Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə35/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   31   32   33   34   35   36   37   38   ...   137

 
86
bu müddəasında hətta sözlə Allah eyniləşir və bu, xristian dinində sözün 
Allahın adlarından və ünvanlarından birinə çevrilməsinə səbəb olmuşdur. 
Bu nəzəriyyədə Allah sözlərin daşıdıqları mənaların məcmusu kimi, 
bütün məna və ideyaların vahid akkumulyatoru kimi təqdim olunurdu. Söz 
barədə Platonun irəli sürdüyü təsəvvür XIX əsrə qədər fəlsəfədə də dünya-
nı izah edən nəzəriyyələrin əsas bünövrəsi olmuşdur. Hesab olunurdu ki, 
dünyadakı mükəmməllik ancaq Allahdan gələ bilər. Bu “mükəmməllik” an-
layışı isə əslində insanların istifadə etdikləri yazılı dilə aid idi. Platondan gələn 
nəzəriyyəyə əsasən sözlər mənalı, məfhum ifadə edən səslərdir. Qədim dilçilik 
iki əsas anlayış: söz və məna anlayışları üzərində qurulmuşdu. 
Monoteizm hakim olandan sonra dilin Allah tərəfindən yaradıldığı 
barədə nəzəriyyə irəli sürüldü və bu, əslində platonizmin bir şəkli idi. F. 
de Sösür dilçiliyin özünə  qədərki nailiyyətlərindən istifadə edərək dilin 
təbiəti barədə yeni, müasir nəzəriyyə irəli sürdü. Bu nəzəriyyə sözün mə-
na daşıyıcılığı haqda nəzəriyyəni kənara atdı və göstərdi: sözlər adi işa-
rələrdir. Sözlərlə onların bildirdiyi mənalar arasında bağlılıq yoxdur. Ona 
görə eyni mənalar müxtəlif dillərdə yüzlərlə müxtəlif sözlərlə bildirilir.
 
Məna və  mənayaranma prosesi dilə aid deyildir, dinləyiciyə  və oxucuya 
aiddir, konkret fərdin nitqi dinləməsi, mətni oxuması zamanı onun başında 
meydana çıxır.  
F.Sösür sözün yeni formulunu verdi: işarə+işarə edilən. Söz-işarə-
nin əsas işi yaddaşda mövcud olan obraz və əlaqələri aktuallaşdırmaqdır. 
Bu aktuallaşdırma sayəsində sözün iki əsas funksiyası üzə çıxır: söz həmi-
şə nəyisə bildirir, o, bildirəndir. F.Sösür bu terminlə sözün və söz birləş-
mələrinin, mətn parçalarının  bildirənlik xüsusiyyətini də  təhlil edib ay-
dınlaşdırmağa çalışmışdır. Bu termin bədii mətnlərin məna qatına da aid 
edilirdi. Bizcə, F.Sösür sözlə bildiriləni sabit və universal şey kimi təyin 
etməyə çalışanda yanılırdı. Bildirənlik işarə etmə xassəsidir. Amma sözün 
işarə xassəsi müxtəlif yaddaşlarda və ya başlarda müxtəlif həcmli və 
şəkilli oyanma yaradır. Dil və söz bilgisi fərdidir, ona görə sözlər üçün 
universal bir bildirilən müəyyən etmək qeyri mümkündür. Savadsız adam-
lar terminləri bilmirlər, çünki sözlərin  əsas mənaları  mətnlərdədir, kon-
tekstdədir. Lakin mətnləri bilmədən, təhsil almadan terminlər adamlar 
üçün heç nə bildirməyən sözlər olaraq qalır (Lüğətdə isə sözlərin universal 
mənaları deyil, onların lüğətçiyə  məlum olan mətn kontekstlərində 
daşıdıqları  əsas bildirilənlər (mənalar) öz əksini tapır). Sözün bildirənlik 
xüsusiyyətində, simvollaşmasında bunu dana yaxşı görmək olar. Sözdəki, 
hekayə mətnindəki simvolik məna təcrübə və təhsil prosesində adamların 
yaddaşında əvvəlcədən mövcud olur, adamlara məlum olur. Mətni və sözü 
oxuyana qədər yaddaşda olmayan heç bir mənanı, simvolu mətndə tapmaq 


 
87
olmaz. Mətndə bildiriləni tapma da tanımanın (psixi proses) bir şəklidir. 
Yaddaşda olmayan şeyi tanımaq və ya məna kimi tapmaq olmaz. 
Bildirənlik sözlərin ikinci şəxslər tərəfindən tanına bilmə xüsusiy-
yətidir, əslində işarə funksiyasıdır. Sözün ikinci funksiyası isə onun məf-
hum, məna daşıyıcısı olmasıdır. Məna sözü eşitmədən sonra yaddaşda ge-
dən prosesdir. Ona görə strukturalizmin məna anlayışını saxlayıb işlətməsi 
onun nailiyyətlərinə kölgə salır. Məna sözdə deyildir, məna sözü tanıma 
nəticəsində ikinci şəxsin yaddaşında baş verən prosesdir. Ona görə sözün 
işarəliyi məhz ikinci şəxsin yaddaşında xatırlama prosesi yaratma siqnalı 
olmasıdır. Ümumilikdə isə Platondan gələn məna anlayışı indi də dilin tə-
biətini doğru izah etməyə mane olan başlıca fiktiv məfhumlardan biridir. 
Söz insanda iki unikal orqan yaratmışdır: sözü tələffüz edən boğaz-
udlaq və sözü tanıyıb onu yaddaş obrazlarının şərti işarəsi kimi qəbul edə 
bilən təfəkkür. Təfəkkür sözləri 1) tanımaq (fərqləndirmək), 2) söz birləş-
mələrini əzbərləmək, 3) əzbərlənmiş söz və birləşmələrdən öz iradəsi ilə 
dünyanı bildirən işarə  sırası kimi istifadə etmək funksiyalarını icra edir. 
Təfəkkürün sözəzbərləmə qabiliyyəti yazıdan gələn sosial identikliyə 
malikdir, sözləri müxtəlif adamlar eyni cür başa düşə bilir. 
Burada  əzbər bilmə xassəsinin dildə fundamental əhəmiyyəti 
qeyd olunmalıdır. Əzbər bilmə – öz iradəsi ilə, kənar qıcıqlandırıcı olma-
dan yaddaşdan söz vasitəsi ilə obrazları, yaddaş materialını xatırlama qa-
biliyyətidir. Bu qabiliyyət təfəkkürün əsasıdır və heyvanlarda yoxdur, yəni 
heyvan kənar qıcıqlandırıcı olmadan heç nə xatırlaya bilmir. Amma insan-
lar öz iradələri ilə yaddaşda olanları xatırlaya bilirlər. Danışma zamanı bi-
rinci şəxsdə gedən variantyaratma prosesi bu xatırlama xassəsi sayəsində 
yarana bilir. Nİtq prosesində danışan öz iradəsi ilə yaddaşında əzbər bil-
diyi (istədiyi vaxt aktuallaşdıra bildiyi) söz sıralarından və birləşmələrdən 
(mətnlərdən) istifadə yolu ilə yeni mətn variantları yaradır. 
Əzbərləmə – həm dili və təfəkkürü paralel yaradan və yaddaşa məx-
sus  əsas xassə, həm də dilin özünün adamlarda dil bilgisi kimi yaşayan 
əsas mövcudluq formasıdır. Dil bilgisi dili əzbərləməkdir və hər bir dil da-
şıyıcısı dili fərdi surətdə və dərəcədə  əzbərləyir. Hər bir uşaq dili əzbər-
ləməklə dil işarələrindən istifadənin ictimai müqaviləsinə qoşulur. 
Əzbərləmə  həm yazını bilənlər, həm də savadsızlar üçün yazılı 
mətndən, mənşəcə yazı ilə yaradılmış  və qorunmuş  mətn materialından 
istifadədir.  İlk baxışda dilin yazıdan törəməsi paradoksal görünür. Ona 
görə ki, dili əzbərləyənlərin 95 faizi onu şifahi surətdə  əzbərləyir. Lakin 
bu hələ dilin şifahi yarandığının sübutu deyil. Nə üçün? Ona görə ki, hər 
bir əzbər bilmə – mətn bilmədir (söz, birləşmə və söz sırası). Mədəni mətn 
bilmə isə  həmişə yazıdan törəmədir, insanda yazı sayəsində formalaşmış 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə