Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsi



Yüklə 143,99 Kb.
səhifə9/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
Movzu-12-Turkiyə

1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsi
Rusiya 1826-cı il martın 17-də Türkiyəyə ultimatium verdikdə, təkcə yunanların xeyrinə sultana təzyiq göstərmək deyil, həmçinin yaranmış vəziyyətdən öz mənafeyi üçün də istifadə etməyi nəzərdə tutmuşdu. Nəticə etibarilə Akkermanda keçirilən rus-türk konfransı 1826-cı il oktyabrın 7-də saziş imzalanması ilə sona çatdı. Həmin saziş əvvəlki müqavilələr əsasında müəyyən edilmiş rus-türk sərhədlərini təsbit etdi və Buxarest sülh müqaviləsinin Moldaviya, Valaxiya və Serbiyaya vermiş olduğu hüquqları bərpa etdi. Beləliklə, Rusiyanın uzun müddət apardığı Balkan siyasəti Rusiyanın və Balkan xalqlarının xeyirinə həll edildi. Yeni sazişə əsasən Rusiya Balkanlarda əvvəlki illərə nisbətən öz mövqeyini daha da möhkəmləndirdi.
Bu dövrdə isə Misir qoşunları öz istiqlaliyyəti uğrunda mübarizə aparan yunanlara qarşı qırğını davam etdirirdi. Misir qoşunları 1827-ci ilin iyununda yunan vətənpərvərlərinin dayağı olan Afinanı işğal etdilər. Belə bir vəziyyətdə Rusiya 1827-ci il iyulun 6-da üç dövlət arasında imzalanan sazişin təşəbbüsçüsü oldu. Bu saziş əsasında sultandan tələb edilirdi ki, Yunanıstana muxtariyyət versin. Eyni zamanda sazişdə nəzərdə tutulurdu ki, sultan bu tələbi rədd etsə, ona qarşı güc tətbiq edilsin.
Avstriya tərəfindən qızışdırılan II Mahmud ümid edirdi ki, dövlətlər arasında Yunanıstan məsələsi üstündəki ixtilaf onların imzaladığı sazişin əhəmiyyətini itirəcək. Buna görədə II Mahmud ona verilmiş tələbləri rədd etdi. Bunun nəticəsində birləşmiş ingilis-fransız eskadrası 1827-ci il oktyabrın 20-də Navarin limanında (Peloponnes yarımadasının cənub-qərb sahili) Türkiyə-Misir eskadrası ilə döyüşə başladı. Müttəfiqlərin, yəni avropalıların eskadrasında 26 gəmi, Türkiyə-Misir eskadrasında isə 94 gəmi var idi. Bu texniki üstünlüyə baxmayaraq, türk-Misir eskadrası demək olar ki, tamamilə darmadağın edildi. İbrahim paşa Misirə çəkilməyə məcbur oldu. Lakin Avstriyanıntəhriki ilə sultan öz donanmasının darmadağın edilməsinə baxmayaraq Akkerman sazişini ləğv etdi və 1827-ci il dekabrın 20- də Rusiyaya qarşı "cihad müharibəsi" elan etdi. Öz növbəsində Rusiya da 1828-ci il aprelin 26-da Türkiyəyə müharibə elan etdi. Rusiyanın 150 minlik ordusu Prut çayını keçdi. Rumınlar və bolqarlar rus ordusunu rəğbətlə qarşılayır, ona öz xilaskarı kimi baxırdılar. Rus ordusunun sürətli hücumu yunan xalqında yenidən antiosmalı ruh yüksəkliyini oyatdı. Rumınlar, serblər, bolqarlar, yunanlar könüllü dəstələr təşkil edərək Rusiya tərəfində çıxış etdilər. Müharibə eyni zamanda həm Balkanlarda, həm də Qafqaz-Türkiyə sərhədində gedirdi. Rus ordusu əvvəl Qafqaz cəbhəsində mühüm qələbələr qazandı. General Dibiçin komandası altında rus ordusu 1829-cu ilin iyununda Balkan cəbhəsində də türk ordusunu böyük məğlubiyyətə uğratdı. Rus ordusu Balkan dağlarını keçərək sürətlə Ədirnəyə yaxınlaşdı və Ədirnəni işğal etdi. Rus qoşunlarının hücumunu dayandırmağa qadir olmayan türk qoşunları intizamsız halda geri çəkilirdi. İstanbula gedən yol açıq idi. Paytaxt təşviş içində olmaqla yanaşı, ölkədə hakimiyyətə qarşı siyasi gərginlik artırdı. Belə ki, Türkiyənin fasiləsiz müharibələr aparması, ordunun yorğun düşməsi və əsgər ailələrinin sultana ünvanladıqları məktublar ondan xəbər verirdi ki, ölkədə hakimiyyətə qarşı qınaqlar çoxalmaqdadır.
Bununla yanaşı, rus ordusunun hərbi müvəffəqiyyətləri İngiltərə, Fransa və Avstriyanı çox narahat edirdi. Yunan məsələsinin təklikdə həll edilməsinə yol verməmək üçün İngiltərə və Fransa hökumətləri hələ 1829-cu il martın 27-də, yəni türklərin Balkan ordularını məğlub edilməmişdən əvvəl, Londonda saziş imzalanmasına nail olmuşdular ki, bu da Türkiyə ilə Rusiya arasındakı sülhün əsas şərtlərini müəyyən edirdi. Bu müqavilənin qapalı tərəfləri də mövcud idi.
Odur ki, həmişə olduğu kimi İngiltərənin müəmmalı siyasəti nəticəsində Rusiya Ədirnə istiqamətində uğurlu hərbi əməliyyat apardı, eyni zamanda rus ordusu Ədirnəni tutduqdan sonra Türkiyə məcburiyyət qarşısında qalaraq sülh müqaviləsinin bağlanmasını təklif etdi. Rusiya hərbi uğurları ilə yanaşı, incə diplomatiya nümayiş etdirdi. Rusiya İstanbulu və boğazları tutmaq fikrində deyildi, çünki Rusiya diplomatiyası bilirdi ki, belə bir addım Avropa dövlətlərinin hərbi ittifaqı ilə müharibəyə səbəb ola bilər. Odur ki, Türkiyənin sülh haqqındakı təklifi qəbul edildi. Türkiyə hökuməti 1829-cu il sentyabrın 14-də öz nümayəndələrini Ədirnəyə, Dibiçin qərargahına göndərdi. Danışıqların yekunu olaraq sülh müqaviləsinin imzalanması ilə nəticələndi, müqavilə London protokolu əsasında tərtib edilmişdi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə