doğulanlar isə ictimai müqaviləyə girərək insanların istifadə etdikləri 
mətnləri işarə sistemi kimi əzbərləyirlər. İnsanın ölməsi ilə dilin bir parça-
sı ölür: bunun qarşısını almaq üçün insanlar mətnləri yazıda ifadə etməyi 
icad ediblər. Ona görə yazı da dilin varlığının müstəqil  şəklidir Dil eyni 
zamanda subyektlərin danışmaq, yazmaq və oxuyub anlamaq vərdişlərinin 
cəmidir. Dİl vərdişlərini öyrənmək ictimai müqaviləyə girməkdir. Dil 
müqaviləsində olanlar, yəni bir dildə danışanlar hətta özlərini etnik cəhət-
dən də qohum sayırlar və bu tamam əsassız bir mistikadır. 
Dilin təbiətində  və  mənşəyində  ən maraqlı proses subyektlərdə 
mətnyaratma və mətnoxuma vərdişinin formalaşması və təfəkkür kimi bir 
alətə çevrilməsidir. Bu proses əsasən yazıdan istifadə edənlərin sayının 
artması kimi başlamışdır. Yazıya qədər qədim tayfa dillərində unifikasiya 
– normativlik, sabit söz şəkilləri və qrammatik qanunlar olmamışdır. Qə-
dim insanların dili də təxminən heyvanlarda olduğu kimi idi: səslə verilən 
informasiyanı tanımaq qabiliyyəti insanlarda da heyvanlarda olduğu kimi 
instinktiv kodda, anadangəlmə olmuşdur. Lakin insanlar dörd ətrafla deyil, 
iki ayaqla gəzməyi öyrənəndən sonra onların yaddaşı inkişaf etməyə baş-
lamış və kollektiv həyat fərdlər arasında ünsiyyət ehtiyacını qat-qat artır-
mışdır. Bunun nəticəsi olaraq iki paralel hadisə baş vermişdir: bir tərəfdən 
qədim adamların istifadə etdikləri səs işarələrin sayı artmış, o biri tərəfdən 
qədim adamlar tərəfindən qeyri fonetik işarə dilindən istifadənin dairəsi 
genişlənmişdir. 
İşarə dilinin yaranması  təfəkkürün başlanğıcıdır.  İşarələr ibtidai 
məfhumlar idi. Onların vasitəsi ilə  qədim adamlar obyektiv aləmdə olan 
şeyləri və hadisələri təkcə öz obrazı kimi yox, həm də yaddaşda qala bilən 
işarə sistemi kimi yadda saxlayırdılar. Bu İ.Pavlovun ikinci siqnal sistemi 
adlandırdığı  təfəkkürün inkişafı idi. Qavrayışın mövcudluğu nəticəsində 
insanlarda və heyvanların çoxunda şeylərin obrazları yaddaşlarda var idi: 
miqrasiya marşrutları da bunun hesabına unudulmurdu. Bu obrazın yad-
daşda olması nəticəsində heyvanlar öz düşmənlərini tanıyırlar. Bu heyvan-
larda və insanlarda ibtidai qavrayışın və bunun nəticəsi olan real tanıma-
nın yüksək inkişafını göstərirdi. Bu birinci siqnal sistemi idi və şeylərin öz 
obrazlarının yaddaşda qalmasına  əsaslanırdı. Lakin birinci siqnal sistemi 
ancaq konkret obyektlərin yadda saxlanmasına  əsaslanırdı, dəfələrlə gö-
rülmüş şeylərin xəyal kimi xatırlamaq idi. Amma ikinci siqnal sistemində 
“it” sözü anlayışa çevrildi, məsələn, fərdin hər gün gördüyü və xəyalında 


 
91
obrazını yarada bildiyi itdən ayrıldı. Deməli, hər təzə sözün özü artıq 
abstraksiya idi, məfhum idi. 
Buna baxmayaraq adamlarda söz işarələrinin insanların tanıdığı 
konkret obrazlarla əlaqəsi qaldı. Yəni hər fərd “it” deyəndə özünün tanıdı-
ğı konkret bir it obrazını xatırlayır. Uşaqlara isə dili öyrətmək üçün indi də 
şeylərin obrazlarından, şəkillərindən istifadə edilir. Görünür, konkret ob-
razlar ikinci siqnal sisteminin əks qütbü kimi məfhumlarla ayrılmaz surət-
də bağlıdır. 
Deyilənləri xülasə edib “dil nədir?” sualına aşağıdakı cavabı verə 
bilərik. 
1. Dil – mətnlərin maddiləşdirilmiş yazı şəklidir.  
2. Dil – ayrı-ayrı adamların yaddaşında  əzbərlənib yaşayan  şifahi 
mətnlər çoxluğudur. 
Lakin bu iki cəhət hələ dilin hamısı deyil: dilin ayrılmaz tərəfi onun 
iki mövcudluq formasından operativ və sosial istifadə xassəsidir. Bu xassə 
də iki qütblüdür və bu qütblərin hərəsi dilin iki müstəqil funksiyasıdır.  
3. Dil – dil daşıyıcılarının sayı  qədər mövcud olan fərdi danışma, 
mətnyaratma (şifahi və yazılı variantyaratma) qabiliyyətidir  
4. Dil – dil daşıyıcılarının sayı qədər mövcud olan fərdi mətnoxuma 
(gözlə) və mətntanıma (qulaqla) qabiliyyəti, danışığı və mətni anlamadır. 
Dilin operativ mətnyaratma və  mətnoxuma funksiyalarının icrası 
üçün insanda xüsusi orqanlar yaranıb və bu orqanlar da dil anlayışına aid-
dir, çünki bunlar olmadan dildən fərdi və sosial ələt kimi istifadə mümkün 
deyil. 
5. Dil – sözü yadda saxlayan, onun sıralarını operativ niyyətlərlə 
aktuallaşdıra bilən beyninin təfəkkür xassəsidir 
6. Dil sözün tələffüz orqanı olan udlaqdan ayrılmazdır. 
7. Dil sözü və onun sıralarını tanıyıb identifikasiya edə bilən görmə 
və eşitmə orqanlarının inkişaf etmiş vərdişləri sayəsində işləyir. 
 
 
2.2. Təfəkkürün sözü identifikasiya xassəsi  
və şifahi ləhcələrin mənşəyi 
 
Dilin ünsiyyət funksiyası, yəni sabit sözlərdən və birləşmələrdən 
dünyanı bildirən işarə sırası kimi istifadə təfəkkürün sözləri identik qəbul 
etmə xassəsinə  əsaslanır. Bu sözü identik qavrayışdır və yalnız bunun 
sayəsində danışan və  eşidən adamlar bir-birini başa düşür. Təfəkkürün 
sözləri identifikasiya edə bilmək xassəsi yazı dilindən istifadə prosesində 


 
92
meydana çıxmışdır. Ona görə yazıdan və yazılı  mətndən  əvvəl nitq 
hissələrindən istifadəyə  əsaslanan ünsiyyət funksiyasından danışmaq 
olmaz. Bütün hallarda şifahi ünsiyyət yazılı söz-işarə  sıralarının  əzbər 
formasından istifadədir.  İlk baxışda danışma təfəkkürün funksiyası kimi 
görünür, amma əslində danışma identik əzbərləmə xassəsindən istifadədir. 
Əzbərləmə isə yaddaşın yazılı mətndən istifadə, onu tanıma və ondan işarə 
kimi istifadə qabiliyyətinin inkişaf etmiş  şəklidir.  Şifahi söz birləşməsi 
yazılı söz birləşməsinin fərdi intonasiyaya bürünmüş variantıdır. Demək, 
işarə söz və  təfəkkür ayrılmazdır, onlardan əvvəl heç bir dil haqqında 
söhbət gedə bilməzə. Dil, müəyyən mənada, işarə-sözdən istifadə  mədə-
niyyətidir. Bəs insanlar işarə-sözləri necə yaratmışlar, ondan istifadəni 
necə öyrənmişlər? 
İnsan təfəkkürünün əsasını milyon illər ərzində formalaşmış yaddaş 
qabiliyyəti, identifikasiya qabiliyyəti təşkil edir. İnsanlarda hiss orqanları-
na uyğun beş identifikasiya qabiliyyətindən ikisi dildə  əsas rol oynayır: 
görmə və eşitmə vasitəsi ilə tanıma. Təfəkkürün bünövrəsi olan yaddaş ən 
çox görmə ilə identifikasiyaya əsaslanır. Məkanı və hərəkətləri tanımaqla 
fərdi yaddaş minlərlə təbii obrazları tanımağı və fərqləndirməyi öyrənmiş-
dir. Dilin ilkin forması olan yazı da görmə yaddaşı üzərində yaranmışdır. 
Yazı işarələrini fərqləndirmək və tanımaq vərdişindən informasiyanı yazı 
işarələri  şəklində maddiləşdirmək imkanı yaranmışdır. Yazının inkişafı 
xırda xətti yazı fiqurlarını tanıma qabiliyyətini inkişaf etdirməklə təfəkkü-
rün görmə ilə yazı işarəsini identifikasiya qabiliyyətini artırmışdır. Lakin 
yazılı işarələri identifikasiya görmə yaddaşının bir şəkli idi və 85-90 min 
il ərzində dil və ünsiyyət qabiliyyəti ilə bağlı heç bir nəticə vermirdi.  
Yazı  işarəsinin formulu belə idi: yaddaşdakı  təbiət obrazı + 
yazılı  işarə. Burada ancaq görmə ilə identifikasiya vardır. Yazının 
funksiyası isə fərdi yaddaşdakı dünya obrazının yazı işarələri ilə bildirilən 
obrazını yaratmaqdır.  
Söz işarəsinin formulu. İnsanların istifadə etdiyi müxtəlif işarələ-
rin, yazı yarandıqdan sonra isə qrafik söz-işarənin adı kimi yaranan şifahi 
söz-ad təfəkkürün yeni xassəsinin yaranmasını  şərtləndirdi: bu sözün 
şifahi səs variantını identifikasiya etmək qabiliyyəti idi. Səsləri identifika-
siya etmək qabiliyyətinin inkişafı dilin şəxslərarası ünsiyyət funksiyasına 
yol açdı. Yazı işarəsi maddi lövhədə olan işarə idi, məkanca bağlı və isti-
fadə üçün əlverişsiz idi, ancaq lövhəni görənlər üçün məna yarada bilirdi. 
Amma yazı işarəsinin adı olan səs işarəsi səs sürəti dairəsində yazılı işarə-
nin məkan bağlılığını aradan götürdü və sözün sosial alətə çevrilməsi üçün 
imkanları genişləndirdi. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə