Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


-cu il Ədirnə sülhü Yunanıstanın istiqlaliyyət əldə etməsi



Yüklə 143,99 Kb.
səhifə10/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   6   7   8   9   10   11   12   13   ...   33
Movzu-12-Turkiyə

1829-cu il Ədirnə sülhü Yunanıstanın istiqlaliyyət əldə etməsi
Ədirnədə bağlanan müqavilənin əsas bəndləri Londonda hazırlanmışdı. Ədirnə sülhünün şərtlərinə görə son müharibədə Rusiya tərəfindən azad edilmiş Cənubi Qafqaz torpaqları və Qara dənizin şimal-şərq sahilləri Rusiyaya birləşdirilməli idi. Türkiyə öhdəsinə götürürdü ki, Yunanıstana və Serbiyaya muxtariyyət verilir, Moldaviya və Valaxiyada türklərin məskən salması və mülkə sahib olması qadağan edilirdi. Eyni zamanda nəzərdə tutulmuş vaxtda müşahidə altında türklər buradan öz qarnizonlarını çıxarırdılar. Bundan sonra Rusiya bu knyazlıqların işlərinə və buraya qospodarların təyin edilməsinə güclü təsir göstərmək imkanı əldə edirdi. Türkiyə Qara dənizdə və boğazlarda ticarət gəmiçiliyinə mane olmamağı və 1,5 milyon holland çervonu təzminat verməyi öhdəsinə götürdü. Təzminat ödənilincəyə qədər (18 ay müddətində) rus qoşunları Moldaviya və Valaxiyada qalmalı idilər.
1830-cu il fevralın 3-də Rusiya, İngiltərə və Fransa Londonda yeni saziş imzaladılar. London sazişi Yunanıstana tam istiqlaliyyət verilməsini nəzərdə tuturdu. Lakin, bu qərar yunan vətənpərvərlərinin bütün arzularını təmin etmədi. Yunanıstanın sazişlə müəyyən edilən sərhədlər yunanların yaşadığı bütün əraziləri əhatə etmirdi. Bu dövrdə həmçinin yunan xal-qına məcburi qaydada mütləqiyyət quruluşu qəbul etdirilmişdi.
London sazişini imzalayan dövlətlər 1830-cu il aprelin 8-də sultana ultimatum göndərib, Yunanıstanın istiqlaliyyətini tanımağı tələb etdilər. Aprelin 24-də sultan Yunanıstanın istiqlaliyyyətini tanıması haqqında öz razılığını bildirməyə məcbur oldu. Həmin il avqustun 29-da sultan xüsusi fərmanla Serbiyaya da muxtariyyət verilməsini elan etdi. Beləliklə, 1828-1829-cu illər müharibəsində rus ordusu yunan xalqını tamamilə, serb və rumın, eləcə də Cənubi Qafqaz xalqlarını isə Osmanlı basqın və qarətlərindən qismən azad etdi.


1831-1833-cü illər Türkiyə-Misir münaqişəsi, Şərq məsələsinin yenidən kəskinləşməsi
Əvvəla qeyd olunması zərurdir ki, Avropa dövlətləri süni şəkildə beynəlxalq miqyaslı münaqişə ocaqları yaradaraq gələcək müharibələrə zəmin hazırlayırdılar. 1829-cu il Ədirnə sülh müqaviləsindən sonra güman etmək olardı ki, Türkiyə ilə Avropa dövlətləri arasında əbədi sülh bərqərar ediləcəkdir. Amma belə olmadı. Çünki dünyanın bölüşdürülməsi məsələsi qarşıda dururdu. Odur ki, sülh müqaviləsi imzalandıqdan iki il sonra Türkiyə yenidən müharibəyə cəlb olundu. Bu dəfə münaqişə Türkiyədən uzaq olan Misirdə formalaşmaqda idi.
Münaqişəni Misir canişini Məhəmmədəli başladı. Məhəmmədəli rəsmən yalnız canişin hesab olunsa da o, əslində Misirin müstəqil hakimi idi. Lakin o böyük bir imperiya, yəni böyük ərəb imperiyası yaratmaq, Misiri bütün Yaxın Şərqin ticarət mərkəzinə çevirmək haqqında düşünürdü. 1831-ci ildə Məhəmmədəli sultana qarşı açıq çıxış etdi. Başlanmış olan bu müharibədə sultan qoşunları məğlub edildi. Misir qoşunları Anadolunun içərilərinə soxuldu və 1832-ci ilin dekabrında Konya yaxınlığında sultan qoşunlarını darmadağın edərək İstanbula yürüş etməyə hazırlaşdı. Sultan II Mahmudun və bütün Osmanlı sülaləsinin hakimiyyətdən devrilməsi təhlükəsi meydana çıxdı. Sultanla Məhəmmədəlinin münaqişəsi Şərq məsələsinin də son dərəcə kəskinləşməsinə səbəb oldu. Türkiyə ilə münaqişə zamanı Məhəmmədəliyə Fransa qəyyumluq edirdi. Buna görə də Misir canişininin hərbi müvəffəqiyyəti eyni zamanda Yaxın Şərqdə Fransa təsirinin güclənməsi demək idi. Təbiidir ki, İngiltərə və Rusiya buna düşməncəsinə yanaşır və Fransanın Misirdə möhkəmlənməsilə əsla barışmırdılar.
Belə mövcud problemlə əlaqədar yaranmış vəziyyət II Mahmudu Fransa və İngiltərədən yardım istəməyə məcbur etdi. Fransa həmişəki kimi ikili oyun oynadı və Türkiyəyə rədd cavabı verdi. İngiltərənin isə Sultan Mahmuda Avstriyanın vasitəçiliyi ilə kömək etmək istəyi məlum oldu. Lakin Avstriya qəflətən öz mövqeyini dəyişdi və Məhəmmədəliyə qarşı müharibəyə başlamaqdan boyun qaçırdı. Heç də gözlənilməyən tərəfdən, yəni I Nikolaydan Türkiyəyə kömək gəldi. Çar öz qonşuluğunda zəif Türkiyənin olmasını daha münasib bilərək ehtiyat edirdi ki, bacarıqlı Məhəmmədəli Türkiyəni hərbi-strateji cəhətdən zəiflədib, onu Yaxın Şərqdə Fransanın dayağına və Rusiyanın müsəlman təbəələrinə arzu olunmaz təsmərkəzinə çevirə bilər. Odur ki, I Nikolay II Mahmuda təcili yardım göstərdi. Onun tələbilə Məhəmmədəli hücumu dayandırdı. 1833-cü ilin fevral-aprelində Bosforun Asiya sahilindəki Xunkar yaxınlığında 14 min rus əsgəri quruya çıxarıldı.
Rusiyanın münaqişəyə fəal müdaxilə etməsi İngiltərə və Fransanı məcbur etdi ki, sultan ilə Məhəmmədəli arasında müharibənin qurtarması üçün tədbirlər görsünlər. Nəticə etibarilə 1833-cü il mayın 9-da sultan ilə onun rəsmi vassalı Məhəmmədəli paşa arasında Kütəhyədə müqavilə imzalandı. Müqaviləyə əsasən Misir, Suriya, Livan, Fələstin və Kilikiya Məhəmmədəlinin hakimiyyəti altına keçdi. Beynəlxalq jandarm rolunu oynayan Rusiya Türkiyə-Misir ziddiyyətlərini öz istədiyi kimi həll etdi. Eyni zamanda daha rus qoşunlarının Türkiyədə saxlanılmasına ehtiyac qalmadı. Yalnız 1833-cü il iyulun 8-də, II Mahmud Rusiya ilə 8 il müddətinə Xunkar müdafiə müqaviləsini imzaladıqdan sonra rus qoşunları Türkiyədən çıxarıldı.
Müqaviləyə əsasən hər iki tərəf razılaşdırılmış siyasət yeritməyi, "tərəflərin əmin-amanlıq və təhlükəsizliyini təmin etməyə" ehtiyac olduqda bir-birinə kömək etməyi öhdələrinə götürürdülər. Xüsusilə Rusiya Türkiyəyə həm xarici, həm də daxili düşmənlərə qarşı mübarizədə silahlı yardım göstərmək haqqında razılığa gəldilər. Müqavilənin bir neçə gizli maddələri var idi ki, onlar sirr olaraq qalırdı. Bircə o aydınlaşdı ki, Türkiyəni Rusiyaya yardım göstərmək öhdəçiliyindən azad edirdi, lakin bunun müqabilində Rusiyanın tələbilə Türkiyə Rusiya ilə münaqişədə olan dövlətlərin xarici hərbi gəmilərin Dardanel boğazından keçməsinə yol verməməli idi. Əvvəlcədən razılaşdırılmış şərtlərə görə müqavilə imzalandıqdan üç gün sonra rus qoşunları Türkiyəni tərk edirdi. Lakin bir az sonra, Rusiya Avstriya ilə saziş bağlamağa məcbur oldu. Belə ki, 1833-cü il sentyabrın 18-də imzalanmış Münxenqrets sazişinə əsasən Avstriya Türkiyədə mövcud rejimi qorumağı öhdəsinə götürən dövlət oldu. Bu isə həm ölkə, həm də beynəlxalq aləmdə Türkiyənin nüfuzuna xələl gətirən saziş idi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə