Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə39/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Yeməklər


Misir mətbəxinin türk, ərəb və ya yunan mətbəxləri ilə oxşarlığı çoxdur.
Misir mətbəxi kifayət qədər orijinal, lakin bir qədər ağır hesab olunur. Bu səbəbdən turistlər onu adətən sevmir. Lakin şübhəsiz ki, o, bizim diqqətimizə layiqdir. Ən’ənəvi Misir xörəkləri ət, tərəvəzlər və düyüdən ibarətdir. Xörəklərə yağ, duz, istiot, soğan, sarımsaq və həmçinin zirə, şüyüd və ya nanə kimi ətirli göyərtidən əlavə olunur.

Çəngəl və qaşığa ehtiyac yoxdur


Misirdə çörək həmişə süfrəyə qoyulur. Misirlilər çörəyi üçbucaq şəklində bükür və onu xörəklə doldurur. Beləliklə, çəngəl və qaşığa ehtiyac olmur; yalnız şorbalar qaşıqla yeyilir.

Misir menyusu


Səhər yeməyi və nahar vaxtı Misirdə adətən yaşıl şorba verilir. O, ispanağa bənzəyən molohejaadlanan göyərtidən hazırlanır. Həmçinin içi doldurulmuş kələm yaqpaqlarına bənzəyən mahsziadlanan xörək verilir. İç qoyulması mal əti, düyü və göyərtidən ibarətdir. Belə iç qoyulması müxtəlif yollarla bükülür. Mahszi kromb üzüm və ya kələm yarpaqlarına bükülür. Həmçinin, pomidor (mahszi tomatom), tsukkini (machszi kusa) və badımcanın (mahszi bitengen) içi doldurulur. İçi doldurulmuş tərəvəzlər duxovkada bişirilir və hazır olan kimi süfrəyə verilir, çünki soyuyanda, xörək öz ətirini itirir. Səhər yeməyi vaxtı Misirlilər taameia adlanan buterbrodlara oxşar yemək yeyirlər. O, iki tikə çörək arasına qoyulan katletdən ibarətdir. Təzə kahı yarpağı ilə yeyilən katlet paxla və ədvalı noxuddan hazırlana bilər. Başqa ən’ənəvi xörəkfoul adlanır. O, üyüdülmüş və yağda qızardılmış lobyadan hazırlanır. Foul pita çörəyinə bənzəyən çörəyin arasına qoyulur. Bir çox Misir restoranlarında yağ, ət və ya yumurta ilə verilən müxtəlif növ taameja və foul xörəklərini görmək olar. Torshiturşuya qoyulmuş tərəvəzlərdən hazırlanır. Misirdə pasta ilə çörək populyar qəlyanaltıdır. Burada müxtəlif çörək (a‘aish) növləri var. Onlardan biri boşqab kimi dayaz və yumru a‘aishbaladi çörəyidir. Həmçinin bizim bulkalarımıza oxşar ‘aish fransawi’, yəni fransız çörəyi mövcuddur. Çörək süfrəyə tahina adlanan limon şirəli və sarımsaqlı küncüt sousu və ya badımcan, sarımsaq və cəfəri pastasından hazırlanmış babaqanuk sousu ilə verilir.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə