Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə34/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   30   31   32   33   34   35   36   37   ...   137

 
83
II FƏSİL 
SÖZÜN, MİFiN VƏ YAZI DİLİNİN ORTAQ MƏNŞƏYİ 
 
 
Dil nədir? 
 
2.1. Sözün tarixçəsi. İnstinktiv və sosial söz 
 
İnsan və heyvan ünsiyyətinin işarəviliyi. Dil – fərdlər arasında 
ünsiyyət vasitəsi sayılır. Lakin darvinist elm heyvanların da ünsiyyət qa-
biliyyətinə malik olmasını geniş təsvir etmişdir. Hətta heyvanlar da sözə 
oxşayan səs işarələrindən istifadə edirlər. Heyvanlar da ünsiyyət səslərini 
tanıya və  fərqləndirə bilirlər. Lakin heyvanların öz ünsiyyətində istifadə 
etdikləri səslər söz deyil. Bunlar instinktiv yaddaşda olan və anadangəlmə 
mənşəli səslərdir. Ona görə heyvanların səslərlə ünsiyyət qabiliyyətini dil 
adlandırmaq dəqiq deyildir. 
Amma heyvanların ünsiyyətinin instinktiv işarələrə əsaslandığı mə-
lumdur. Dilə keçid prosesində insanlar on min illərlə instinktiv və sosial 
təbiətli işarələrdən paralel istifadə etmişlər.  İşarə dilindən istifadə isə 
ikinci siqnal sisteminin rüşeymi idi. Söz işarəsinin qavrayış yaddaşından 
əsas üstünlüyü onda idi ki, qədim insanlara real olaraq gözləri qarşısında 
olmayan  şeyləri xatırlamağa və onlar barədə informasiya mübadiləsi 
etməyə imkan verirdi. Bu insan yaddaşının inkişafında inqilab idi. Çünki 
qədim adamlara yayda qarı  təsəvvür etməyə, qışda isə yay meyvələri 
barədə informasiya mübadiləsi etməyə imkan verirdi. Qışda yetişmiş 
meyvənin xatırlana bilməsi artıq fikir idi, yaddaşla fikrin vəhdəti idi. Bu 
fikrin qıcıqlandırıcısı isə işarələr idi. 
Dildən  əvvəl işarə dilinin olması haqqında ilk dəfə qazax şairi və 
alimi Oljas Süleymenovun dilin mənşəyinə dair maraqlı kitabında oxumu-
şam.
5
 Ona  qədər dilin mənşəyi barədə fikirləşəndə bunu söz dilinin 
başlanğıcı kimi təsəvvür edirdim. Dilin mənşəyini alimlərin çoxu belə 
təsəvvür edib axtarmışdır. Lakin söz dilindən əvvəl işarə dilinin olması və 
təfəkkür üçün zəmin yaratması dilin yaranma təkamülünü daha dəqiq əks 
edir və söz dilinin yaranma mexanizmini aydınlaşdırır.  İlk işarələr kimi 
predmetlərdən istifadə edilirdi, onlara oxşayan balaca əşya analoqlardan, 
daş və gil üzərində şeylərin oxşar surətlərinin yaradılmasından, jestlərdən 
və səslərdən istifadə edilirdi. Qədim allahların surətləri də, onları nəzərdə 
                                                 
5
 Сулейменов О., Язык письма, Алмата, 1998. 


 
84
tutan predmetlər də məfhumların işarələri idi. Alimlər ilk obraz işarələrin 
yaranmasında günəş, ay şəkillərinin,  şeylərin öz real obrazlarının çıxış 
nöqtəsi olduğunu qeyd edirlər. 
İşarə dili ancaq insana xas böyük kəşf deyildi: bu, heyvan və insan-
ların yaddaşında yüz min illər  ərzində yaranan konkret obrazların adlan-
dırılması  və  işarələndirilməsi idi. Bu işarələndirmə mücərrəd təfəkkürün 
rüşeymi oldu. Konkret şeyləri görmədən onları xatırlamağa və onlara 
müəyyən münasibət bildirməyə imkan verirdi. Bu isə sivilizasiyanın əsası 
üçün informasiyanı maddi formada ifadə etmək və onu istənilən zaman 
ərzində saxlayıb istənilən vaxt ötürmək imkanı yaradırdı. Ona görə yazı 
yaranan kimi kahinlik və peyğəmbərlik hadisələri (hərəkatları) yarandı. 
İbtidai insanlar informasiyanı mühafizə edən, onu maddi formada ifadə 
edib saxlaya bilənləri sehrkar və ilahi qabiliyyətli sayırdılar. Bu yazı me-
xanizmini və məntiqini bilməməkdən və anlamamaqdan gəlirdi. 
İşarə dilinin tarixi insanlar arasında fonetik dildən qat-qat artıq 
müddət davam etmişdir. Məhz işarə dili sayəsində insanlar yaxşı tanıya 
bildikləri müxtəlif şeylərin obrazlarını məfhumlar kimi yadda saxlamağı, 
göz qarşısında olmayan şeyləri xatırlamağı, onlara münasibət bildirməyi 
öyrəndilər. Fonetik işarələr, fonetik dil ilk dövrlərdə  işarə dilinə paralel 
işləndi.  
Lakin informasiyanı yazmaq vərdişi yaranan kimi təfəkkür sürətlə 
inkişaf etməyə başladı. İşarə əvəzlikləri bölünüb adlara, ekspressiv nidalar 
isə parçalanıb fellərə çevrilməyə başladı. 
Beləliklə, demək olar ki, təfəkkür yazıdan doğmuşdur. Təfəkkürün 
əsası olan təzə sözlər yalnız yazı sayəsində çoxlu adamlar tərəfindən 
yadda saxlanılır və itib batmır. Uşaqlar dili necə söz-söz öyrənirsə, bəşə-
riyyət də dili söz-söz yaratmışdır. Ona görə deyə bilərik ki, təfəkkürün və 
mədəniyyətin yaranması yeni sözlərin yaradılması  və yazı dillində  əks 
edilmə yolu ilə digər insanlara və cəmiyyətlərə də məlum olması şəklində 
baş vermişdir. 
Dünyada çoxlu dillərin olması yeni sözlərin yadda saxlanması prob-
lemindən yaranmışdır.  İnsanlar sözləri unudur, tələffüzdə  təhrif edir
yenilərini yaradır, köhnələri heç də həmişə düzgün tələffüz edə bilmirdi-
lər. Nəticədə tayfalar arasında dil fərqləri yaranır və dərinləşirdi. Tələffüz 
aləti olan insan boğazı dil səslərini səhvsiz tələffüz etmək səviyyəsində 
inkişaf etməmişdi.  İndinin özündə  də bir xalq o biri xalqın fonemlərini 
səhvsiz tələffüz edə bilmir. 3-10 min il əvvəl bu problem daha kəskin ol-
muşdur və ilk kahinlər çox güman ki, ilk hakimiyyətlərini başqa adamlara 
nisbətən boğaz səslərindən daha yaxşı istifadə, gözəl ifaçılıq sayəsində 
yaratmışlar. 


 
85
Təfəkkürün gücü də, zəifliyi də sözlərlə maddi şeylər arasında bir-
başa rabitənin olmamağında idi. Bu təfəkkürün inkişafı, söz yaradıcılığı 
üçün hüdudsuz meydan açır. Eyni zamanda dünyanı təsvir və identifikasi-
ya edən, onun obrazını yaradan vasitə kimi dildəki qeyri-dəqiqlik poten-
sialı da buradan doğur. Dillərdə olan şəkilcə bir, mənaca müxtəlif sözlər –
omonimlər, inkişaf etmiş dillərdə sözlərin sintaktik yerinə görə çoxməna-
lılığı, adların sifətlər kimi işlənməsi və s. dil yaradıcılığı prosesində  nə 
qədər ziddiyyətlərin olduğunu göstərir. Ona görə dildə yaradılan nəzəriy-
yələr, teoremlər, layihələr, planlar həmişə təcrübə sınağından keçirilir. 
Təcrübə sınaqları nəzəriyyələri söz dilindən sərfi nəzər edərək mad-
di şeylərin özlərinin münasibəti kimi sınamaqdır. Təcrübə praktikası qav-
rayış yaddaşının( şeylərin obrazlarını xatırlaya bilmək) informasiya dəqiq-
liyi cəhətdən söz yaddaşından daha etibarlı sayıldığının göstəricisidir.  
Dil – həm də sözlə ünsiyyətdir. Sözü ünsiyyət işarəsi kimi tanımaq 
və ondan istifadə etmək insanlara məxsus kollektiv, sosial vərdişdir. Bu 
vərdiş və ondan doğan söz bilgisi anadangəlmə deyildir. Anadangəlmə ol-
mayan səs işarələrindən istifadə dilin əsas  əlamətidir. Bu əlamət insan 
yaddaşının təfəkkür qabiliyyətinə əsaslanır. Təfəkkür – söz işarəsini tanı-
maq və bu əsasda fərdi yaddaşı idarə etmək qabiliyyətidir. Bu qabiliyyət 
də anadangəlmə deyil, sosial vərdişdir. 
Delfin, it, bülbül kimi heyvanlar insanlara məxsus sözləri yadda 
saxlayıb tanımaq qabiliyyətinə malikdirlər. Lakin bu, heyvanlarda məhdud 
bir vərdişdir. Ona görə ki, sözləri tanıma və  fərqləndirmə aləti olan 
təfəkkür heyvanlarda yoxdur. İnsanların danışığını  məhdud dairədə 
anlasalar da onlarda danışma qabiliyyəti yoxdur.  
Sözdən istifadə qabiliyyəti ancaq insana aiddir. İnsanın heyvanlar 
kimi anadangəlmə bildiyi işarə  səslər – dilçilikdə onlara nidalar, modal 
sözlər və s. deyilir – bunlar dilə aid deyildir və əsil mənada söz sayıla bil-
məzlər. Onlar mənşəcə söz deyillər, çünki sözün özünün xüsusi sosial 
mənşəyi vardır. Dilçilikdə sözlərin instinktiv ünsiyyət səslərindən törəmə-
si barədə nəzəriyyə də vardır. Bu nəzəriyyə sözün və dilin mənşəyini izah 
etməkdə  qədimdən gələn bir yanlışlıqdır. Belə  səsləri sözə yaxınlaşdıran 
onların yazıda işlənməsi və orfoqrafiya lüğətlərinə düşməsidir. Lakin hoy, 
hay, ho-ho, hm və s. sözlər instinktiv mənşəli səslərin dildə qalığıdır.  
Dil o qədər unikal bir hadisədir ki, Platon kimi böyük mütəfəkkir 
dünyanın yaranmasını dillə bağlamışdır. Bu dilin mənşəyi haqqında ilk 
nəzəriyyə idi. Platon ilk dəfə olaraq şeylərdən  əvvəl onların ideyasının, 
şəklinin mövcud olduğunu irəli sürmüşdür. Guya sonradan hər sözə, anla-
yışa uyğun şeylər yaradılmışdır. Bu təsəvvürə görə, sözlər yaradılışdan əv-
vəl də var idi və Allah dünyanı sözlərin əsasında yaratmışdır. Platonizmin 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə