MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

Məsələn,  çörək,  ət, yağ  və digər  ərzaq məhsulları insanların yeməyə olan
maşınlar, dəzgahlar, avadanlıqlar istehsal tələbatını ödəyirlər. Əmtəənin faydalı-
lığı, insanın bu və ya digər bir tələbatını ödəmək xassəsi onu istehlak dəyəri edir. 
İstehlak dəyəri hər-hansı bir şeyin təbii xassəsindən asılıdır. Lakin istehlak 
dəyəri onu yaradan əməyin kəmiyyət miqdarından asılı deyildir. İstehlak dəyəri bütün 
insan cəmiyyətlərində mövcuddur. Çünki cəmiyyətlərin inkişaf səviyyəsindən və 
mərhələlərindən asılı olmayaraq insanlar bu və ya başqa bir iqtisadi ne’məti istehsal 
edib onu istehlak dəyəri kimi mənimsəyib öz tələbatlarını ödəyirlər. 
Əmtəənin istehlak dəyəri natural təsərrüfatda yaradılan məhsulun istehlak 
dəyərindən fərqlənir. Birinci, natural təsərrüfatda məhsulun istehlak dəyəri 
bilavasitə  həmin məhsulu istehsal edən üçün istehlak dəyəri kimi çıxış edir. 
Əmtəə isə ictimai istehlak dəyərinə malik olmalıdır.  Əmtəənin istehlak dəyəri 
cəmiyyətin digər üzvlərinin tələbatını ödəməlidir. İkinci, əmtəənin istehlak dəyəri 
elə bir spesifik istehlak dəyəridir ki, o ancaq mübadilə yolu ilə istehsaldan 
istehlaka daxil olur. Odur ki, natural təsərrüfatdan fərqli olaraq əmtəə  təsərrü-
fatında yaradılan məhsulun istehlak dəyəri mübadilə  dəyərinin daşıyıcısına 
çevrilir. 
Məhsulun  əmtəəyə çevrilməsi üçün mübadilə  dəyərinin olması  şərtdir. 
Çünki, mübadilə  dəyəri kimi bütün əmtəələr müəyyən bir kəmiyyət nisbətində 
bir-birinə  dəyişdirilməlidirlər.  Əmtəələrin bir-birilə müəyyən nisbət daxilində 
mübadilə edilməsi  əmtəə istehsalçılarının subyektiv istəklərindən asılı deyildir. 
Əmtəələrin bir-birinə  bərabərləşdirilməsi onların mübadiləsinə  qədər baş verən 
obyektiv bərabərlik prosesidir. Məsələn, çörək bir istehlak dəyəri formasıdır, 
kostyum isə digər istehlak formasıdır.  İstehlak dəyəri baxımından  əmtəələri 
ölçmək olmaz. Lakin mübadilə  dəyəri nöqteyi-nəzərindən  əmtəələr ölçülürlər, 
çünki əmtəələr dəyişdiriləndə onların əsasını mübadilə nisbəti təşkil edir. 
Belə ki, əmtəələrin mübadilə  dəyərini onların istehlak dəyərilə müəyyən 
etmək olmur. Əgər bu belə olardısa bərabəri bərabərsizliklə, ölçüləni ölçülməyənlə 
eyniləşdirmək olardı. Bütün mübadilə edilə bilən  əmtəələri ümumi və  bərabər 
edən o kateqoriyadır ki, onun əsasında mübadilə prosesi proporsional olaraq baş 
verir. Bu bütün əmtəələrin məzmununu təşkil edən və onların istehsalına sərf edilən 
ictimai  əməkdir.  İstehlak dəyərinin müxtəlifliyinə baxmayaraq əmtəələrin 
istehsalına sərf edilən  əmək eyni olduğuna görə bu əmtəələrin dəyərini ölçmək 
mümkündür. Əmtəələrin istehsalına sərf edilən əməyin miqdar kəmiyyəti həmin 
əmtəələrin dəyərini ölçmək imkanı verir və bunun əsasında əmtəələri dəyər baxı-
mından bir-birilə müqayisə etmək olar. Deməli, əmtəənin mübadilə dəyəri imkan 
verir ki, bu əmtəələr müəyyən nisbət daxilində bir-birinə bərabərləşdirilsin. Çünki 
dəyəri yaradan ictimai əməkdir, bu ictimai əmək dəyər formasında mübadilə 
prosesində təzahür edir.  
Deməli,  əmtəənin müəyyən bir miqdar nisbətində başqa  əmtəəyə 
dəyişdirilmə qabiliyyəti onu mübadilə dəyəri edir.  
Belə ki, insanın bu və ya başqa bir tələbatını ödəmək xassəsi  əmtəənin 
istehlak dəyəri, digər  əmtəələrə  dəyişdirilə bilmək qabiliyyəti isə onun mübadilə 
dəyəridir. 
İstehlak dəyəri və mübadilə  dəyəri kateqoriyalarını elmi ədəbiyyata 
 
42


Aristotel, A.Smit, D.Rikardo, T.Maltus, K.Marks, C.S.Mill və başqa alim-
iqtisadçılar gətirmişdir. 
Əmək-dəyər nəzəriyyəsinin tərəfdarları göstərirdilər ki, keyfiyyətcə müxtəlif, 
kəmiyyətcə ölçülə bilməyən  əmtəələr mübadilə oluna bilər. Onların fikrincə 
dəyişdirilən əmtəələrin ümumi bir əsası var. Bu ümumi əsas əmək məsrəfləridir və 
həmin əmək məsrəfləri mübadilə dəyərini müəyyən edir. 
Müasir Qərb iqtisadi ədəbiyyatında  əmək-dəyər nəzəriyyəsindən fərqli 
olaraq yeni bir nəzəriyyə - faydalılıq nəzəriyyəsi meydana gəlmişdir. Faydalılıq 
nəzəriyyəsinin yaradıcıları K.Mengerin, E.Bem-Baverkin və F.Vizerin yaratdıq-
ları son faydalılıq nəzəriyyəsinə  əsaslanırlar. Bu nəzəriyyəyə görə mübadilənin 
əsasını dəyər deyil, faydalılıq təşkil edir. 
A.Smit  əmtəə istehsalına sərf edilən  əməyi, alınan  əməyi (əmək haqqını), 
mənfəəti və torpaq rentasını  dəyərə aid edir. D.Rikardo və D.R.Mak-Kullox 
dəyəri istehsal xərcləri kimi, J.B.Sey isə  şeyin faydalılığı kimi izah edirlər. 
D.Loderdel dəyəri təklif və  tələblə  əlaqədə izah edir. K.Marks və F.Engels 
göstərilən iqtisadçı-alimlərin mübahisəli fikirlərini təhlil edərək belə bir nəticəyə 
gəlmişlər ki, dəyər ictimai əmək sərfinin abstrakt əşya formasıdır və dəyər istehsal 
xərclərinin faydalılığa olan münasibətini ifadə edir. 
İqtisadi ədəbiyyatda əmtəə dəyərinin kəmiyyəti və onun qiyməti haqqında da 
mübahisələr mövcuddur. Məsələn, A.Smit dəyərin ölçü vahidi kimi bə’zən onun 
istehsalına sərf olunan iş vaxtını, bə’zən də  əməyin özünün dəyərini götürür. 
D.Rikardo isə iddia edirdi ki, dəyərin ölçü vahidi istehsalın ən pis şəraitində sərf 
olunan iş vaxtıdır. S.Sismondi dəyər kəmiyyətini cəmiyyətin bütövlükdə  tələbatı 
ilə  tələbatın ödənilməsi üçün lazım olan əməyin miqdarı arasındakı münasibət 
kimi izah edir. P.Samuelson, C.Klark və başqa iqtisadçılar dəyər kəmiyyətinə son 
xərclər  əsasında formalaşan qiymət kimi baxırlar. Faktiki olaraq onlar bu 
problemi təkrar istehsal şəraitində qiymətin dəyişməsilə əlaqələndirirlər.  
Bütün bu baxışların təhlili belə bir nəticəyə  gəlmək imkanı verir ki, dəyər 
kateqoriyası dəyərlilik məfhumu ilə əlaqədardır. Qeyd edək ki, əmtəənin  dəyəri  
müəyyən  bir  konkret  tarixi  şəraitdə  iqtisadi  dəyərliliyin xüsusi təzahür 
formasıdır. 
 
43


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə